“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 373; 2005, № 6, maddə 496; 2012, № 4, maddə 379) 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:

 

“Komissiyanın sədri

 

Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Komissiya sədrinin müavini

 

Fərhad Tağı-zadə – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

 

Komissiyanın üzvləri:

 

Rauf Hacıyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər  nazirinin müavini

İsmayıl Bağırov – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Elbrus Orucov – Azərbaycan Respublikası Müdafiə Nazirliyinin

Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi

Məmməd Sadıq Quliyev – Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini

İslam Rzayev – Balakən Rayon İcra Hakimiyyətinin başçısı

Musa Şəkiliyev – Qax Rayon İcra Hakimiyyətinin başçısı

Mübariz Əhmədzadə – Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

Rəcəb Babaşov – Qazax Rayon İcra Hakimiyyətinin başçısı

Məhərrəm Quliyev – Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı

Tofiq Zeynalov – Tovuz Rayon İcra Hakimiyyətinin başçısı

Alı Qocayev – Samux Rayon İcra Hakimiyyətinin başçısı

Elçin Nəsibov – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi

Azad Nağıyev – Azərbaycan Respublikası Əmlak Məsələləri

Dövlət Komitəsi Aparatının torpaq münasibətlərinin tənzimlənməsi,   torpaqların monitorinqi və geodeziya şöbəsinin müdiri”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Gürcüstan tərəfinə bildiriş göndərsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında