Şəmkir və Tovuz rayonlarında seminarlar keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq Tədbirlər Planına uyğun olaraq Şəmkir və Tovuz rayonlarında əmək qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirmə məqsədilə seminarlar keçirilib.

 “Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları” mövzusunda Şəmkir rayonunda təşkil olunan seminarda, həm də Gədəbəy, Daşkəsən rayonlarında fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin nümayəndələri iştirak edib. Seminarda qeyd olunub ki, əmək normalarının tətbiqi, dəyişdirilməsi və onlara yenidən baxılması kollektiv müqavilələrlə müəyyən edilir, kollektiv müqavilə bağlanmadıqda isə həmkarlar ittifaqları ilə razılaşdırma əsasında işəgötürənlər tərəfindən həyata keçirilir.

Bildirilib ki, əmək məcəlləsinə əsasən, əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir. Hasilat, vaxt və xidmət normalarının qüvvədə olma müddətləri, hasilat normalarının yerinə yetirilməsi üçün şəraitin təmin olunması, əməyin ödənilməsi normaları və s. ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər diqqətə çatdırılıb.

Tovuz rayonunda keçirilən seminar isə  “Məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusuna aid olub. Ombudsmanın Gəncə Regional Mərkəzinin, Tovuz rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin və Tovuz, Qazax, Ağstafa rayonları üzrə ayrı-ayrı işəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə qeyd olunub ki,  konstitusiyaya görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmçinin əmək məcəlləsi hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin onun əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur olunmasını qadağan edir. Ölkəmizin BƏT-nın “Mәcburi әmәk һaqqında”  və “İcbari əməyin ləğv edilməsi haqqında” 105 konvensiyalarına qoşulduğu, milli qanunvericiliyin də bu konvensiyalara uyğunlaşdırıldığı vurğulanıb.

Hər iki seminarda iştirakçıların sualları da cavablandırılıb, onlara mövzu ilə bağlı maarifləndirici bukletlər təqdim edilib.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında