Xarici müşahidəçilər YAP-in Gəncə şəhər təşkilatında olublar

Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə ATƏT DTİHB-nin müşahidə missiyasının uzunmüddətli müşahidəçiləri xanım Katarina Apel və Valentin Vizant Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında olublar. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev və YAP Gəncə şəhər təşkilatının sədr müavini, deputat Pərvin Kərimzadə iştirak ediblər.

Görüş zamanı Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edilib, seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə əminlik ifadə olunub. Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin təşviqat kampaniyasına uğurla qoşulduğu və fəaliyyət planına uyğun olaraq təşviqat görüşləri keçirdiyi bildirilib.

ATƏT DTİHB-in Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə müşahidə missiyasının uzunmüddətli müşahidəçiləri xanım Katarina Apel və Valentin Vizant görüşdən məmnun qaldıqlarını söyləyiblər.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında