İnanırıq ki, torpaqlarımızın azad olunacağı gün uzaqda deyil

Bu sözləri, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev Prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimindəki nitqinə münasibət bildirərkən demişdir. 
 --Artıq 25 ildən çoxdur ki, qubadlılılar məcburi köçkün həyatı yaşayırlar. Onlar yaxşı bilirlər ki, cənab İlham Əliyevin həyata keçirdiyi siyasət gec-tez torpaqlarımızın azad olunmasını təmin edəcək. Mən dövlət başçımızın iftar mərasimindəki nitqini diqqətlə izlədim. Açığını deyim ki, Prezidentimizin qətiyyəti, hadisələrə nikbin münasibəti bir daha məni əmin etdi ki, tezliklə mənfur düşmən torpaqlarımızdan çıxarılacaq və biz öz yurdumuza dönə biləcəyik.
Prezident həmin tədbirdəki nitqində dedi: “Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyik. Buna mənim şübhəm yoxdur. Həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, bizim iqtisadi gücümüz, hərbi gücümüz, bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir”. Mən yaxşı bilirəm ki, bu inam, bu qətiyyət xalqın iqtidara inamından yaranmışdır. 
Mən məcburi köçkünlər arasında çox oluram və bilirəm ki, öz yurd - yuvalarından didərgin salınmış bu insanlar Prezidentimizin siyasətini ürəkdən bəyənirlər və onlar hər an düşmənlə mübarizəyə hazırdırlar. Deyirlər ki, biz Ali Baş Komandanın əmrini gözləyirik. Nə vaxt lazım gələrsə, cəbhəyə yollanmağa hazırıq. 
Prezident həmin tədbirdə Ermənistanın əvvəlki hakimiyyətini “qaniçən, kriminal, quldur rejim” adlandırmışdır. Hakimiyyətə yeni baş nazirin gəlməsi isə əslində, heç nəyi dəyişməyib. İnanıram ki, qüdrətli Azərbaycan Ordusu tezliklə torpaqlarımızı azad edəcək, ermənilərə öz yerini göstərəcək. 
Ölkəmizin ildən-ilə artan iqtisadi qüdrəti buna əsas verir. İndi ermənilər də başa düşürlər ki, riyakar siyasətçilər xalqı aldadıb, ölkəni dalana sürükləyiblər. Xankəndidə baş verən mitinqlər bunu təsdiq etmirmi? 
Biz qalib gələcəyik və öz suveren hüquqlarımızı təmin edəcəyik. Buna az vaxt qalıb.
Hazırladı: 
M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti” 
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında