Gəncədə onlar ilk dəfə səs verəcəklər

- Azərbaycan 2018-ci ildə də böyük uğurlara imza atacaq, öz sürətli inkişafını davam etdirəcək. Ötən illərdə olduğu kimi bu il də daha mühüm, qlobal layihələrin həqiqətə çevrilməsinin, diplomatik uğurlarımızın şahidi olacaq, möhtəşəm qələbələrdən söz açacağıq. 

Bu sözləriYAP Gəncə Şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ilk dəfə səs verəcək gənclərlə keçirilən görüşdə deyib. Millət vəkili respublikamızda bütün sahələr kimi, gənclərlə iş sahəsinə də dövlətimiz tərəfindən böyük qayğı göstərildiyinə diqqət çəkib, ölkə ilə yanaşı son 7-8 ildə özünün intibah dövrünü yaşayan Gəncə şəhərində də gənclərin hərtərəfli inkişafı, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırıb. Azərbaycan Respublikasının növbəti prezident seçkiləri ərəfəsində olduğunu bildirən Naqif Həmzəyev ilk dəfə səs verəcək gəncləri bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edib, gəncləri həm ictimai –siyasi həyatda, həm də seçki kampaniyasında daha fəal olmağa, 11 apreldə bütün gəncləri seçki məntəqələrinə gələrək parlaq gələcəyə səs verməyə çağırıb.

AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev prezident seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayıb.

Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə gənclərin şəhərin ictimai-siyasi həyatındakı fəal rolundan geniş bəhs edib. Vurğulayıb ki, Gəncə gəncləri əvvəlki seçki kampaniyalarında olduğu kimi, prezident seçkisində də öz fəallıqları ilə seçiləcək, seçkilərin yüksək səviyyədə keçməsinə öz töhfələrini verəcəklər.

Gəncə Dövlət Universitetinin müəllimi Asif Cavadov qeyd edib ki, prezident seçkisində hər kəsin fəal iştirak etməsi, səsvermə hüququndan yararlanması, dövlətin müstəqilliyinin möhkəmlənməsinə birbaşa dəstək deməkdir.

Gənclərdən Nərmin Əliyeva, Cavid Mustafayev Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətləri, gənclərə göstərilən diqqət və qayğıdan danışıb, aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak edəcəklərinə söz vermişlər.

Geniş diskussiya şəraitində keçən tədbirdə ilk dəfə səs verəcək gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında