Səlim Müslümov: “2 min nəfərdən çox şəxs təlim kurslarını başa çatdırıb”

Cari ildə də özünüməşğulluq proqramının işrası işləri müvafiq qrafik əsasında davam etdirilir. Bu il həmin proqramda iştirak edəcək şəxslərdən artıq 2 min nəfərdən çoxu bununla əlaqədar ilkin mərhələ olaraq təlim kurslarını başa çatdırıb və hazırda biznes-planlarının hazırlanması işlərini aparırlar. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüşü zamanı jurnalistlərə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, sonrakı mərhələdə kursları bitirmiş şəxslərin özünüməşğulluq proqramı çərçivəsində fərdi təsərrüfatlarını qurmaq istədikləri iqtisadi fəaliyyət növü üzrə bilik və bacarıqlarının,  hazırladıqları biznes-planların qiymətləndirilməsi aparılacaq: “Qiymətləndirmənin nəticələrinə əsasən onlar kiçik ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunacaqlar. Yaxın vaxtlarda bu il proqrama cəlb olunacaq digər şəxslər üçün təlim kurslarına da başlanacaq”.

S.Müslümov özünüməşğulluq proqramının icrası işlərinin işsizlikdən sığorta fonduna toplanan vəsaitlər hesabına həyata keçirildiyini bildirib: “İlkin məlumatlara görə, cari ilin ilk üç ayı ərzində işsizlikdən sığorta fonduna daxil olan işsizlikdən sığorta vəsaitlərinin məbləği təqribən 12 milyon manatdan çoxdur. Sonrakı aylar üzrə işsizlikdən sığorta fonduna daxilolmaların tədricən artacağı da gözlənilir. Ümumilikdə daxilolmaların səviyyəsi demək olar ki, bizim proqnozlarımıza uyğundur”.

Xatırladaq ki, ötən il 1200-dək kiçik ailə təsərrüfatı yaradılıb. Həmin təsərrüfatlar aztəminatlı ailələrin əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna, beləliklə də öz zəhmətləri ilə ailə gəlirlərini artırmalarına, aztəminatlı ailələrin yoxsulluqdan kiçik ailə biznesinə çıxışına imkan verib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında