Daha bir binada mənzillər çıxarışla təmin edilib

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində əhaliyə göstərilən ictimai xidmətlərdə şəffaflığın və çevikliyin daha da artırılması, xüsusilə yeni inşa edilmiş binalardakı mənzillərin çıxarışla təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür, bir sıra sosial və innovativ layihələr həyata keçirilir. Bu sahədə əlçatanlığın və məmnunluğun təmin olunması ilə bağlı mobil qeydiyyat ofisləri gündəlik olaraq vətəndaşlara xidmət göstərir və mütəmadi kütləvi çıxarış kampaniyaları keçirilir.

 Bakı şəhərində tikilən yeni yaşayış binalarının çoxalması qeydiyyat prosesinin aktivləşməsinə gətirib çıxarır. Bu işlərin davamı olaraq  bu günlərdə Yasamal rayonunda yerləşən Melissa Park yaşayış kompeksinin 17 mərtəbəli D binasının sakinləri kütləvi çıxarış kampaniyasından yararlanıblar. Kampaniya çərçivəsində 170-ə yaxın sakin birbaşa yaşadıqları ünvanda əmlaklarına dair çıxarış əldə ediblər. Bu isə binadakı bütün mənzillərin sənədləşməsi deməkdir.

Kampaniya vətəndaşların gündəlik məşğulluq prosesinin pozulmadan, operativ olaraq qeydiyyat xidmətindən yararlanmasına, bu sahədə əlçatanlığın artırılmasına və vətəndaş məmnunluğuna səbəb olur. Vaxtlarına qənaət edən sakinlər sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvana çatdırılmasından razılıqlarını bildiriblər.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


             

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında