Prezident seçkiləri ilə bağlı toplantı keçirilib

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda 11 aprel prezident seçkiləri ilə bağlı toplantı keçirilib. www.science.gov.az saytının məlumatına görə tədbiri institutun şöbə müdiri, akademik Teymur Bünyadov açaraq bildirib ki, aprel ayının 11-də xalqımızı konstitusiya ilə təsbit olunmuş demokratik prinsiplərə əsaslanan seçkilər gözləyir.

 

Akademik vurğulayıb ki, Azərbaycan dövlətinin elmin inkişafı, cəmiyyətdə alimlərin nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi siyasət elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. T.Bünyadov elm adamlarının qarşıdakı prezident seçkilərində ən layiqli namizədi dəstəkləyəcəklərinə əminliyini ifadə edib.

Sonra tarix üzrə elmlər doktoru Nəcəf Müseyibli, institutun ümumi işlər üzrə direktor müavini Malik Əliyev, Həmkarlar Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov, tarix elmləri doktorları - Əsədulla Cəfərov, Hidayət Cəfərov, Nərgiz Quliyeva və digərləri çıxış edərək prezident seçkilərində fəal iştirak edəcəklərini bildiriblər.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında