Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Nizamnaməsi”nin 5.5–5.7-ci  bəndlərinə uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

                                                       dövlət orqanlarından

Süleymanov Tahir Veys oğlu         –        Azərbaycan Respublikası Prezidenti
                                                                            Administrasiyasının ictimai-siyasi məsələlər
                                                                            şöbəsi müdirinin müavini

Babayev İntiqam Vaqif oğlu          –        Azərbaycan Respublikası gənclər və
                                                                            idman nazirinin müavini

Bayramov Ceyhun Əziz oğlu         –        Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bayramov Rafiq Yasin oğlu           –        Azərbaycan Respublikası Mədəniyyət və
                                                                            Turizm Nazirliyi Aparatının rəhbəri

Məmmədov Cavid Nəriman oğlu   –        Azərbaycan Respublikası Maliyyə Nazirliyinin

                                                                     sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

gənclər təşkilatlarından

Mehdiyev Nurəddin Səftər oğlu                    –        “Bizim Nəsil” Gənclərin Regional İnkişaf
                                                                            Assosiasiyasının sədri

Seyidov Mirhəsən Mirheydər oğlu –        “İrəli” İctimai Birliyinin sədri

Hüseynov Seymur Elşad oğlu        –        Azərbaycan Respublikası Gənclər Təşkilatları
                                                                            Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu            –        “Gənclərin İntellektual İnkişafına Yardım”
                                                                            İctimai Birliyinin İdarə Heyətinin sədri

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 mart tarixli 2757 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 263) ləğv edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 4 mart 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında