Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsinin təsdiq olunması barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 nömrəli Sərəncamında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsinin təsdiq olunması barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 253; 2005, № 4, maddə 299; 2008, № 6, maddə 496; 2011, № 7, maddə 655; 2013, № 6, maddə 684; 2017, № 5, maddə 886) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissəsində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

2. Preambulasında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

3. 2-ci hissəsi ləğv edilsin.

4. Həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi” üzrə:

4.1.  adında, 1.1-ci bəndində, 1.2-ci bəndinin ikinci abzasında, 2.5-ci bəndinin “a” və “c” yarımbəndlərində, 4.7-ci bəndinin “d” yarımbəndində (hər iki halda), 4.10-cu bəndinin üçüncü abzasında, 5.3-cü bəndinin birinci abzasında, 5.5-ci bəndinin “d” və “e” yarımbəndlərində, 5.6-cı bəndinin “d” yarımbəndində, 5.7-ci bəndinin birinci abzasında, 5.8-ci və 5.11-ci bəndlərində, 6.7-ci bəndinin “b” yarımbəndində, 6.13-cü bəndinin birinci abzasında, 7.1-ci, 7.3-cü, 7.7-ci və 8.1-ci bəndlərində ismin müvafiq hallarında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

4.2.  1.4-cü bəndində, 4.10-cu bəndinin altıncı abzasında, 5.2-ci və 5.12-ci bəndlərində “Azərbaycan Respublikasının təhsil və milli təhlükəsizlik nazirliklərinin” sözləri “Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

4.3.  1.6-cı bəndində “Azərbaycan
Respublikasının milli təhlükəsizlik və təhsil nazirlikləri” sözləri “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

4.4.  2.4-cü bəndinin “b” yarımbəndində və 3.2-ci bəndinin “e” yarımbəndində “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;

4.5.  4.1-ci və 5.9-cu bəndlərində “milli təhlükəsizlik naziri” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” sözləri ilə əvəz edilsin;

4.6.  4.5-ci bəndinin birinci abzasının birinci cümləsində “milli təhlükəsizlik nazirinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti rəisinin” sözləri ilə əvəz edilsin;

4.7.  4.8-ci bəndinin üçüncü abzasında “Milli təhlükəsizlik naziri” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” sözləri ilə əvəz edilsin;

4.8.  4.10-cu bəndinin üçüncü abzasında “Nazirliyin” sözü “Xidmətin” sözü ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında