Balaxanı tullantı poliqonunda növbəti yaşıllaşdırma aksiyası

IDEA İctimai Birliyinin təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda növbəti ağacəkmə aksiyası keçirilib və poliqonda 1000 ədəd meyvə ağacı əkilib. 

 

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, əkilən ağaclara qulluq etmək üçün xüsusi suvarma sistemi yaradılıb və “Təmiz Şəhər” ASC-nin əməkdaşları ağaclara qulluq edəcəklər. 

Poliqon ərazisində yaşıllaşdırma işlərinin aparılması artıq ənənəyə çevrilib və bir neçə ildir ki, IDEA-nın, İqtisadiyyat Nazirliyinin və “Təmiz Şəhər”in əməkdaşları burada ağacəkmə aksiyaları keçirirlər. Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 11 mindən artıq ağac əkilib. 

Qeyd edək ki, son illər yaşıllıq ərazisinə çevrilən poliqon ərazisi 2009-cu ilədək Bakının məişət tullantılarının açıq şəkildə atıldığı sahə idi. Qısa müddətdə məişət tullantılarının alışmasının və tüstülənmənin qarşısı tamamilə alınıb. 120 hektar əraziyə malik poliqonda lazımi infrastruktur yaradılıb və tullantıların düzgün qəbuluna başlanılıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında