Aqrar bölmənin enerji təminatı diqqət mərkəzindədir

“Regionların inkişafına dair 2014-2018-ci illər üzrə Dövlət Proqramı” və qeyri-neft sektorunun inkişafı ilə bağlı regionlarda irimiqyaslı tədbirlər həyata keçirilir. Bölgələrdə kənd təsərrüfatının enerji təchizatının yaxşılaşdırılması üçün 5 ədəd 110 kV-luq, 17 ədəd 35 kV-luq yarımstansiyalar tikilib, 110 kilometrdən çox elektrik xətləri çəkilib və 450 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb.

“Azərişıq” ASC-nin sədri Baba Rzayev bildirib ki, bu sahədə işlər uğurla davam etdirilir. Hazırda yarımstansiyaların gücü artırılır, elektrik xətləri təmir olunur. Görüləcək işlər çox olduğundan Kənd Təsərrüfatı Nazirliyi və digər qurumlarla birgə təkliflər hazırlayırıq. İndiyədək 10 ədəd aqroparkın şəbəkələrə qoşulması təmin olunub,

Hacıqabul rayonunda 110 kV-luq “Qarasu” və 4 ədəd 35 kV-luq yarımstansiyalar tikilib, 26 kilometr 2 dövrəli 110 kV-luq və 100 kilometr 35 kV-luq elektrik verilişi xətləri çəkilib. Bu məqsədlə Şəmkir və Tovuz rayonlarında 110 kV-luq, Samux və Goranboy rayonlarında 35 kV-luq yarımstansiyalar inşa edilib, 66 kilometrdən çox 35 kV-luq ikidövrəli hava xətləri quraşdırılıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında