Prezident İlham Əliyev: Azərbaycan xalqı öz taleyinin sahibidir

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 56-cı kitabı çapdan çıxıb

Azərbaycan bir sabitlik adasıdır. Azərbaycanda daxili sabitlik, xalqla iqtidar arasında birlik, vəhdət vardır. Azərbaycanda iqtisadi siyasət möhkəm sosial siyasətlə tamamlanır. Bizim xarici siyasətimiz də birmənalıdır, açıqdır, aydındır və müstəqildir. Bizim müstəqilliyimizin, müstəqil siyasətimizin təməlində də iqtisadi müstəqillikdir. Əgər iqtisadi müstəqillik olmasaydı, əgər biz xarici kreditlərdən asılı olsaydıq, müstəqil siyasət apara bilməzdik. Müstəqillik ən böyük dəyərdir, ən böyük sərvətdir. Müstəqillik o deməkdir ki, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı, nəhayət ki, öz taleyinin sahibidir”.

“İnkişaf məqsədimizdir” çoxcildliyinin 56-cı kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2013-cü il mayın 10-da ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində söylədiyi nitqdən götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 56-cı kitabındakı materiallar 2013-cü ilin aprelindən mayınadək olan dövrü əhatə edir. Bu kitab Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqinin mətni ilə başlanır.

Nəşrdə dövlətimizin başçısının Avstriyaya rəsmi səfəri, Latviya Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı apardığı danışıqlara, keçirilən tədbirlərə dair materiallar, prezidentlərin mətbuata birgə bəyanatları ilə bağlı informasiyalar toplanıb.

Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin İndoneziya, ABŞ, Çexiya, Rumıniya, Yunanıstan, İsrail, İspaniya, Gürcüstan, Türkiyə və digər dövlətlərin, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT, NATO, BP şirkəti və digər beynəlxalq qurumların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün Bakıya gəlmiş nümayəndə heyətlərini qəbul etməsinə, paytaxtımızda keçirilən I Cənubi Qafqaz Forumunda və digər beynəlxalq tədbirlərdə iştirakına dair materiallar daxil olunub. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl törədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Kitabda dövlətimizin başçısının Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasətə, iqtisadi potensialın möhkəmlənməsi, ordu quruculuğu, regionların sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində önəmli nailiyyətlərə və ölkə həyatının digər sahələrinə dair nitqləri, çıxışları, habelə “Ali audit qurumlarının potensialının gücləndirilməsinin müasir çağırışları” mövzusunda IV beynəlxalq konfransın, “MDB müsəlmanları sülh və sabit inkişaf tərəfdarıdırlar” beynəlxalq elmi-praktik konfransın, Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Konfederasiyanın 43-cü konfransının, “Bakı Ürək Günləri” III Beynəlxalq Konqresinin iştirakçılarına müraciətlərinin mətnləri də yer alıb.

Bu cilddə, həmçinin dövlətimizin başçısının Hacıqabul, Abşeron, Qobustan və Şamaxı rayonlarına, Mingəçevir və Sumqayıt şəhərlərinə səfərlərinə, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, bir sıra mədəni-məişət, sosial və sənaye müəssisələrinin açılışında iştirakına dair materiallar toplanıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 56-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında