Sabirabadda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilmişdir

Bu il 20-26 mart Novruz bayramı günlərində Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sabirabad şəhərinin 20 Yanvar küçəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur. Xatırladaq ki, yarmarka fevralın 17-dən başlayaraq həftənin hər şənbə və bazar günləri keçirilmişdir.

 

Rayonun bütün inzibati ərazi dairələrindən ət, süd, yumurta, meyvə-tərəvəz, digər ərzaq məhsulları satışa çıxarılmışdır. Burada satılan məhsulların keyfiyyəti yüksək olmaqla qiymətləri bazar və digər ticarət şəbəkələrindəki qiymətlərdən ucuz idi. Yarmarkaya gələn Sabirabad şəhərinin sakinləri, rayonumuza gələn qonaqlar bunun şahidi olmuşlar.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında