Gəncə avtomobil zavodunda 10 mininci traktor konveyerden çıxıb

Bu münasibətlə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində keçirilən tədbirdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşko, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə avtomobil zavodunun direktoru Xanlar Fətiyev, “Minsk traktor zavodu” ASC-nin baş direktoru Fyodor Domatenko, “Minsk Avtomobil Zavodu” ASC-nin direktoru Dmitri Kateriniç və digərləri iştirak etmişlər.

Qonaqlar istehsalat birliyində yaradılan şərait, traktorların yığım prosesi ilə yaxından tanış olublar. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iki dövlət arasında qurulan iqtisadi əlaqələr nəticəsində bu gün Gəncə avtomobil zavodunda qazanılmış uğurlardan danışıb. Bildirib ki, Minsk avtomobil zavodu ilə bağlanmış müqavilə şərtlərinə əməl olunaraq 2007-ci il martın 27-də Gəncə zavodunda ilk “Belarus”, bu gün isə 10.000-ci traktor konveyerdən çıxıb.

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Belarus Respublikasının Baş nazirinin müavini Vladimir İliç Semaşko iki ölkə arasında əməkdaşlığın artan templə inkişaf etdiyini və bundan sonra əlaqələrin daha da dərinləşəcəyini bildiriblər.

Həmçinin Yaqub Eyyubov “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin işçilərinin əmək haqlarının 15 faiz artırıldığını diqqətə çatdırıb.

Zavodun direktoru Xanlar Fətiyev müəssisədə həyata keçirilən müştərək layihələrin səmərəli nəticələr verdiyindən danışaraq deyib ki, bu cür qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

Minsk zavodunun direktoru Fyodor Domatenko vurğulayıb ki, burada yığılan avtomobillərin xarici ölkələrə ixrac edilməsi də təqdirəlayiqdir.

Çıxışlardan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında