Masallıda silsilə xatirə tədbirləri

“Şəhidlər ölməz, Vətən bölünməz!” Bu şüar Masallı rayonunda şəhidlərin silsilə xatirə tədbirlərinin əsas leytmotivini təşkil edib.

Kalinovka kəndində 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid ol­muş müddətdən artıq xidmət edən hərbi qulluqçu Nurlan Əsgərlinin anım mərasimindən öncə rayon rəhbərliyinin nümayəndələri onun evində valideynləri ilə görüşüblər.

Kənd məktəbində təşkil olunan tədbirdə bildirilib ki, sıralarında Nurlanın da vuruş­duğu Azərbaycan Ordusu aprel döyüşlərində düşmənə sarsıdıcı zərbələr endirmiş, qəhrəman oğullarımız döyüşlərdə böyük şücaət göstərmişlər. Natiqlər işğal altındakı bütün torpaq­larımızın azad ediləcəyinə əminliklərini ifadə ediblər.Şəhidin valideynləri Bayram və Ziba Əsgərovlar ölkə rəhbərinə minnətdarlıq ediblər.

* * *

Rayonun Güllütəpə kəndində daha bir Vətən oğ­lunun – Aprel şəhidi Firdovsi Bağırzadənin xatirəsi ehtiramla yad edilib. Anım mərasimində icra hakimiyyətinin məsul işçiləri, ictimaiyyətin təmsilçiləri, məktəblilər iştirak ediblər. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər şəhid Firdovsi Bağırzadənin göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıblar. Sonra məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyib, səhnəciklər göstəriblər. Tədbir iştirakçıları şəhidin məzarını da ziyarət ediblər. Qeyd edək ki, Güllütəpə kəndindəki mərkəzi küçəyə şəhid Firdovsi Bağırzadənin adı verilib.

* * *

Masallı rayon Tarix-Di­yarşünaslıq Muzeyində isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin və muzeyin birgə təşkilatçılığı ilə “Aprel şəhidləri gənclər üçün qəhrəmanlıq nümunəsidir” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıla­rı şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Muzeyin və DQİDK bölgə şöbəsinin əməkdaşları şəhidlərin igidliyini tarixi qəhrəmanlıq adlandıraraq bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşmən işğalın­dan azad etməyə hər an hazır olduğunu Aprel döyüşlərində bütün dünyaya göstərmişdir. Sonda məktəblilər ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”ninbölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında