Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası hökuməti ilə İsrail Dövləti hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası hökuməti ilə İsrail Dövləti hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1177)  1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın həmsədri

Azərbaycan Respublikasının vergilər naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru    

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti.”.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə İsrail Dövləti tərəfinə bildiriş göndərsin.

 İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 mart 2018-ci il

 

 

Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 16 mart tarixli Sərəncamına Əlavə

 

Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Sıra №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Ucar rayonu Qaradağlı kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

2

Ucar rayonu Küçəkənd kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

3

Zərdab rayonu Sileyli kənd 20 şagird yerlik modul tipli
ibtidai məktəbin quraşdırılması

230 000

4

Zərdab şəhər 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

5

Zərdab rayonu Hüseynxanlı kənd  80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

6

Zərdab rayonu Nəzəralı kənd 20 şagird yerlik modul tipli  ibtidai məktəbin quraşdırılması

230 000

7

Zərdab rayonu Sarıqaya kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

8

Göyçay rayonu Veysəlli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

9

Kürdəmir rayonu Bağman kənd 80 şagird yerlik modul tipli  tam orta məktəbin quraşdırılması

390 000

10

Kürdəmir rayonu Öyləqulu kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

11

Kürdəmir rayonu Təklə kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

 

Cəmi

3 915 000

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında