“Su gələn arxa bir də gələr”

Amma Qazaxda belə hesab edirlər ki, bu arx vaxtında təmizlənməsə ora su gələsi deyil...

İstəyirsən on artezian qaz, uzaq yerdən  kanalı çək, nə edirsən et, həmin suyu gətirən arx və ya kanal vaxtında təmizlənmədisə, faydası yoxdur, susuz qalacaqsan. Bunu artıq Qazaxda uşaqdan böyüyə hamı bilir. Necə deyərlər, torpaqla “ünsiyyətdə olanlar”, gününün çox hissəsini torpağa həsr edənlər əmindirlər ki, su çəkmək işin yarısıdır. Gərək arxa arxa çevirməyəsən, onu lildən, kol-kosdan, daşdan-çınqıldan təmizləyəsən. Bu, təkcə bol su demək deyil. Bu həm də qiymətli bir nemətə qənaətdir.

Qazaxda bunun bəhrəsini keçən il gördülər. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov kəndləri bir-bir gəzdikcə adamlara xatırlatdı ki, bu iş ellik güc tələb edir, həvəs, torpağa, elə-obaya məhəbbət istəyir.İşlərin çoxu əllə görülməlidir, qol gücü lazımdır. O yerdəki texnika lazım gələcək, rayon icra hakimiyyəti onu təşkil edəcək…

Belə də oldu. Xeyirxah təşəbbüsə elliklə hamı qoşuldu və çox keçmədi ki, bəhrəsini də gördülər. Suyun ötürücülük gücü artdı, itkinin qarşısı alındı və nəticədə əkin sahələri bir neçə dəfə çoxaldı, məhsuldarlıq da yüksəldi.    

Suvarma kanalları və arxlarının təmizlənməsi ənənəsi bu il də davam etdirilir. Artıq bir neçə aydır ki, rayon rəhbərliyinin müvafiq tapşırığı ilə su kanalları və arxlarının təmizlənməsinə başlanılıb. Bu məqsədlə rayonun bütün kəndlərində əhali tərəfindən kanal və arxların lildən, kol-kosdan təmizlənməsi işləri həyata keçirilir. Əl ilə yanaşı texnikadan da istifadə olunur.   

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kanal və arxların təmizlənməsini daim nəzarətdə saxlayır. Elə buna görə də vaxtaşırı olaraq kəndlərə gedir, işlərin gedişi  ilə yerində tanış olur, müvafiq tapşırıqlarını verir. Elə rayon rəhbərinin bu günlərdə Kosalar, Qazaxbəyli və Orta Salahlı kəndlərinə getməkdə məqsədi də məhz həmin işlərlə tanış olmaq       olub.

Kosalarda məlumat verilib ki, 20,9 kilometr uzunluğunda arx və kanalın təmizlənməsi işləri demək olar ki, başa çatmaq üzrədir. Bunun 17,4 kilometri əllə, 2,65 kilometri isə texnika ilə təmnizlənib.    

Qazaxbəyli kəndində də təmizləmə işləri sürətlə davam edir. Bu işdə elliklə iştirak edən kənd sakinləri nəzərdə tutulmuş 7,3 kilometr arxın artıq 6 kilometrini təmizləyiblər. Burada da əsas işlər əllə görülüb.  

Orta Salahlı kəndində 14 kilometr uzunluğunda olan arx və kanalın təxminən 11kilometrində işlər başa çatdırılıb. Görülən işlərin yarısı əllə, yarısı isə texnika vasitəsilə həyata keçirilib.  

Qazaxda bütövlükdə 261,9 kilometr kanal və arxın təmizlənməsi nəzərdə tutulub. İşin sürətlə və elliklə aparılmasının, əkin sahələrinin genişləndirilməsinin nəticəsidir ki, bu günə kimi nəzərdə tutulduğundan da çox, yəni 262,84 kilometr uzunluğunda arx və kanal təmizlənib, yararlı hala salınıb. Bunun 142,37 kilometri əllə, 120,47 kilometri isə texnika ilə təmizlənib.

Arx və kanallar boyunca piyada gəzərək, görülən işlərlə tanış olan icra hakimiyyətinin başçısı kənd sakinləri ilə də görüşüb, söhbət etmişdir. Sakinlər bu xeyirxah işlərə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri


 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında