Lənkəranda xeyriyyə aksiyası keçirilib

Mərkəzi Gömrük Hospitalının təşəbbüsü və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hospitalın həkim briqadası Lənkəran şəhərində əhaliyə pulsuz tibbi xidmət göstərmişdir.

 

Hospitalın 20-yə yaxın yüksək ixtisaslı, peşəkar, uzman kardioloq, dermatoloq, uşaq cərrahı, təcrübəli tibb bacıları gün ərzində 300 nəfərdən çox xəstəni müayinə edərək məsləhətlər vermiş və lazımi müalicələr təyin etmişdir.

Hospitalın kardiologiya şöbəsinin rəhbəri, uzman Ülvi Mirzəyev  ildə iki dəfə respublikamızın hər yerində əhalinin pulsuz müayinədən keçirildiyini, hospitalın tibb kollektivinin də bu nəcib aksiyaya qoşularaq ikinci dəfə Lənkəran şəhərində sakinlər üçün pulsuz müayinə təşkil etdiyini bildirmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən bu xeyirxah aksiyaya dəstək verildiyi, müayinələrin aparılması üçün Lənkəran şəhərindəki Medican Hospitalda hər cür şərait yaradıldığı qeyd edilmiş, əvvəlki aksiyadan fərqli olaraq, bu dəfə həkim briqadasına göz, dəri xəstəlikləri və uşaq cərrahiyyəsi üzrə təcrübəli uzmanların cəlb olunduğu bildirilmişdir.

Müayinə olunanlardan 85 yaşlı Cabir Hüseynov, Nəzir Nəziri, Sərraf Kərimov, 4 yaşlı xəstə Ruqəyyanın anası Vəfa Əliyeva və başqaları yüksək tibbi xidmətin təşkilinə görə Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında