Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) fəaliyyətinin təkmilləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Son illər Azərbaycan Respublikasının sürətli sosial-iqtisadi və demokratik inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artması kütləvi informasiya vasitələrinin qarşısında yeni vəzifələr müəyyənləşdirmişdir. Qlobal informasiya məkanında mühüm dəyişikliklər baş verdiyi, yeni informasiya texnologiyalarının geniş tətbiq olunduğu müasir dövrdə Azərbaycan haqqında obyektiv məlumatların operativ şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması və dünyada baş vermiş hadisələr barədə cəmiyyətimizin hərtərəfli məlumatlandırılması kütləvi informasiya vasitələrinin fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini tələb edir.
Azərbaycan Respublikası haqqında məlumatların operativ və çevik yayılmasında, habelə dünyada baş vermiş hadisələr barədə ictimaiyyətimizin dolğun məlumatlandırılmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) xüsusi əhəmiyyətini nəzərə alaraq, onun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Dövlət Teleqraf Agentliyinin xarici ölkələrdəki müxbir məntəqələrinin sayı artırılsın.
2. Azərbaycan Dövlət Teleqraf Agentliyinin Xarici dillərdəki informasiya baş redaksiyası nəzdində multimedia və video xidməti yaradılsın.
3. Azərbaycan Dövlət Teleqraf Agentliyinin əlavə olaraq alman, fransız və ərəb dillərində xəbərlər buraxılışları təmin edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
4.1. bu sərəncamın 1-ci bəndinə əsasən yaradılacaq müxbir məntəqələrinin, 2-ci bəndi ilə yaradılmış multimedia və video xidmətinin fəaliyyətinin və 3-cü bəndi ilə müəyyən edilmiş xarici dillərdə xəbər buraxılışlarının təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirmə məsələlərini həll etsin;
4.2. Azərbaycan Dövlət Teleqraf Agentliyinin işçilərinin say həddini təsdiq etsin;
4.3. Azərbaycan Dövlət Teleqraf Agentliyinin yeni inzibati binasının tikintisi məqsədilə müvafiq torpaq sahəsinin ayrılması üçün zəruri tədbirlər görsün;
4.4. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 aprel 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında