Qarabağ müharibəsi əlillərinə minik avtomobilləri verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 120 ədəd “Naz-Lifan” markalı minik avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim olunub. Onlardan 117 ədədi Qarabağ müharibəsi, qalan 3-ü isə 20 Yanvar əlillərinin istifadəsinə verilib.

Yeni minik avtomobillərinin təqdim olunması tədbirində ƏƏSMN yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri, əlil ictimai birliklərinin rəhbərləri də iştirak edib.

Tədbirdə bildirilib ki, sosial dövlət statusunu gücləndirən Azərbaycanda bütün sosial proqramlar da uğurla davam etdirilərək getdikcə genişləndirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Dövlət başçısının sərəncamları müharibə əlilləri və onlara bərabər tutulanların dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatında əhəmiyyətli irəliləyişə imkan verib. Hazırda təqdim olunan avtomobillər də daxil olmaqla 2,2 min ədədə yaxın “Naz-LİFAN” markalı minik avtomobili qeyd olunan təbəqələrə aid vətəndaşlara təqdim edilib. Nəticədə dövlət büdcəsi hesabına minik avtomobili almaq üçün ƏƏSMN-də 2014-cü ilədək növbəyə dayananlarla bərabər, 2015-ci ildə növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən də bir hissəsinin avtomobillə təminatına nail olunub.

Ümumilikdə isə bu vaxta qədər nazirlik tərəfindən 6 min nəfərdən çox müharibə əlili və onlara bərabər tutulan vətəndaşa minik avtomobili verilib.

Tədbirdə əlil ictimai birliklərinin rəhbərləri əlilliyi olan insanların, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin sosial təminatlarının gücləndirilməsi məqsədilə dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamların, həmin şəxslərin, habelə şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığını vurğulayıblar.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında