Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanın artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə və 17 yaşınadək kişilər arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.
2014-cü il sentyabrın 19-da Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsinin 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul etməsi əlamətdar hadisədir. Avropa futbolu tarixində ilk dəfə yeni formatda təşkil olunan Avropa çempionatının 4 oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisidir.
Bu oyunların Bakıda təşkili futbolun daha da inkişafına, ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. 2020-ci ilin iyun ayında futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə aşağıdakı tərkibdə yerli Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
|
Yaqub Eyyubov
|
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
|
Təşkilat Komitəsinin sədr müavini
|
Rövnəq Abdullayev -
|
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti, Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri
|
Təşkilat Komitəsinin üzvləri
|
Hacıbala Abutalıbov
|
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
|
Əli
Əsədov
|
Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini
|
Fatma Abdullazadə
|
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
|
Azad
Rəhimov
|
Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
|
Elmar Məmmədyarov
|
Azərbaycan Respublikasının xarici işlər naziri
|
Şahin Mustafayev
|
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
|
Samir
Şərifov
|
Azərbaycan Respublikasının maliyyə naziri
|
Ramil
Usubov
|
Azərbaycan Respublikasının daxili işlər naziri
|
Mikayıl Cabbarov
|
Azərbaycan Respublikasının təhsil naziri
|
Ziya Məmmədov
|
Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
|
Oqtay
Şirəliyev
|
Azərbaycan Respublikasının səhiyyə naziri
|
Əbülfəs Qarayev
|
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
|
Ramin Quluzadə
|
Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
|
Mədət
Quliyev
|
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
|
Elçin
Quliyev
|
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
|
Aydın
Əliyev
|
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
|
Cahangir Əsgərov
|
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
|
Etibar Pirverdiyev
|
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
|
Balababa Rzayev
|
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
|
Çingiz Hüseynzadə
|
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
|
Anar Ələkbərov
|
Heydər Əliyev Mərkəzinin direktoru
|
Ağacan
Abiyev
|
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
|
Fərhad Hacıyev
|
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru
|
İlham
Mədətov
|
XXIX və XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü (təşkilat komitəsinin katibi)
|
Elxan Məmmədov
|
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi, Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici.
|
2. 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA və Avropa çempionatının 12 təşkilatçı ölkəsinin futbol federasiyaları ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunsun.
3. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etsin.
4. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 sentyabr 2016-cı il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.