Gəncə Avtomobil Zavodunda 10.000-ci traktor konveyerden çıxıb

Bu münasibətlə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində keçirilən tədbirdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşko, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev, Minsk traktor zavodu ASC-nin Baş direktoru- Fyodor Domatenko, Minsk Avtomobil Zavodu ASC-nin direktoru -Dmitriy Kateriniç və digər rəsmi şəxslər iştirak etmişlər.

Qonaqlar istehsalat biriliyində yaradılan şərait, traktorların yığım prosesi ilə yaxından tanış olublar. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2006-cı ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı iki dövlət arasında qurulan iqtisadi əlaqələr nəticəsində bu gün Gəncə Avtomobil Zavodunda qazanılmış uğurlardan danışıb. Bildirib ki, Minsk Avtomobil Zavodu ilə bağlanmış müqavilə şərtlərinə əməl olunaraq 2007-ci il martın 27-də Gəncə zavodunda ilk “Belarus” traktoru, bu gün isə 10.000-ci traktor konveyerdən çıxıb.

Azərbaycan Resbublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Belarus Respublikasının Baş nazirinin müavini Vladimir İliç Semaşko iki ölkə arasında əməkadaşlığın artan templə inkişaf etdiyini və bundan sonra əlaqələrin daha da dərinləşəcəyini bildiriblər.

Həmçinin Yaqub Eyyubov ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığına əsasən Gəncə Avtomobil Zavodu istehsalat birliyinin işçilərinin əmək haqlarının 15 faiz artırıldığını diqqətə çatdırıb.

Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev zavodda həyata keçirilən müştərək layihələrin səmərəli nəticələr verdiyindən məmnunluq ifadə edərək deyib ki, bu cür qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

Minsk traktor zavodu ASC-nin Baş direktoru - Fyodor Domatenko vurğulayıb ki, burada yığılan avtomobillərin xarici ölkələrə ixrac edilməsi də təqdirəlayiq haldır.

Çıxışlardan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Tədbirin sonunda 10.000-ci traktor konveyerden çıxıb.

Hamlet Qasımov,
Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında