Fərman Əsədli qəlbinin hökmü ilə cəbhə bölgəsinə yollanmışdı…

O, Tərtər istiqamətində gedən döyüş bölgəsinə yola düşəndə heç kimə deməmişdi. Yerli əhaliyə, əskərlərə kömək edəndə çoxları bilməmişdi ki, o mülki şəxs könüllü olaraq, qəlbinin hökmü ilə Gəncədən bura gəlib. Yalnız şəhid olanda bildilər ki, o, 26 yaşlı Fərman Əsədlidir.

İndi budur, Gəncə qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən uğrunda!” səyyar təşviqat dəstəsi və “N” saylı hərbi hissənin şəxsi heyəti şəhidin Gəncədəki evini ziyarət etməyə gəliblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Şəhidin atası Elçin Əsədov Fərmanla bağlı xatirələrini bölüşür. Yazıçı Gülnarə Sadıq Fərman Əsədliyə həsr etdiyi “26 gün” romanı haqqında məlumat verir. Deyir ki, romanında aprel döyüşləri zamanı cəbhə bölgəsinə yollanan sadə insanların - mülki vətəndaşların Vətən sevgisini, ordu ilə həmrəyliyini diqqətə çatdırıb. Çünki bu döyüşlər xalqda elə bir ruh yüksəkliyi yaratmışdı ki, nəinki əsgərlər, hərbçilər, mülki şəxslər da cəbhəyə getmək üçün hazır olduqlarını bildirirdilər. Xalqın duyğularını ifadə edən Fərman Əsədli məhz belə bir düşüncənin sahibi idi…

Digər çıxış edənlər vurğulayırlar ki,Vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirdiyi üçün “Şücaətə görə” medalı ilə təltif olunan Fərman Əsədlinin davranışı gələcək nəsillərə nümunə olacaq.

Sonra Samux rayonunda dəfn olunmuş şəhid Fərman Əsədlinin məzarı tədbir iştirakçıları tərəfindən ziyarət edilir, ruhuna dualar oxunur.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

                  

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında