Hacıqabul rayonunda “Novruz” şənliyi

Bu günlərdə Hacıqabul rayonunda Novruz bayramı münasibəti ilə ümumrayon "Novruz" şənliyi keçirildi. Park başdan-başa Novruz atributları, milli adət-ənənələrimizi əks etdirən rəmzlərlə bəzədilmişdi. Çörək, şəkərbura bişirən qadınlar, idman edən uşaqlar, yumurta döyüşənlər, bir sözlə, hərə öz məharətini göstərirdi.

Şənlikdə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov başda olmaqla bütün idarə və təşkilatlarının kollektivləri, rayon əhalisi iştirak edirdilər. Bura toplaşan hər bir hacıqabullunun çöhrəsində bayram əhval-ruhiyyəsi hiss olunurdu.

İcra Hakimiyyətinin başçısı idmançıların müşayiəti ilə, Dədə Qorqudun xeyir-duası ilə bayram tonqalını yandırdı. Sonra rayon Mədəniyyət evinin "Nur" instrumental ansamblı şən musiqilərlə çıxış etdilər.

Tədbirdə gənc müğənnilər Sədaqət Ulduz, Şamil Dəniz, Rüfət Axundov, “Qismət” qrupu, Elza Seyidcahan, Şəhla Əhmədova şən musiqilərlə bayrama gözəllik qatdılar.

Bayram şənliyi Dədə Qorqud və Bahar qızın xoş arzuları, Kosa və Keçəlin bir-birindən məzəli səhnəcikləri, müğənnilərin ifasında səslənən şən musiqi sədaları altında milli geyimli oğlan və qızların bir-birini əvəz edən rəqsləri ilə davam etdi.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında