Xalq müdrik və sınanmış liderin arxasınca gedir

Azərbaycan jurnalistlərinin VII qurultayında  Azərbaycan Respublikası  Prezidentinin köməkçisi, ictimai-siyasi  məsələlər  şöbəsinin müdiri, professor  Əli Həsənovun  dərin məzmunlu  çıxışını dinlədikdən  və onun  “Feysbuk” səhifəsindəki  statusunu oxuduqdan  sonra  mənə  elə gəlirdi ki,  ölkəmizin, xalqımızın,  dövlətə rəhbərlik edənlərin, məmurların, dəyərli insanlarımızın  ünvanına böhtan  və iftira yağdıranlar,  qeyri-etik və qeyri -əxlaqi davranış sərgiləyən şantaj və təhqir trolları, yəqin ki,  bəd əməllərindən  çəkinəcək, düşdükləri mənəviyyatsızlıq,  şərəfsizlik bataqlığından  çıxmağa çalışacaqlar. Nəhayət, anlayacaqlar ki,   siyasi mübarizə pərdəsi arxasında  gizlənib söyüş  və təhqir  yağdırmaq kişiyə və insanlığa yaraşan  hərəkət deyil.

Təəssüf ki, virtual məkanda , sosial şəbəkədə  özlərini millət, Vətən təəssübkeşi  kimi ictimai  fikirə sırımağa çalışan bir qrup ünsür, sən demə, insanlıq  simasını tamamilə  itiribmiş.  Əks  halda  antiazərbaycan kampaniyasına son qoyardılar.  “Yalan meşə kimidir, nə qədər uzağa  getsən, çıxmaq da bir o qədər çətin olur” deyərkən böyük rus yazıçısı Anton Çexov necə də haqlı imiş.

Vətənə, xalqa, milli maraqlara xəyanət  etmək ağır cinayətdir.  Aylar, illər keçsə də, nə xəyanətkar unudulur, nə də onun törətdiyi bəd əməllər. İradəsiz,  ağıl və zəka sarıdan binəsib olan bu  “insanlar” sığındıqları xarici ölkələrdə məkrli  güclərin  təsiri altına  düşərək,  antimilli öhdəliklər götürmüşlər.

Azərbaycanın müstəqil siyasət yeritməsini, dinamik  inkişafını və tərəqqisini gözü götürməyən  dairələr “sapı özümüzdən olan baltaların”, dönüklərin, iddiaları  və  qabiliyyətləri  tərs mütənasib olan şərəfsizlərin əli ilə bizə  çamur atır, dövlət və  hökumət  rəsmilərini ləkələməyə, bizi tutduğumuz Haqq yoldan döndərməyə çalışırlar.

Müdriklər doğru deyiblər: mənəviyyatsız  və ləyaqətsiz insanları başqaları  idarə edirlər.  Hüseyn Abdullayev, Orduxan Teymurxan, Tural Sadıqlı, Vidadi İsgəndərli kimi Vətənə düşmən  kəsilmiş şəxslər bilməlidirlər ki,  azadlığın  ən böyük düşməni  səhv yola düşmüş  insanların beyinlərinə hakim kəsilmiş zərərli, alçaq, riyakar məqsəddir, ədalətsiz mövqedir. Bu  gün Azərbaycan xalqı onlar kimi ədalətsiz, mənəviyyatsız mövqe tutanları qətiyyətlə pisləyir, hiddətini bildirir.

Ölkəmizdə görülən işləri, qazanılan  uğurları gözardı etmək mümkün deyil.  Son 15 ildə ümumi daxili  məhsul istehsalı 3,2 dəfə, büdcə gəlirləri 13,5  dəfə  artmışdır.

Mətbuat, söz, ifadə azadlığının,  demokratik dəyərlərin bərqərar olması  heç kimə  özbaşınalıq etmək, insanların şərəf və ləyaqətini təhqir etmək haqqı vermir. Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlara  nə qədər hörmət və ehtiramla  yanaşsaq, cəmiyyətin  inkişafı da  bir o qədər dayanıqlı olar.

Tarixdə iz qoymaq  hər adama  müyəssər olmur. Tarixə imza atmaq ancaq  dahilərə  nəsib olur. Mənsub olduqları xalqın, Vətənin maraqlarını xaricdəki ağalarının ayaqları altına atan miskinlər və  layəqətsizlər dahilərin mövcudluğuna dözə bilmir, şər, böhtan, iftira kampaniyasına  başlayırlar. 

Azərbaycan xalqı müdrik xalqdır. Ona görə də öz müdrik  rəhbərinin ətrafında  sıx birləşərək ölkəmizin çiçəklənməsi, dövlətimizin daha  da  qüdrətlənməsi naminə  fədakarlıqla çalışır. Xalq  siyasi   təlxəklərin  deyil, dahilərin, müdrik  və sınanmış  liderin  arxasınca  gedir.

Həsən HƏSƏNOV,
“Xalq qəzeti”nin baş redaktoru,
Əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
December, 2024
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında