Siyavuş Novruzov: Erməni xalqının səfalətdən xilas olması Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllindən asılıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Ermənistandakı hərbi xunta ölkə vətəndaşlarını əsarət altında saxlayır, iqtisadiyyatı darmadağın edib, sosial problemlər pik həddinə çatıb. Sonda bu problem Ermənistan əhalisinin özü tərəfindən etiraf olundu.  
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O qeyd edib ki, cinayətkar rejimin ölkədə yaratdığı ağır vəziyyət nəticəsində iş tapa bilməyən Ermənistan əhalisi xarici ölkələrə miqrasiya etməyə məcbur olur. 
Siyavuş Novruzov bildirib ki, dövlətimizin başçısı müxtəlif beynəlxalq tədbirlərdə Ermənistandakı iqtisadi, demoqrafik böhranla bağlı faktları dəfələrlə səsləndirib. Azərbaycan Prezidentinin illər ərzində dediyi sözləri indi erməni xalqı deyir. Dağlıq Qarabağdakı erməni əhalisi də problemdən çıxış yolunu Ermənistan-Azərbaycan münaqişəsinin həllində görür. Ermənistan xalqının normal yaşaması üçün bu, zəruridir. Ermənistan apardığı işğalçı siyasətin nəticəsində bu gün Azərbaycanın həyata keçirdiyi mühüm beynəlxalq nəqliyyat layihələrindən kənarda qalıb. Hazırda Ermənistanda sənaye müəssisələri fəaliyyətini dayandırıb və ucuz qiymətə müxtəlif xarici ölkələrə satılır. Bununla yanaşı, hərbi xuntanın bir qrup üzvü narkotik maddələrin qanunsuz dövriyyəsi və gizli silah satışı ilə məşğuldur. Əldə olunan maliyyə vəsaiti isə terrorçu qrupların hazırlanmasına sərf edilir. Müxtəlif xarici ölkələrdəki erməni diaspor təşkilatları Ermənistana göstərilən maliyyə yardımlarını dayandırıblar. Ermənistanın yeni rəhbərliyi bütün bunları nəzərə alıb normal siyasi fəaliyyətlə məşğul olmalı, dövlətimizin başçısının qeyd etdiyi kimi, əvvəlki hakimiyyətin səhvlərini təkrarlamamalı və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görməlidir. Çünki erməni xalqının səfalətdən xilas olması Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllindən asılıdır.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında