Vüqar RƏHİMZADƏ: İşğalçı ölkədə xalq da Ermənistanda bu siyasi idarəçilikdən, terrordan, özbaşınalıqdan bezib

Bu gün regional və beynəlxalq əməkdaşlıqdan təcrid olunan Ermənistanda xaos, anarxiya və özbaşınalıq davam edir. İstər İrəvanda, istər bölgələrdə, istərsə də Azərbaycanın işğal altında saxlanılan ərazilərində insanlar illərdir ki, xalqı aldadan, ölkəni talayan rejimə qarşı üsyan edir, öz etirazlarını bildirirlər. 
Bu fikirləri açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. V.Rəhimzadə əlavə edib ki, son günlər Dağlıq Qarabağda qondarma rejimə qarşı etirazlar daha şiddətli xarakter alıb: “Sadə insanlar terrorist rejimin əməllərini açıq şəkildə bütün dünyaya car çəkirlər. Bunun nəticəsi olaraq artıq qondarma rejimin “baş naziri” istefa verib. Azərbaycanın işğal edilmiş torpaqlarında - Dağlıq Qarabağda yaşayan ermənilərin gözü deyəsən açılıb. Təəssüf ki, onlar bunu gec başa düşüblər. İyunun 6-da möhtərəm Prezidentimiz İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsində təşkil olunan iftar mərasimində çıxışı zamanı bildirib ki, Onun illər ərzində dediyi sözləri erməni xalqı indi deyir. “Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir”. Dövlətimizin başçısının bu sözləri bir daha onu göstərir ki, işğalçı ölkədə xalq da bu siyasi idarəçilikdən, terrordan, özbaşınalıqdan bezib”. 
Baş redaktorun sözlərinə görə, bu gün dünya dəyişir, inkişaf edir, yeni əməkdaşlıqlar qurulur: “Təbii ki, bu sırada Azərbaycan diqqət mərkəzindədir. Ölkəmiz sürətlə inkişaf edir, qlobal layihələrin təşəbbüskarı kimi yeni-yeni uğurlara imza atır. Regionda Türkiyə, Gürcüstan, İran, Rusiya və digər ölkələrlə ikitərəfli və çoxtərəfli qarşılıqlı faydalı münasibətlər daha da dərinləşir. Ancaq Ermənistan yenə də kənarda qalır. Səbəb isə məlumdur. İşğalçılıq və terror siyasəti bu ölkəni və erməni xalqını uçuruma aparır. Möhtərəm Prezidentimiz xüsusi olaraq vurğulayıb ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, inkişaf üçün heç bir perspektiv yoxdur. Erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. Hesab edirəm ki, dövlətimizin başçısının bu tezisləri işğalçı ölkəyə, dünya ictimaiyyətinə bir çağırışdır. Həm dünya birliyi, həm də erməni xalqı bütün bunlardan nəticə çıxarmalı, işğalçıya təzyiq göstərilməli, torpaqlarımız azad edilməlidir”.
Ölkəmizin regionda hər zaman mehriban qonşuluq siyasəti yürütdüyünü deyən “İki sahil” qəzetinin baş redaktoru vurğulayıb: “Azərbaycanın heç kimin torpağında gözü olmayıb. Hər zaman çalışmışıq ki, qonşu dövlətlərlə mehriban, sülh şəraitində yaşayaq, əməkdaşlıq edək. Təəssüf ki, Ermənistanın terrorist rejimi torpaqlarımızın 20 faizini işğal edərək regiona sülh deyil, müharibə gətirib. 25 ildir ki, bu ölkə regional təhlükəsizliyə böyük əngəl yaradır. Cənab Prezidentimizin də bildirdiyi kimi, ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq, münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək. Bununla Cənubi Qafqazda sülh bərpa oluna bilər”.
Vüqar Rəhimzadə əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: “Biz illərdir ki, bunu deyirik. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. Bütün dünya bunu bilir. BMT və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə də qeyd edilir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Ermənistan tərəfindən işğal edilib. Rəsmi sənədlərdə, həmçinin vurğulanır ki, Ermənistan bu işğala son qoymalı, Azərbaycanın torpaqları azad edilməlidir. Təəssüf ki, işğalçı ölkə bu çağırışlara məhəl qoymur. Ölkəmizin iqtisadi, hərbi gücü, siyasi çəkisi, nüfuzu durmadan artır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik”.
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında