Yeni traktorlara texniki baxış keçirilib

Azərbaycan Kənd Təssərrüfatı Nazirliyi “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında Gəncə Avtomobil zavodunda istehsal olunan “MTZ 80 X” markalı 150 ədəd və “1221” markalı 120 ədəd traktorlara baxış keçirilib.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, tədbirdə kənd təssərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, “Aqrolizinq” ASC-nin, Gəncə Avtomobil zavodunun və Maşin Sınaq Stansiyasının nümayəndələri iştirak ediblər. Traktorların texniki vəziyyətini nəzərdən keçirən nazir müavininə məlumat verilib ki, “Aqrolizinq” ASC tərəfindən təkmilləşdirilmə üçün nəzərdə tutulan bütün dəyişikliklər Gəncə Avtomobil zavodunun  mütəxəssisləri tərəfindən aparılıb və pambıqçılıq təsərrüfatları üçün nəzərdə tutulan texnikalara qoruyucu şitlər və ağırlaşdırıcı yüklər quraşdırılıb. Texnikalarda aparılmış təkmilləşdirilmə işləri fermerlər və iş adamları tərəfindən yüksək qiymətləndirilib.

Texnikalara baxış zamanı “Aqrolizinq” ASC-nin Idarə Heyətinin sədri Elşən Məmmədovun və Gəncə avtomobil zavodunun direktoru Kamran Nəzərovun iştirakı ilə ikitərəfli əməkdaşlıq, texnikaların təkmilləşdirlməsi, yeni modellərin yığılması və görüləcək işlər barədə müzakirələr aparılıb.     

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında