Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim plani

Referendum Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli sərəncamı ilə 2016-cı il sentyabrın 26-na təyin edilmişdir

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
27 iyul 2016-cı il tarixli 11/40 saylı Qərarı ilə təsdiq edilmişdir

Sıra sayı

Əsas hərəkət və tədbirlər

İcraçılar

Keçirilmə müddətləri

 

 

 

 

Azərbaycan Respublikasının Seçki Məcəlləsi və digər hüquqi aktlara əsasən

Tövsiyə olunan müddətlər

1

2

3

4

5

1

Referendumun hazırlanıb keçirilməsinin təmin edilməsi

Mərkəzi Seçki (Referendum) Komissiyası (bundan sonra-Mərkəzi Seçki Komissiyası)

Referendumun təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra

M a d d ə l ə r : 8.1, 26.1

 

2

Referendum üzrə təşəbbüs qrupunun yaradılması

Aktiv seçki hüququna malik  olan Azərbaycan Respublikasının vətəndaşları  (sayı 500-dən az olmayaraq)

Referendumun təyin edilməsi haqqında Sərəncam rəsmi dərc olunduqdan sonra

M a d d ə l ə r : 1.1.16, 63.1-63.3

 

 

1

2

3

4

5

3

Referendum üzrə təşviqat qrupunun yaradılması ilə bağlı yazılı bildirişin müvafiq seçki (referendum) komissiyasına təqdim edilməsi: a) Mərkəzi Seçki Komissiyasına  b) dairə seçki (referendum) komissiyasına  (bundan sonra - dairə seçki komissiyası)

Sayı 2000-dən az olmayan təşəbbüsçülər; sayı 500-dən çox və 2000-dən az olan təşəbbüsçülər

Referendumun təyin edilməsi haqqında sərəncam rəsmi dərc olunduqdan sonra

M a d d ə  63.1  M a d d ə  63.2

 

4

Referendum üzrə təşviqat qrupunun yaradılması ilə bağlı bildirişin alınması barədə təşəbbüsçülərə yazılı məlumatın verilməsi

Mərkəzi Seçki KomissiyasıDairə seçki komissiyası

Sənədlərin müvafiq seçki komissiyasına təqdim edilməsindən sonra 5 gün müddətində M a d d ə  63.4

 

5

Referendum üzrə təşviqat qrupunun yaradılması təşəbbüsçülərinin səlahiyyətli nümayəndələrinə imza vərəqələrinin verilməsi

Mərkəzi Seçki Komissiyası Dairə seçki komissiyası

Müvafiq seçki komissiyası tərəfindən bildirişin alınması ilə bağlı yazılı məlumatın verilməsi günündən başlayaraq 

M a d d ə   65

 

6

Referendum üzrə təşviqat qrupunun yaradılması üçün seçici imzalarının toplanması 

Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququna malik vətəndaşı, referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçülərınin səlahiyyətli nümayəndələri

Müvafiq seçki komissiyası tərəfindən bildirişin alınması ilə bağlı yazılı məlumatın verilməsi günündən başlayaraq 

M a d d ə l ə r :  57, 65

 

 7

Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi

Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, referendum üzrə təşviqat qrupunun, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında);Beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə)

Referendumun elan edildiyi gündən başlayaraq səsvermənin keçirilməsi gününə 10 gün qalanadək

M a d d ə l ə r : 1.1.19, 1.1.20, 40.4- 40.6, 44

2016-cı il sentyabrın 16-dək

 

1

2

3

4

5

8

Seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsınin dairə seçki komissiyasına təqdim edilməsi

Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, referendum üzrə təşviqat qrupunun, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkılər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında)

Referendumun təyin edildiyi gündən başlayaraq səsvermənin keçirilməsinə 5 gün qalanadək M a d d ə l ə r: 1.1.19, 40.4, 40.5, 40.7 

2016-cı il sentyabrın 21-dək

9

Səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə almaqdan ötrü  Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi

Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, referendum üzrə təşviqat qrupunun, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təş-kilatının təşəbbüsü əsasında)

Referendumun təyin edildiyi gündən başlayaraq səsvermənin keçirilməsinə 10 gün qalanadək M a d d ə l ə r : 1.1.19, 40.4, 40.5, 40.13,  

2016-cı il sentyabrın 16-dək

10

Müşahidəçilərin qeydə alınması və onlara Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada lövhəciklərin verilməsi

Mərkəzi Seçki Komissiyası  Dairə seçki komissiyaları

Müşahidə aparılması barədə qərar ərizənin verildiyi tarixdən Mərkəzi Seçki Komissiyası tərəfindən 3 gün müddətində qəbul edilir. Dairə seçki komissiyası tərəfindən  2 gün müddətində qəbul edilir. M a d d ə l ə r : 25.2.20, 40.6, 40.7, 44

 

11

Seçki rəsmiləri üçün seçki hüququ üzrə ixtısaslaşdırılmış kursların keçirilməsi

Mərkəzi Seçki Komissiyası,

Dairə seçki komissiyaları

Azərbaycan Respublikası Pre-zidentinin 27 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 3.10-cu bəndinə əsasən

Mütəmadi

 

1

2

3

4

5

12

Dairə və məntəqə seçki komissiyası üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlərin təşkili və peşə hazırlığının artırılması ilə bağlı digər proqramların həyata keçirilməsinin təmin edilməsi

Mərkəzi Seçki Komissiyasının  treninq qrupları

M a d d ə   25.2.7

Mütəmadi

13

Dövlət avtomatlaşdırılmış informasiya sisteminin işini dairə seçki komissiyalarında təmin edən kompyuter mütəxəssisləri üçün treninqlərin keçirilməsi

Mərkəzi Seçki Komissiyası Katibliyinin Informasiya Mərkəzi

M a d d ə   25.2.10

Mütəmadi

14

Teleradio verilişləri və digər yayım qurumları vasitəsilə referendum haqqında  qanunvericiliyin izahının, seçicilərin hüquqi biliklərinin artırılmasının təmin olunması (çıxışlar, müsahibələr, “dəyirmi masa”lar), əyani vəsaitlərin (videokliplər, plakatlar, bukletlər            və s.) hazırlanması və nümayiş etdirilməsi

Mərkəzi Seçki Komissiyası

M a d d ə l ə r :  25.2.7,  26.1.7

Mütəmadi

15

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublika-sının müvafiq diplomatik nümayəndəliklərində, ya da konsul idarələrində qeydə alınmış seçicilərin sayı haqqında məlumatlar əsasında, göstərilən seçicilərin siyahıya salınması üçün müvafiq seçki dairələrinin siyahısının təsdiq edilməsi və dəqiqləşdirilməsi

Mərkəzi Seçki Komissiyası (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdimatı əsasında)

Səsvermə gününə ən azı 25 gün qalanadək
M a d d ə l ə r : 29.2, 46.1, 46.8

2016-cı il sentyabrın 1-dək

16

Referendum üzrə maliyyə fondunun formalaşdırılması üçün xüsusi hesabın açılması 

Referendum üzrə təşviqat qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi

Referendum üzrə təşviqat qrupunun yaradılmasına təşəbbüs edilməsi barədə bildiriş müvafiq seçki komissiyasına təqdim edildikdən sonra 5 gün müddətində, qeydiyyat üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalanadək
M a d d ə l ə r : 91.1, 91.2, 129

 

 

1

2

3

4

5

17

Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərinin müvafiq seçki komissiyasına təqdim edilməsi

Referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsi

Səsvermə gününə azı 35 gün qalanadək saat 18.00-dək
M a d d ə l ə r :  66.1, 66.2

2016-cı il avqustun 22-si saat 18.00-dək

18

Referendum üzrə təşviqat qrupunun yaradılması təşəbbüsçülərinin birinci ilkin maliyyə hesabatı

Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsi

Qeydiyyat üçün zəruri olan sənədlərlə birlikdə hesabatda göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir
M a d d ə l ə r : 66.2.3,  94.3.1

 

19

İmza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və referendum üzrə təşviqat qrupunun qeydə alınıb-alınmaması haqqında qərarın qəbul edilməsi

Mərkəzi Seçki Komissiyası Dairə seçki komissiyası

Sənədlər qəbul edildikdən sonra 7 gün müddətində
M a d d ə l ə r :  59, 67, 68

 

20

Referendum üzrə təşviqat qrupu tərəfindən təyin olunmuş vəkil edilmiş şəxslərin qeydə alınması və onlara lövhəciklərin verilməsi

Mərkəzi Seçki Komissiyası Dairə seçki komissiyası

Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə referendum üzrə təşviqat qrupunun təqdimatının, habelə  vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətində
M a d d ə l ə r :  72.1, 72.2

 

21

Seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmənin aparılması

Məntəqə seçki komissiyaları

Səsvermə gününə azı 35 gün qalanadək
M a d d ə   48.1

2016-cı il avqustun 22-dək

22

Seçici siyahılarının Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməsi 

Mərkəzi Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyası  tərəfindən müəyyənləşdirilən qaydada təsdiq edildikdən sonra
M a d d ə  46.1

 

 

1

2

3

4

5

23

Səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasına və sayına aid tələblərin təsdiq edilməsi 

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə azı 45 gün qalanadək
M a d d ə  101.1

2016-cı il avqustun 12-dək

24

Səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi

Mərkəzi Seçki Komissiyası  Dairə seçki komissiyaları

Səsvermə (qeydiyyatdançıxma) vəsiqəsi səsvermə gününə azı 45 gün qalanadək Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilir; səsvermə gününə azı 25 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilir M a d d ə l ə r :  101.1, 101.2

2016-cı il avqustun 12-dək 2016-cı il sentyabrın 1-dək

25

Səsvermənin yeri və vaxtı barədə bildirişlərin formasının, sayının və hazırlanmasına aid tələblərin təsdiq edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə azı 40 gün qalanadək “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicılərə paylanması (çatdırılması) Qaydaları”nın 2.1-ci bəndi

2016-cı il avqustun 17-dək

26

Referendum üzrə təşviqat qruplarının qeydə alınması barədə məlumatların ictimaıləşdirilməsi:  a) qeydiyyat barədə kütləvi informasiya vasitələrinə məlumatların verilməsi və siyahı formasında dərc edilməsi; b) seçki komissiyalarının otaqlarında və səsvermə otaqlarındakı məlumat lövhələrində yerləşdirilməsi

 Mərkəzi Seçki Komissiyası Dairə və məntəqə seçki komissiyaları

 Qeydiyyatdan sonra 24 saat müddətində  Səsvermə gününə azı 15 gün qalanadək
M a d d ə l ə r : 68.6, 98.3

2016-cı il sentyabrın 11-dək

27

Referendumqabağı təşviqatın aparılması

Referendum üzrə qeydə alınmış təşviqat qrupları

Səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalanadək dayandırılır
M a d d ə   75

2016-cı il sentyabrın 3-də başlanır, sentyabrın 25-i saat 8.00-da dayandırılır

 

1

2

3

4

5

28

Bilavasitə referendumdan əvvəl seçki məntəqələrinin yaradılması: a) yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə;b) həmin yerlərdə müstəsna hallarda

Dairə seçki komissiyaları (seçicilərin olduqları ərazilərdə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) və bələdiyyə qurumlarının başçıları ilə birlikdə) Dairə seçki komissiyasının qərarına uyğun olaraq müvafiq qurumların rəhbərləri

Səsvermə gününə  azı 50 gün qalanadək
M a d d ə l ə r : 35.2, 35.4, 35.5 Səsvermə gününə azı 5 gün qalanadək

M a d d ə   35.5

2016-cı il avqustun  7-dək 2016-cı il sentyabrın 21-dək

29

Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında, səsvermə günü üzən gəmılərdə (seçicilərin sayı 50-dən artıq olduqda), seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində) seçki məntəqələrinin Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yaradılması;Həmin yerlərdə Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi müstəsna hallarda seçki məntəqələrinin yaradılması

Müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırmaqla müvafiq dairə seçki komissiyaları

Səsvermə gününə ən azı 50 gün qalanadək

M a d d ə l ə r :  35.2, 35.4Səsvermə gününə azı 5 gün qalanadək
M a d d ə  35.4

2016-cı il avqustun 7-dək 2016-cı il sentyabrın 21-dək

30

Nömrələri və hüdudları göstərilən seçki məntəqələri siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələri siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqə seçki komissiyalarının, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsi

Dairə seçki komissiyaları

Səsvermə gününə azı 45 gün qalanadək
M a d d ə  35.7 

2016-cı il avqustun 12-dək

 

1

2

3

4

5

31

Seçki Məcəlləsinin 35.4-cü və 35.5-ci maddələrində göstərilmiş müstəsna hallarda yaradılan seçki məntəqələri haqqında məlumatların dərc edilməsi

Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada

Seçki məntəqələrinin yaradılması günündən ən geci 2 gün keçənədək 
M a d d ə  35.7

 

32

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan seçki məntəqələri üzrə Azərbaycan Respublikası Seçki Məcəlləsinin  35.7-ci və 109-cu maddələrində göstərilən məlumatların dərc edilməsi

Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri

Seçki məntəqələri yaradıl-dıqdan, eləcə də səsvermə keçirildikdən sonra M a d d ə  35.8

 

33

Seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına,  sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi 

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə ən geci 45 gün qalanadək
M a d d ə l ə r:
100.1 - 100.6

2016-cı il avqustun 12-dək

34

Seçicilərə müvafiq dairə seçki komissiyası və ya məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsi

Dairə seçki komissiyası Məntəqə seçki komissiyası

Səsvermə gününə 45-25 gün qalanadək;  səsvermə gününə 24-3 gün qalanadək
M a d d ə l ə r : 101.2 - 101.4

2016-cı il avqustun 12-dən sentyabrın  1-dək 2016-cı il sentyabrın 2-dən sentyabrın 23-dək

35

Hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi:a)yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi;

Dairə və məntəqə seçki komissiyalarıSeçicilər haqqında təqdim edılən məlumatlar əsasında məntəqə seçki komissiyası

Səsvermə gününə azı 25 gün qalanadək Müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra
M a d d ə l ə r :
46.1, 46.5

2016-cı il sentyabrın 1-dək 

 

1

2

3

4

5

 

b) hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi

Hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərınin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə seçki komissiyaları

Səsvermə gününə azı 20 gün qalanadək
M a d d ə   46.6

2016-cı il sentyabrın 6-dək

36

“Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi  

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə ən azı 20 gün qalanadək “Azərbaycan Respublikasında seçkilərdə ”exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndi

2016-cı il sentyabrın 6-dək

37

“Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə ən azı 10 gün qalanadək “Azərbaycan Respublikasında seçkilərdə ”exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndi

2016-cı il sentyabrın 16-dək

38

Səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması

Seçicilərin olduqları ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri

Səsvermə gününə azı 30 gün qalanadək
M a d d ə  35.6

2016-cı il avqustun 27-dək

39

Referendum üzrə səsvermə bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə azı 35 gün qalanadək
M a d d ə l ə r :  99.1-99.4, 134

2016-cı il avqustun 22-dək

40

Referendum aktı layihəsinin çap edilməsi və yayılmasının təmin edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə azı 30 gün qalanadək
M a d d ə  124.2

2016-cı il avqustun 27-dək

 

1

2

3

4

5

41

Seçki məntəqələrinin ərazisində referendumqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi

Dairə seçki komissiyalarının təklifi ilə yerli icra hakimiyyəti orqanları və bələdiyyə qurumları

Səsvermə gününə azı 30 gün qalanadək
M a d d ə   87.6

2016-cı il avqustun 27-dək

42

Referendumqabağı təşviqatın aparılması üçün müvafiq yerlərin ayrılması

Dairə seçki komissiyalarının sifarişi ilə yerli icra hakimiyyəti orqanları və bələdiyyə qurumları

M a d d ə l ə r :  11, 86.3

 

43

Səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi 

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə azı 20 gün qalanadək
M a d d ə   100.8

2016-cı il sentyabrın 6-dək

44

Səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyasına  verilməsi

Dairə seçki komissiyası

Səsvermə gününə azı 4 gün qalanadək M a d d ə   100.8

2016-cı il sentyabrın 22-dək

45

Referendum günü səsvermənin yeri və vaxtı barədə kütləvi informasiya vasitələri və ya məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi

Məntəqə seçki komissiyaları

Səsvermə gününə azı 25 gün qalanadək
M a d d ə  104.1

2016-cı il sentyabrın 1-dək

46

İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi

Referendum üzrə təşviqat qruplarının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri

Səsvermə gününə ən tezi 20 gün qalanadək və ən geci 10 gün qalanadək 
M a d d ə  94.3.2

2016-cı il sentyabrın 6-dan 16-dək

47

Referendum üzrə səsvermə bülletenlərinin hazırlanması

Mərkəzi Seçki Komissiyasının qərarı əsasında müvafiq polıqrafiya müəssisəsi

Səsvermə gününə ən azı 10 gün qalanadək M a d d ə   99.4

2016-cı il sentyabrın 16-dək

48

Referendum üzrə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması

Məntəqə seçki komissiyaları

Səsvermə gününə 7 gün qala-nadək “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”nın 3.1-ci bəndi

2016-cı il sentyabrın 19-dək

 

1

2

3

4

5

49

Referendum üzrə səsvermə bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi 

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə azı 5 gün qalanadək 

M a d d ə   99.6

2016-cı il sentyabrın 21-dək

50

Referendum üzrə səsvermə bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyasına verilməsi

Dairə seçki komissiyaları

Səsvermə gününə azı 3 gün qalanadək

M a d d ə   99.6

2016-cı il sentyabrın 23-dək

51

Referendum üzrə səsvermənin keçirilməsi: a)həmin gün seçki məntəqəsində səsverməyə hazırlıq işlərinin başlanması; b)seçki məntəqələrinin açıq elan edilməsi və seçki qutularının kilidlənməsi; c)səsvermənin başlanmasının elan edilməsi; ç) səs vermək üçün seçicilərin seçki məntəqəsinə daxil olmasının başa çatmasının elan edilməsi

Məntəqə seçki komissiyaları a) məntəqə seçki komissiyaları b), c), ç) məntəqə seçki komissiyalarının sədrləri

M a d d ə l ə r :  104, 105, 135

Bir qayda olaraq a)saat   7.30 b)saat   7.50 c)saat   8.00  ç)  saat 19.00

52

Referendum üzrə səsvermənin gedişi, seçicılərin səsvermədə iştirakı barədə məlumatların verilməsi (gün ərzində 5 dəfə) 

Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi

M a d d ə l ə r :  110.5, 110.6

Səsvermə günü: saat 10.00 saat 12.00 saat 15.00 saat 17.00 saat 19.00

53

Referendum üzrə səsvermənin nəticələri haqqında məntəqə və dairə seçki komis-siyalarının yekun protokollarında olan məlumatlarının Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin internet saytında ilkin məlumat kimi yerləşdirilməsi

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi

M a d d ə l ə r :  110.5, 110.6

2016-cı il sentyabrın 26-da

54

Referendum üzrə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının yekun protokollarının 1-ci nüsxəsinin ona əlavə edilməli olan sənədlərlə birlikdə dairə seçki komissiyasına göndərilməsi

Məntəqə seçki komissiyaları

Seçicilərin səslərinin hesablanmasına yekun vurulandan sonra dərhal, lakin 24 saatdan gec olmayaraq
M a d d ə l ə r : 106.5, 106.7

 

 

1

2

3

4

5

55

Məntəqə seçki komissiyasının yekun proto-kolunun 3-cü nüsxəsinin məlumat lövhəsində asılaraq nümayiş etdirilməsi

Məntəqə seçki komissiyası

Protokol tərtib edildikdən sonra  (5 gün saxlanılmaqla)
M a d d ə   106.11

 

56

Seçki dairəsi üzrə referendumun nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilməli olan sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması

Dairə seçki komissiyası

Səsvermə günündən ən geci   2 gün keçənədək M a d d ə l ə r : 107.1-107.4

2016-cı il sentyabrın 28-dən gec olmayaraq

57

Dairə seçki komissiyası protokolunun 3-cü nüsxəsinin və müvafiq məntəqə seçki komis-siyaları protokollarının surətlərinin məlumat lövhəsində asılaraq nümayiş etdirilməsi

Dairə seçki komissiyası

Protokol tərtib edildikdən sonra (10 gün saxlanılmaqla)  M a d d ə  107.7

 

58

Referendumun ilkin nəticələrinin Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairələri üzrə  ümumiləşdirilmiş cədvəl şəklində dərc edilməsi və həmin məlumatların Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməsi  

Mərkəzi Seçki Komissiyası

Referendumun ilkin nəticələri dairə seçki komissiyaları üzrə səsvermənin nəticələrinə dair protokol Mərkəzi Seçki Komissıyasına təqdim edildikdən dərhal sonra
M a d d ə  109.1

 

59

Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə məntəqə seçki komissiyasının maliyyə hesabatının dairə seçki komissiyasına təqdim edilməsi

Məntəqə seçki komissiyaları

Səsvermə günündən sonra 5 gün müddətində 
M a d d ə    96.6

2016-cı il oktyabrın 2-dək

60

Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyasının maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi

Dairə seçki komissiyaları

Səsvermə günündən sonra 10 gün müddətində 
M a d d ə   96.7

2016-cı il oktyabrın 7-dək

61

Referenduma yekun vurulması və referendumun nəticələrinin rəsmi bildiriş kimi elan edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə günündən başlayaraq 25 gündən gec olmayan müddətdə
M a d d ə l ə r :  138.1, 138.4

2016-cı il oktyabrın 21-dək

 

1

2

3

4

5

62

Referendum yolu ilə qəbul edilmiş qərarın və referendumun yekunları haqqında rəsmi elanın dərc edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə günündən ən geci 30 gün keçənədək  M a d d ə   140

2016-cı il oktyabrın 26-dək

63

Yekun maliyyə hesabatının təqdim edilməsi (referendum fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri də qoşulmaqla)

Referendum üzrə təşviqat qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi

Referendumun nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra
M a d d ə  94.3.3

 

64

Qeydə alınmamış referendum üzrə təşviqat qrupu tərəfindən referendum fondunun xərclənməmiş pul vəsaitinin qaytarılması 

Referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüsçülərinin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olmuş şəxs

Yekun maliyyə hesabatı təqdim edilənədək
M a d d ə   131.2

 

65

Qeydə alınmış referendum üzrə təşviqat qrupu tərəfindən referendum fondunun xərclənməmiş pul vəsaitinin qaytarılması

Referendum üzrə təşviqat qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi

Yekun maliyyə hesabatı təqdim edilənədək
M a d d ə l ə r : 131.1, 132

 

66

Dairə seçki komissiyalarının protokollarında olan məlumatların tam şəkildə dərc edilməsi (həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilə bilər)

Mərkəzi Seçki Komissiyası

Səsvermə günündən sonra 45 gün müddətində
M a d d ə  109.2

2016-cı il noyabrın 11-dək

67

Məntəqə və dairə seçki komissiyalarının protokollarında olan məlumatların Mərkəzi Seçki Komissiyasının rəsmi nəşrində tam şəkildə dərc edilməsi

Mərkəzi Seçki Komissiyası

Seçki günündən sonra 6 ay müddətində
M a d d ə   109.5

2017-ci il martın 27-dək

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında