Ermənistan cəmiyyətinin müqavimət imkanları getdikcə tükənir

- Hazırda Ermənistanda açıq-aydın hiss olunur ki, işğalçı dövlətin başında dayanan, xalqın sabaha ümid bəsləyərək baş nazir kürsüsündə əyləşdirdiyi Nikol Paşinyan da “erməni xəstəliyindən” yaxa qurtara bilməyəcək. AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Aqil Əsədov daha sonra dedi:
- N.Paşinyanın köhnə iqtidarın buraxdığı səhvlərdən nəticə çıxarmağa maraq göstərməməsi, xalqının düşdüyü ağır, dəhşətli vəziyyətdən xilasına heç bir cəhd etməməsi də onun Rusiyanın xarici işlər naziri S.Lavrovla görüşündə səsləndirdiyi fikirlərdən açıq-aydın nəzərə çarpır. İnqilab dalğasında hakimiyyətə gələn bu “küçə qəhrəmanı” utanıb-qızarmadan, həyasızcasına bildirir ki, onun hüquqi və mənəvi baxımdan Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa heç bir haqqı yoxdur. Əsas arqument kimi isə “DQR”-in müstəqil ölkə” olduğunu, indiki vəzifəyə seçilməsində Dağlıq Qarabağ ermənilərinin iştirak etmədiklərini xatırladır. 
Onda belə bir sual yaranır: “DQR”, doğrudan da, müstəqil ölkədirsə, o zaman Ermənistanın hərbi hissələri hansı əsasla Dağlıq Qarabağda yerləşdirilib, hansı əsasla Ermənistan vətəndaşları bu ərazidə hərbi xidmət keçirlər? Yaxud, həmin sualı bu yöndə verə bilərik: Əgər, həqiqətən də, “DQR” “müstəqil subyektdirsə”, onda Ermənistan qoşunlarını orada niyə saxlayır, Azərbaycanın Dağlıq Qarabağla təmaslarına nə üçün mane olur? 
Əslində Paşinyan dediklərinin məntiqsiz olmasını özü də yaxşı anlayır. Sadəcə iddiaları onun seçkiöncəsi erməni xalqına verdiyi qeyri-real vədlərə hesablanıb və çox keçməyəcək ki, yürütdüyü bu siyasətlə də uçurum qarşısında olan Ermənistan tezliklə dərənin dibinə yuvarlanacaq. Hadisələrin gedişi də bunu aydın göstərir. 
Paşinyan Rusiyanın xarici işlər naziri S.Lavrovla görüşündə səsləndirdiyi bir fikir də əslində gülüş doğurur. Belə ki, Ermənistanın baş naziri iddia edir ki, Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdinə Ermənistan ölümcül zərbə ilə cavab verəcək...
Bu məqamda bir el məsəlini xatırlatmaq istərdim. İtə deyirlər ki, niyə quyruğunu bulayırsan, qayıdır ki, qorxuram, bəs niyə hürürsən, onda da cavab verir ki, qorxuduram.
Bəli, Paşinyan indi qorxudur, amma yaxşı bilir ki, bu hədənin real əsası yoxdur. Çünki Ermənistan bir dövlət olaraq iflas həddindədir, sosial-iqtisadi, siyasi böhran şəraitində boğulur, əhali aclıq və səfalət içərisində yaşayır, cəmiyyətin müqavimət imkanları getdikcə tükənir. 
Azərbaycanın isə artan hərbi-siyasi gücü, qətiyyəti regionda mühüm keyfiyyət dəyişikliyi yaradıb, hərbi-siyasi və iqtisadi güc balansı tamamilə ölkəmizin xeyrinə dəyişib. Bu isə Qarabağ probleminin həllində şərtləri məhz Azərbaycanın diktə etməsinə gətirib çıxarıb. Belə bir şəraitdə isə işğalçı dövlət Azərbaycan torpaqlarını uzun müddət tapdaq altında saxlaya bilməz. Digər tərəfdən də, BMT və digər beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında