Göyçay rayonunda zona müşavirəsi keçirilib

Göyçay rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan “İntensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasının təşviqi” və digər məsələlərlə əlaqədar Göyçay, Kürdəmir, Ucar, Ağdaş, Zərdab, İsmayıllı və Ağsu rayonlarından olan mütəxəssislərin, fermerlərin və ailə-kəndli təsərrüfatı sahiblərinin iştirakı ilə zona müşavirəsi keçilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, nazirlik aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev tədbirdə çıxış edərək “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndən irəli gələn vəzifələr və nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə danışıb. O, həmçinin respublikada heyvandarlıq sahəsinin inkişaf perspektivləri, heyvandarlıqda intensiv metodların tətbiqi və damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər və görülən digər işlər barədə də ətraflı məlumat verib.

                                                  

Ə.BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında