Bir rayonun dörd kəndində qeydiyyat xidmətləri göstərilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən növbəti kütləvi çıxarış kampaniyasının ünvanı Oğuz rayonunun Yaqublu, Zərrab, Top və Yenikənd kəndləri olub. Komitənin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, əvvəlki kampaniyalardan fərqli olaraq budəfəki tədbir daha geniş formatda keçirilərək 1 rayonun 4 kəndini əhatə edib.

Verilən çıxarışlar pay torpaqlarına, həyətyanı torpaq sahələrinə, fərdi yaşayış evlərinə aid olub. Həmin kəndlərdən olan 200-ə yaxın sakinə qeydiyyatla bağlı xidmət göstərilib. Müvafiq olaraq Yaqublu kəndindən 75 ailə, Zərrab kəndindən 60, Top kəndindən 45, Yenikənd kəndindən isə 20 ailə xidmətlərdən yararlanıblar. 100-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


             

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında