“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində  respublikamızın beynəlxalq norma və prinsiplərə, o cümlədən suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına əsaslanan ədalətli mövqeyi  bu gün dünya birliyi tərəfindən də dəstəklənir.
Bu münaqişənin  tarixi, yaranma səbəbləri, nəticələri, regionun sabitliyi və inkişafına təsiri, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi artıq beynəlxalq  ictimaiyyətə də bəllidir. Ölkə baçşısının həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində artıq Ermənistan dünyada işğalçı dövlət kimi tanınır. Bu ölkənin işğalçılıq siyasətini hələ də davam etdirməsi onu bütün layihələrdən kənarda qoyub. Bunun nəticəsidir ki, Ermənistan bu gün iqtisadi burulğanda boğulur.
Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimindəki nitqində bu məsələyə xüsusi önəm verərək dedi ki, Ermənistan-Azərbaycan , Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır. Dövlətimizin başçısı qeyd etdi ki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır,  biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq:  “Bir çox elmi əsərlər, kitablar nəşr edilib, bir çox tədbirlər keçirilib. Biz tarixi həqiqətləri çatdırmalıyıq və çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda, münaqişənin həli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq”.
Möhtərəm Prezidentimiz əminliklə bildirdi ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna heç bir şübhə olmadığını diqqətə çatdıran dövlətimizin başçısı vurğuladı ki,  həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri,  iqtisadi və hərbi gücümüz, bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir.
Dilarə CƏBRAYILOVA, 
Milli Məclisin deputatı

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında