Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  üzvləri təyin edilsinlər:

dövlət orqanlarından

Quliyev Vüsal İlham oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri

Məmmədov İlqar Kamil oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi

Hacıyev Zakir Yusif  oğlu – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

qeyri-hökumət təşkilatlarından

 

Məmmədov Sahib Məlik oğlu

-

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri

Eyvazova Nərgiz Xələf qızı

-

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri

Həsənli Emin Əliyar oğlu

-

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri

Qonaqov Rufiz Rəhim oğlu

-

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri

Quliyev Azay Əjdər oğlu

-

Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri 

İsmayılov Şahin Əmir oğlu

-

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  sədri

Xəlilov Anar Əhməd oğlu

-

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri

Nuriyev Əliməmməd  Mali oğlu

-

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

 

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 aprel tarixli 2194 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 372) ləğv edilsin.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  20 aprel 2016-cı il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında