Voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Avropa Voleybol Konfederasiyasının 2016-cı ilin sentyabr ayındakı yığıncağında 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 3 qrup oyununun, play-off mərhələsi oyunlarının və final oyununun 19 sentyabr–01 oktyabr tarixlərində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman sahəsində qazandığı nailiyyətlərə verilən yüksək qiymətin təzahürüdür. Ölkədə beynəlxalq səviyyəli tədbirlərin, xüsusən ilk Avropa Oyunlarının və Ümumdünya Şahmat Olimpiadasının, eləcə də bir çox idman növləri üzrə Dünya və Avropa çempionatlarının, Dünya Kuboku və Qran-Pri yarışlarının təşkilinin ənənəvi hal alması bu Avropa çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inam yaradır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərində 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. 2017-ci ilin sentyabr–oktyabr aylarında Bakı şəhərində voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

                                  Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov             – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

                                                                    Təşkilat Komitəsinin üzvləri

Hacıbala Abutalıbov     – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Fatma Abdullazadə       – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
                                                   Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Azad Rəhimov               – Azərbaycan Respublikasının gənclər və idman naziri,
                                                  Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Cavid Qurbanov            – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri,
                                                  Azərbaycan Voleybol Federasiyasının prezidenti

Elmar Məmmədyarov   – Azərbaycan Respublikasının xarici işlər naziri

Ramil Usubov                – Azərbaycan Respublikasının daxili işlər naziri

Kəmaləddin Heydərov  – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Samir Şərifov                 – Azərbaycan Respublikasının maliyyə naziri

Mikayıl Cabbarov         – Azərbaycan Respublikasının təhsil naziri

Ziya Məmmədov           – Azərbaycan Respublikasının nəqliyyat naziri

Oqtay Şirəliyev              – Azərbaycan Respublikasının səhiyyə naziri

Əbülfəs Qarayev            – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Ramin Quluzadə            – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Mədət Quliyev               – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev                 – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Cahangir Əsgərov         – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Balababa Rzayev           – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə        – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Ağacan Abiyev               – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi

Faiq Qarayev                 – Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planını hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 noyabr 2016-cı il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında