Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün tarixi nailiyyətləri sübut edir ki, yalnız düşünülmüş siyasət, qətiyyətli siyasi iradə, xalqla möhkəm vəhdət sayəsində qarşıya qoyulmuş ümummilli hədəflərə çatmaq mümkündür.

Yeni makroiqtisadi çağırışlara adekvat olaraq dövlət başçısı qlobal siyasi-iqtisadi təlatümlərdən sığortalanmaq  məqsədilə  qanunvericiliyin təkmilləşməsindən tutmuş sosial-iqtisadi sahədə mühüm yeniliklərə, vacib təşəbbüslərə imza atmışdır. Hədəflər aydın, təməl möhkəm, xalqın inamı və etimadı sarsılmaz olanda siyasi liderin uğurları daha böyük olur.

Görkəmli fransız yazıçısı Viktor Hüqo deyirdi ki, gücün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur, əhəmiyyəti olan odur ki, haqq kimin tərəfindədir. Aprelin 11-də keçirilən seçkidə Azərbaycan xalqı ölkəni idarə etmək haqqını, səlahiyyətini özünün mətin və sınanmış lideri cənab İlham Əliyevə verdi. Bu etimad son 15 ildə görülən işlərin məntiqi yekunu idi. Ötən illərin təcrübəsi və qazanılan möhtəşəm uğurlar göstərdi ki, cənab İlham Əliyev əsl vətənpərvərdir, qurucu lider əzmi ilə çalışan Prezidentdir, görkəmli dövlət xadimidir. Onun rəhbərlik etdiyi müasir Azərbaycan inkişaf edir, güclənir, mürəkkəb və ziddiyyətlərlə dolu olan dünyada mətin addımlarla irəliləyir, qüdrətli dövlətə çevrilir. 11 aprel seçiminin fəlsəfəsi, qayəsi fundamental elmi-siyasi, sosial-iqtisadi əsaslara söykənir. Xalq bu seçimlə davamlı sabitliyə, rifaha, gələcək uğurlara, inkişaf və tərəqqiyə etibarlı təminat yaratmış oldu.

Milli dövlətçilik maraqlarının qorunmasında, ölkənin zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi həmişə mühüm əhəmiyyət kəsb etmişdir. Lakin mövcud potensial və geosiyasi zəmindən maksimum yararlanmaq dünyada baş verən proseslərin ciddi araşdırılmasını, düşünülmüş, hərtərəfli əsaslandırılmış, bütün incəlikləri, dəyişən reallığın irəlicədən proqnozlaşdırılması mümkün olmayan situasiya yaratmasına çevik reaksiya verə biləcək mükəmməl daxili və xarici siyasət yeridilməsini tələb edir. Demokratikləşmə, dünyaya inteqrasiya və modernləşmə fundamental geostrateji seçimin əsas meyarı olmalıdır.

Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində ölkəmizin milli inkişaf strategiyasının  keyfiyyətcə yeni mərhələyə qədəm qoyması xüsusi vurğulanır, müasir dünyanın reallıqları, Azərbaycanın burada yeri və rolu, təhlükəsizliyin təmin olunmasında mövqeyi, milli inkişafımızın əsas hədəflərini əhatə edən dövlət siyasətinin konseptual istiqamətləri dərin təhlil olunur.

Sosial-iqtisadi islahatların davam etdirilməsi, müasir texnologiyaların tətbiqi, elmi-texnoloji yeniliklərin mənimsənilməsi, sənayenin, xüsusilə qeyri-neft sektorunun üstün  inkişafı, ordu quruculuğu, torpaqlarımızın işğaldan azad olunması, infrastrukturun yeniləşdirilməsi, xalqın rifahının durmadan yüksəldilməsi, tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması  Prezident İlham Əliyevin gələcək fəaliyyətinin mühüm prioritetləridir.

Müasir dünyanın inkişaf təcrübəsi göstərir ki, ümummilli səviyyədə yeni keyfiyyət mərhələsinə keçid postmodern cəmiyyət quruculuğu prosesinin əsas hərəkətverici qüvvəsi olan informasiya kommunikasiya texnologiyalarının davamlı inkişafını tələb edir. Prezident İlham Əliyev də iqtisadiyyatın struktur modernləşdirilməsi zamanı məhz bu aspektin xüsusi diqqət mərkəzində saxlanacağını bildirir, qlobal çağırışlara adekvat olaraq postindustrial təsərrüfat tipinin formalaşdırılması vəzifəsini qarşıya qoyur.

Dövlət başçısının sənayeləşmə siyasətindən gözləntilər çox böyükdür, iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması makroiqtisadi sabitlik modelinə də keyfiyyətcə yeni impuls verəcək. Transformasiyanın rəvan gedişi baxımından son dövrdə həyata keçirilən islahatların davamlılığı mühüm əhəmiyyətə malikdir. Qloballaşan dünyada makroiqtisadi sabitliyi təhdid edən risklərin nəzərə alınması və ona çevik reaksiya verilməsi Azərbaycanın modern və dinamik tərəqqi parametrlərinə müsbət təsir göstərir, iqtisadiyyatı neqativ təmayüllərdən etibarlı surətdə qoruyur.

İnauqurasiya mərasimində Prezident İlham Əliyev ölkədə sabitliyin bərqərar olmasının əhəmiyyətini vurğulayaraq xüsusi qeyd edir ki, sabitliyin təminatçısı Azərbaycan xalqıdır, bizim siyasətimizdir. Ona görə də xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlət başçısının yeritdiyi hücum diplomatiyası sayəsində Ermənistanın işğalçılıq siyasəti ifşa edilmiş, Azərbaycan beynəlxalq təşkilatların dəstəyini qazanmışdır. Azərbaycan Prezidenti  haqqın, ədalətin qalib gələcəyinə, ordumuzun qüdrətinə arxalanaraq qətiyyətlə bəyan edir ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaransın.

Prezident İlham Əliyevin uzaqgörən, məntiqli, elmi əsaslara söykənən fəaliyyətinin siyasi-praqmatik müstəvidən real müstəviyə keçməsi bir daha təsdiq edir ki, dövlətimizin başçısının bitkin, siyasi, iqtisadi və sosial cəhətdən yüksək peşəkarlıqla əsaslandırılmış strateji  fəaliyyət proqramları vardır. Siyasi və hüquqi liberallaşdırmaya, vətəndaş cəmiyyətinin inkişafına xidmət edən islahatların sürətləndirilməsi millətin intellektual potensialının reallaşdırılmasına, ölkənin tərəqqisinə və innovasiyalı modernləşdirməyə istiqamətlənmişdir. Elə buna görə də Azərbaycan qarşıda duran ümummilli məqsədlərin reallaşdırılması istiqamətində ardıcıl və sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yüksəliş fenomeninə çevrilməkdədir.

Həsən HƏSƏNOV,
“Xalq qəzeti”nin baş redaktoru,
Əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında