№
|
Tədbirin adı
|
İcraçılar/Tövsiyə
|
İcra müddəti
|
Çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi
|
1.1.
|
Çimərliklərin fəaliyyətini tənzimləyən hüquqi aktların, o cümlədən korporativ idarəetmənin və keyfiyyət standartlarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması
|
Mədəniyyət və Turizm Nazirliyi,
Ədliyyə Nazirliyi,
Səhiyyə Nazirliyi,
Əmlak Məsələləri Dövlət Komitəsi,
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,
yerli icra hakimiyyəti orqanları
|
2017
(aprel-sentyabr)
|
1.2.
|
Çimərliklərin mühafizəsi sahəsində normativ hüquqi aktların tələblərini pozan hüquqi və fiziki şəxslərin inzibati məsuliyyətini müəyyən edən qanun layihəsinin hazırlanması
|
Mədəniyyət və Turizm Nazirliyi,
Ədliyyə Nazirliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,
yerli icra hakimiyyəti orqanları
|
2017
|
1.3.
|
Sahibkarlar tərəfindən idarə olunan çimərliklərdən istifadə imkanlarının artırılması ilə bağlı tədbirlər görülməsi, habelə çimərliklərdən istifadə qaydasının təsdiq edilməsi
|
Nazirlər Kabineti,
Mədəniyyət və Turizm Nazirliyi,
yerli icra hakimiyyəti orqanları
|
2017–2018
|
Çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi
|
2.1.
|
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yeni çimərliklər salınması üçün müvafiq sahilboyu ərazilərin aidiyyəti qurumlarla razılaşdırılaraq müəyyən edilməsi, model çimərlik layihələri əsasında çimərliklərin yaradılması ilə bağlı təkliflərin hazırlanması və sahibkarların bu barədə məlumatlandırılmasının təmin edilməsi
|
Mədəniyyət və Turizm Nazirliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi,
Əmlak Məsələləri Dövlət Komitəsi,
yerli icra hakimiyyəti orqanları.
Tövsiyə edilir: bələdiyyələr
|
2017
|
2.2.
|
Çimərliklər üçün müəyyən edilmiş ərazilərdə formalaşan tullantı sularının idarə edilməsi
|
“Azərsu” ASC.
Tövsiyə edilir: bələdiyyələr
|
2017–2020
|
2.3.
|
Çimərliklərin fəaliyyəti üçün müvafiq şəraitin yaradılması və infrastrukturun (yol, su, kanalizasiya, elektrik, rabitə və digər xidmətlər) formalaşdırılmasına dair təkliflərin hazırlanması
|
Mədəniyyət və Turizm Nazirliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi,
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,
“Azəravtoyol” ASC, “Azərsu” ASC,
“Azərenerji” ASC,
yerli icra hakimiyyəti orqanları
|
2017–2018
|
2.4.
|
Beynəlxalq təcrübə nəzərə alınmaqla, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu və çimərlik üçün müəyyən edilmiş yararlı ərazilərinin yaxınlığında müvafiq infrastruktur obyektlərinin inşasına, həmçinin aidiyyəti üzrə sahibkarların təklif etdiyi layihələrin dəstəklənməsinə dair təkliflərin hazırlanması
|
Mədəniyyət və Turizm Nazirliyi,
Əmlak Məsələləri Dövlət Komitəsi,
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,
yerli icra hakimiyyəti orqanları
|
2017–2018
|
2.5.
|
Çimərliklərin akvatoriyalarında, çimərliklərarası sahələrdə (ən azı 200 metrdən bir) su nəqliyyatının sərbəst hərəkəti üçün xüsusi zolaqların normalara uyğun olaraq yaradılması
|
Fövqəladə Hallar Nazirliyi,
yerli icra hakimiyyəti orqanları
|
2017–2020
|
2.6.
|
Çimərlik operatorlarının əhalinin ən azı 200 metrdən bir sahilə sərbəst çıxışını təmin etmələri ilə bağlı tədbirlər görülməsi
|
Fövqəladə Hallar Nazirliyi,
Əmlak Məsələləri Dövlət Komitəsi,
yerli icra hakimiyyəti orqanları
|
2017–2018
|
2.7.
|
Çimərlik operatorlarının istifadəsində olan çimərlik sahələrinin dənizə çıxış yerlərində standartlara uyğun məlumatlandırma lövhələrinin quraşdırılması, həmin ərazinin yaxınlığında nəqliyyat vasitələri üçün pulsuz avtodayanacaqların salınması ilə bağlı tədbirlər görülməsi
|
yerli icra hakimiyyəti orqanları.
Tövsiyə edilir: bələdiyyələr
|
2017–2020
|
2.8.
|
Çimərliklərin fəaliyyətini tənzimləyən hüquqi aktların, o cümlədən standartların tələblərinə (tövsiyələrinə) uyğun olaraq çimərlik ərazilərində həmin fəaliyyətin həyata keçirilməsi məqsədilə kompleks xidmətlərin yaradılması
|
yerli icra hakimiyyəti orqanları.
Tövsiyə edilir: bələdiyyələr
|
2017–2018
|
Çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi
|
3.1.
|
Çimərlik fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə çimərlik operatorları tərəfindən standartların tələblərinə riayət olunmasının monitorinqinin keçirilməsi
|
Mədəniyyət və Turizm Nazirliyi,
Fövqəladə Hallar Nazirliyi,
Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
yerli icra hakimiyyəti orqanları
|
2017–2020
|
3.2.
|
Çimərlik operatorları assosiasiyasının yaradılmasının təşviqi
|
Mədəniyyət və Turizm Nazirliyi
|
2017–2020
|
Ətraf mühiti mühafizə tədbirləri
|
4.1.
|
Çimərlik ərazilərinə axıdılan təmizlənməmiş təsərrüfat-məişət tullantı sularının hermetik qapalı sistemə keçirilməsi, axıntıların birbaşa yox, mövcud kanalizasiya şəbəkəsinə birləşdirilməsi, kanalizasiya şəbəkəsi olmayan sahilboyu ərazilərdə tullantı sularının təmizlənməsi üçün stasionar təmizləyici qurğular şəbəkəsinin yaradılması və mütəmadi araşdırmaların təşkili
|
“Azərsu” ASC,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi,
Əmlak Məsələləri Dövlət Komitəsi,
yerli icra hakimiyyəti orqanları.
Tövsiyə edilir: bələdiyyələr
|
2017–2020
|
4.2.
|
Ərazilərdən çimərliklərə birbaşa çıxışı olan bütün drenaj, yağış və digər axıntı sularının zərərsizləşdirilməsinin təmin edilməsi
|
“Azərsu” ASC,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Səhiyyə Nazirliyi
|
2017–2020
|
4.3.
|
Çimərliklərdə sanitariya-mühafizə zonalarının yaradılması və bu ərazilərdə həyata keçirilməsinə qanunla yol verilən fəaliyyət növləri ilə bağlı təkliflər verilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi,
Əmlak Məsələləri
Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi,
yerli icra hakimiyyəti orqanları
|
2017–2020
|
4.4.
|
Çimərliklərdə məişət tullantılarının idarə olunması mexanizminin təkmilləşdirilməsi
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi,
Ədliyyə Nazirliyi,
yerli icra hakimiyyəti orqanları
|
2017–2018
|
Təhlükəsizlik tədbirləri
|
5.1.
|
Çimərlik ərazisində təhlükəsizlik tədbirləri barədə müvafiq təlim keçmiş əməkdaşlar olmadıqda, çimərlik operatorlarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər görülməsi
|
Fövqəladə Hallar Nazirliyi
|
2017–2020
|
5.2.
|
Çimərlik operatorları ilə müqavilə əsasında su hövzəsinin çimərliyə aid olan hissəsində xilasetmə, su nəqliyyatı vasitələri ilə xidmət göstərilməsi mexanizminin yaradılması ilə bağlı tədbirlər görülməsi
|
Fövqəladə Hallar Nazirliyi
|
2017–2020
|
5.3.
|
Çimərlik operatorları ilə müqavilə əsasında çimərlik ərazisinin su akvatoriyasını təmizləmək mexanizminin yaradılması ilə bağlı tədbirlər görülməsi
|
Fövqəladə Hallar Nazirliyi
|
2017–2020
|
Çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi
|
6.1.
|
“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli sərəncamının 10-cu bəndinin icrası ilə əlaqədar yaradılacaq turizm reyestrində və müvafiq informasiya saytında çimərlik turizminə dair ayrıca bölmənin olması, çimərliklərin xəritələri və onlar barədə ətraflı məlumatların bu bölmədə yerləşdirilməsi və çimərlik mövsümü ilə bağlı elektron bülletenin hazırlanması
|
Mədəniyyət və Turizm Nazirliyi,
yerli icra hakimiyyəti orqanları
|
2017–2020
|
6.2.
|
Azərbaycanın çimərlik turizm məhsulunun yerli və beynəlxalq səviyyəli turizm sərgilərində iştirak yolu ilə, reklam çap materialları və digər marketinq vasitələrindən istifadə edilməklə təşviqi
|
Mədəniyyət və Turizm Nazirliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
yerli icra hakimiyyəti orqanları
|
2017–2020
|
6.3.
|
Turistləri əraziyə cəlb etmək üçün müvafiq təbliğat-təşviqat tədbirlərinin görülməsi
|
Mədəniyyət və Turizm Nazirliyi,
yerli icra hakimiyyəti orqanları
|
2017–2020
|
6.4.
|
Xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə çimərlik turizmi ilə bağlı seminarların, təlimlərin keçirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi
|
Mədəniyyət və Turizm Nazirliyi,
yerli icra hakimiyyəti orqanları
|
2017–2020
|
6.5.
|
Çimərlik operatorlarının göstərdiyi xidmət çeşidlərinin artırılması üçün maarifləndirmə işlərinin aparılması
|
Mədəniyyət və Turizm Nazirliyi,
yerli icra hakimiyyəti orqanları
|
2017–2020
|