Masallıda ilk dəfə səs verəcək seçicilərlə görüş

YAP Masallı rayon təşkilatı aparatında prezident seçkiləri ilə əlaqədar ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq ölkəmizdə qazanılan  uğurlardan bəhs edib. O bildirib ki, respublikamızda bütün sahələr kimi, gənclərlə iş sahəsinə də dövlət tərəfindən böyük qayğı göstərilir. Masallı rayonunda da gənclərin hərtərəfli inkişafı, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait yaradılıb.

S.Əliyev aprelin 11-də keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək gəncləri bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edib, prezident seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb. Seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayan natiq onları həmin gün hamılıqla seçki məntəqələrinə gələrək parlaq gələcəyə səs verməyə çağırıb.

Tədbirdə iştirak edən gənclərdən Günəş Əliyeva, Nurlan Heydərov və başqaları Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin prioritetlərindən, gənclərə göstərilən diqqət və qayğıdan danışıb, seçkilərdə fəal iştirak edəcəklərini bildiriblər.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında