Paşinyanın üçüncü tərəf iddiaları Dağlıq Qarabağla danışıqlar formatına qətiyyən uyğun deyil

Son günlər Ermənistanın yeni rəhbərliyinin sərsəm bəyanatlarının şahidi oluruq. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından danışıqlar aparmağa haqqı yoxdur. Gördüyümüz kimi, erməni sindromu indi də Paşinyanı özündən asılı edir. 
 
Bu fikirləri 2005–2010-cu illər III çağırış Milli Məclisin deputatı, Dünya Türk Gəncləri Birliyinin sədri Əkrəm Abdullayev səsləndirib. O deyib ki, Paşinyan əsas arqument kimi, “DQR”-in parlamenti, prezidenti və hökuməti olan müstəqil ölkə” olduğu, onun baş nazir seçilməsində Dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi barədə iddialar irəli sürüb. Bu necə məntiqdir? Bu adam hələ də anlamaq istəmir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisinin bir hissəsidir. Azərbaycanın tərkibində isə bu quruma daxili özünüidarəetmə hüququnu ancaq Azərbaycan dövləti verə bilər. 
Paşinyan öz sərsəm bəyanatlarını davam etdirərək deyir ki, Dağlıq Qarabağdan çıxan azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul ediblər. Həmin ölkənin prezident seçkilərində iştirak edirlər və buna görə də Azərbaycanın dövlət başçısı onların adından danışa bilər. Əvvəla, hamını bir sual düşündürür. Əgər həqiqətən, Dağlıq Qarabağ müstəqil qurumdursa, bəs nəyə görə orada Ermənistanın hərbi hissələri yerləşir, Ermənistan vətəndaşları orada hərbi xidmət keçirlər, Dağlıq Qarabağ faktiki olaraq Ermənistan ordusu tərəfindən qorunur? Bundan əlavə, “DQR”-in büdcəsinin formalaşmasında, təchizatında Ermənistan niyə iştirak edir?
QHT sədri bildirib ki, əgər həqiqətən də “DQR” “müstəqil subyektdirsə”, onda Ermənistan qoşunlarını oradan çıxarsın, Azərbaycanın Dağlıq Qarabağla təmaslarına mane olmasın. Məhz bundan sonra Azərbaycan Dağlıq Qarabağla hər hansı danışıqlar apara və problemi həll edə bilər. Nə qədər ki, işğal faktı ortadadır və bu faktorun arxasında duran Ermənistan dövlətidir, Azərbaycan yalnız onunla danışıqlar apara bilər.
“Paşinyanın azərbaycanlı qaçqın seçicilərlə bağlı düşüncəsiz fikirlərinə gəlincə, Dağlıq Qarabağ dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisidir və millətindən və dinindən asılı olmayaraq orada yaşayan insanlar da Azərbaycan vətəndaşlarıdır.” – deyə Ə. Abdullayev vurğulayıb.
Sarkisyandan canını güc-bəla qurtaran erməni cəmiyyəti indi də aqressiv bəyanatlarını davam etdirən və əvvəlki xunta rəhbərindən fərqli fikirlər səsləndirməyən Paşinyanın şoularını izləmək məcburiyyətində qalıb: “Paşinyan Azərbaycanı hədələyir. Amma cəmi iki il əvvəlki aprel “dərs”lərini unudur. Azərbaycan Milli Ordusu cəmi dörd gün ərzində erməni silahlı qüvvələrinə elə toy tutdu ki, Ermənistan hələ də onun şokunu yaşayır.”
Ə. Abdullayev sonda əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bütün çıxışlarında Paşinyana konkret cavab verilir. Dövlət başçısı haqlı olaraq bildirir ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan ölkəni həmişəlik tərk edir. Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Ölkə rəhbəri qeyd edib: “Mən dəfələrlə demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək. Bu onu göstərir ki, Azərbaycan heç vaxt öz haqlı mövqeyindən geri çəkilməyəcək”. 
Qələmə aldı:
Anar TURAN, “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında