Xırdabuynuzlu heyvanların tələfatının qarşısı alınıb

Bir sira kütləvi informasiya vasitələrində Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini Əmrah Şirinova məxsus təsərrüfatda xırdabuynuzlu heyvanların kütləvi tələfolması barədə məlumat yayıldıqdan sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) və Kürdəmir Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri həmin kənddə araşdırmalar aparmışlar. Araşdırmalar zamanı kənd sakini Əmrah Şirinova məxsus şəxsi təsərrüfatda 128 baş xırdabuynuzlu heyvan saxlanıldığı və 2 baş xirdabuynuzlu heyvanın öldüyü, 5 başının isə zəifləmiş vəziyyətdə olması müəyyən edilib. Rayonun digər təsərrüfatlarında isə xırdabuynuzlu heyvanların xəstəlikdən kütləvi ölümü qeydə alınmayıb.

Tələf olmuş heyvanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Müayinələr zamanı ölmüş heyvanlardan götürülən nümunələrdə pasterellyoz xəstəliyinin törədiciləri aşkar edilib.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən, heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı"nda pasterellyoz  xəstəliyi qeyd edilmədiyindən bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri heyvan sahibinin hesabına aparılır.

Təsərrüfatda saxlanılan 3 aylıqdan yuxarı 98 baş sağlam xırdabuynuzlu heyvanlar pasterellyoz əleyhinə vaksini ilə peyvənd edilib, dehelmintizasiya aparılıb, həmçinin dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirləri həyata keçirilib. 

Dövlət Baytarlıq Nəzarəti Xidməti heyvan sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya və zoogigiyenik tələblərə cavab verən şəraitdə saxlanmalı və bəslənməlidir. Hal-hazırda respublikada heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələfolma halları mövcud deyil, epizootik vəziyyət sabitdir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında