Şirvan şəhərində 27-ci nümunəvi məhəllə istifadəyə verilib

Son illər Şirvan şəhərində tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almışdır. Sevindirici haldır ki, şəhər sakinlərinin böyük əksəriyyəti böyük həvəslə bu prosesə qoşulur.

 

Bu günlərdə Şirvan şəhərində 27-ci nümunəvi məhəllə istifadəyə verilib. Belə ki, Nəriman Nərimanov küçəsi 7 və 13 saylı binaların qarşısında 27-ci nümunəvi məhəllə salınmışdır. Nümunəvi məhəllədə 500 kvadrat metr sahəyə tamet tavalar döşənmiş, 130 metr beton bardür, 80 metr monolit beton bardür düzəldilmiş, 1 ədəd balansir yelləncək, 1 ədəd sürüşkən, 2 ədəd yelləncək, 2 ədəd kölgəlik, 6 müasir oturacaq və 6 zibil qabı qoyulmuşdur. Nümunəvi məhəllədə mərasim yerinin tikintisinə başlanılmışdır.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında