2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər plani

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il
11 mart tarixli  sərəncamı ilə təsdiq edilmişdir

 

 

Sıra №-si

Tədbirin adı

İcra müddəti

İcraçılar

Azərbaycan multikulturalizmi modeli ilə bağlı ölkədaxili tədbirlə

1.

Multikulturalizm siyasətinin hüquqi bazasını möhkəmləndirmək  məqsədilə ayrı-seçkiliyə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

 il ərzində

Ədliyyə Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

2.

“Multikulturalizm” adlı xüsusi medalın təsis edilməsi məsələsinə baxılması

 il ərzində

Nazirlər Kabineti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

3.

“Heydər Əliyev şəxsiyyəti  multikultural və tolerant dəyərlər işığında” mövzusunda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və müxtəlif dini qurumların üzvləri  arasında intellektual müsabiqələrin təşkil olunması

 

 

 

mütəmadi

Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu

4.

“Azərbaycan multikulturalizmi modeli” adlı fənnin tədris edildiyi ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” kafedralarının açılması üçün lazımi metodik hazırlığın aparılması

il ərzində

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Təhsil Nazirliyi

5.

Ali təhsil müəssisələrinin  bakalavriat səviyyəsində “Multikulturalizmə giriş”, magistratura səviyyəsində isə “Azərbaycan multikulturalizmi modeli” adlı fənlərin tədris  proqramlarına daxil edilməsi

 mütəmadi

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,Təhsil Nazirliyi

6.

Azərbaycandakı Rus Pravoslav Kilsəsi tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə (BBMM) bağışlanmış Qazax şəhərindəki Müqəddəs Nikolsk Pravoslav kilsəsinin binasında  “Multikulturalizm Muzeyi”nin  yaradılması və muzeyin BBMM-in balansına verilməsi üçün zəruri sənədləşmə işlərinin görülməsi

 il ərzində

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,Mədəniyyət və Turizm Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qazax Rayon İcra Hakimiyyəti

7.

Azərbaycanın müxtəlif bölgələrində məşğulluğu olmayan gənclərin peşəyönümlü kurslara cəlb edilməsi və bu kurslarda həmçinin multikultural məzmunlu fənlərin tədrisinin təmin edilməsi

 mütəmadi

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu

8.

Azərbaycan multikulturalizminin qaynaqları seriyasından olan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları”, “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” kitablarının hazırlanıb nəşr etdirilməsi və təqdimatlarının keçirilməsi

 

 

 

 

 

il ərzində

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları

9.

“Azərbaycan multikulturalizmi” dərsliyinin hazırlanıb nəşr etdirilməsi

 il ərzində

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası,Təhsil Nazirliyi

10.

Mədəni müxtəliflik, tolerantlıq və konfliktlərin həllində mədəniyyətlərarası dialoqun rolu,  multikulturalizmin Azərbaycan modeli  və dünya multikulturalizm modelləri mövzularında respublika və  beynəlxalq miqyaslı  elmi-nəzəri, elmi-praktik konfransların, seminarların, “dəyirmi masa”ların, mühazirələrin, ədəbi-bədii toplantıların keçirilməsi

aprel- dekabr

Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında  Bilik Fondu, yerli icra hakimiyyəti orqanları

11.

Azərbaycan dövlətinin multikulturalizm siyasətinin dini təhsil müəssisələrində, dini icmalarda təbliği məqsədilə seminarların keçirilməsi

il ərzində

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında  Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası

12.

Ölkə məktəbliləri arasında multikulturalizm mövzusunda rəsm müsabiqəsinin keçirilməsi

aprel-may

Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı

13.

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna və “Multikulturalizm  ili” nə həsr edilmiş təqdimatların və müzakirələrin təşkili (ali təhsil müəssisələri, Qeyri-Hökumət Təşkilatları və gənclər təşkilatları üçün)

aprel- may

Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,Təhsil Nazirliyi,Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

14.

Orta ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində mədəniyyətlərarası kommunikasiya bacarıqları və bilgilərinə həsr olunmuş seminarların və “Azərbaycanda multikulturalizm” mövzusunda kütləvi mühazirələrin təşkili

il ərzində

Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

15.

Multikulturalizm mövzusunda elmi-publisistik məqalə müsabiqələrinin keçirilməsi, məqalələr toplusundan ibarət kitabın nəşr etdirilməsi

aprel- noyabr

Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi,

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası

16.

“Multikulturalizm gənclərin gözü ilə” qısametrajlı film müsabiqəsinin təşkili və keçirilməsi

may- sentyabr

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı

17.

Dövlət sifarişi ilə Cəlil Məmmədquluzadənin “Kamança”, Qurban Səidin “Əli və Nino”

 əsərlərinin hazırlanıb tamaşaya qoyulması

il ərzində

Mədəniyyət və Turizm Nazirliyi

18.

Teatr və musiqi kollektivlərinin azsaylı xalqların yaşadığı bölgələrə qastrol səfərlərinin təşkili

il ərzində

Mədəniyyət və Turizm Nazirliyi

19.

Dövlət rəsm qalereyalarında “Multikulturalizm alternativsiz həyat tərzidir” devizi ilə rəsm sərgilərinin təşkili

il ərzində

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı

20.

“Azərbaycan-doğma diyar” devizi altında etnik qrupların V incəsənət festivalının bölgələrdə keçirilməsi

il ərzində

Mədəniyyət və Turizm Nazirliyi,

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,

Yerli icra hakimiyyəti orqanları

21.

Azərbaycan Milli Kitabxanasında multikulturalizm üzrə kitab fondunun yaradılması və “Multikulturalizm və kitab” mövzusunda konfransın keçirilməsi

il ərzində

Mədəniyyət və Turizm Nazirliyi,  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu

22.

“Beynəlxalq abidələrvə tarixi yerlər günü”çərçivəsində Lahıc, Xınalıq  və Kiş qoruqlarının ərazisində  mədəniyyət festivallarının təşkili

 18 aprel

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Yerli icra hakimiyyəti orqanları

23.

“Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda “Azərbaycan memarlığında dini tolerantlıq” mövzusunda konfransın və

tolerantlığı əks etdirən Azərbaycan memarlıq abidələrinin fotosərgisinin keçirilməsi

il ərzində

Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

24.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində multikulturalizm problemləri üzrə institutlararası elmi tədqiqat virtual mərkəzinin təsis edilməsi,

Fəlsəfə və Hüquq İnstitutunun nəzdində isə “Multikulturalizm” şöbəsinin yaradılması

il ərzində

Azərbaycan Milli Elmlər Akademiyası

25.

“Multikulturalizm ili - 2016: nailiyyətlər  və perspektivlər” mövzusunda ilin  yekununa həsr olunmuş respublika konfransının və ədəbi-bədii tədbirin təşkili

dekabr

Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi,

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

“Azərbaycan multikulturalizmi modeli” ilə bağlı beynəlxalq tədbirlər

26.

Bakı Slavyan Universitetində “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda Ulu Öndərin anadan olmasına həsr olunmuş ənənəvi beynəlxalq konfransın  keçirilməsi

 may

Təhsil Nazirliyi ,Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası

27.

“Azərbaycan multikulturalizmi modeli” adlı fənnin tədris edildiyi yerli və xarici tələbələr üçün Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin təşkili

mütəmadi

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi,  Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi

28.

Azərbaycan multikulturalizminin tarixini öyrənmək   istiqamətində Qafqaz Albaniyası ilə bağlı” Alban Apostol  kilsəsi: dünənimiz və bu günümüz” mövzusunda beynəlxalq konfransın keçirilməsi

iyun

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,  Azərbaycan Milli Elmlər Akademiyası,  Xarici İşlər Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

29.

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Səmavi dinlərin tarixi” layihəsinin I  hissəsinə  (İudaizm) aid sərginin təşkili

 oktyabr

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,

Təhsil Nazirliyi

30.

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində multikulturalizm mövzusunda sessiyanın təşkili və “Sivilizasiya” kitabının təqdimatının keçirilməsi

aprel

Mədəniyyət və Turizm Nazirliyi,

 Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,

Azərbaycan Milli Elmlər Akademiyası

31.

“Multikultural cəmiyyət və turizm” mövzusunda Ümumdünya Turizm Təşkilatı ilə birlikdə konfransın təşkili

may

Mədəniyyət və Turizm Nazirliyi,  Xarici İşlər Nazirliyi

32.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkələrdə filiallarının açılması istiqamətində zəruri mənəvi dəstəyin göstərilməsi

dekabr

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,

Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi

33.

Xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi modeli” adlı fənnin tədrisinin davamı üçün müvafiq tədbirlərin görülməsi

mütəmadi

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,

Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi,

Xarici İşlər Nazirliyi

34.

Xarici ölkələrdə işğal altında olan Azərbaycan ərazilərində tarixi-dini və mədəniyyət nümunələrinə  qarşı erməni vandalizmini əks etdirən sərgilərin təşkili

il ərzində

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi,

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,

Təhsil Nazirliyi

35.

İran İslam Respublikasının Təbriz şəhərində “Radikalizmlə mübarizədə İslam həmrəyliyi”  devizi altında “Azərbaycan - İslam mədəniyyətinin incisi” adlı fotosərginin təşkili

iyun

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

36.

Amerika Birləşmiş Ştatlarında yəhudi icmalarının iştirakı ilə “Dinlərarası qarşılıqlı anlaşma: birgəyaşayışın modelləri” mövzusunda “dəyirmi masa”nın və “Azərbaycan - tolerantlıq diyarı” mövzusunda fotosərginin keçirilməsi

il ərzində

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,

Qafqaz Müsəlmanları İdarəsi

37.

Böyük Britaniyada “Multikulturalizmin Azərbaycan modeli: Avropa üçün yeni nümunə” adlı beynəlxalq konfransın və eyni mövzuda fotosərginin təşkil edilməsi

may

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi

38.

Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə “Dini tolerantlığın qorunması və radikalizmlə mübarizədə dünya birliyinə Azərbaycanın dəstəyi”  devizi altında “Azərbaycan - İslam mədəniyyətinin incisi” adlı fotosərginin keçirilməsi

oktyabr- noyabr

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,

Xarici İşlər Nazirliyi

39.

Avropa Şurasının Şimal-Cənub Mərkəzi ilə birlikdə Lissabon şəhərində “Avropada dini tolerantlıq və birgəyaşayış təcrübəsi: Azərbaycan modeli” mövzusunda beynəlxalq konfransın  və “Azərbaycan - tolerantlıq diyarı” adlı sərginin keçirilməsi

noyabr

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Xarici İşlər Nazirliyi

Azərbaycan multikulturalizmi modelinin təbliğinin informasiya təminatı

40.

 “Multikulturalizm” adlı jurnalın nəşri və bölgələrdə yayımının təşkili

mütəmadi

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası,  Azərbaycan Yaradıcılıq Fondu,  yerli icra hakimiyyəti orqanları

41.

“Multikulturalizm ensiklopediyası”nın hazırlanması

2016-2017

Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Təhsil Nazirliyi,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

42.

Azərbaycan və dünya multikulturalizminin təbliği ilə bağlı  televiziya və radio proqramlarının hazırlanması

mütəmadi

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,

Azərbaycan Televiziya və Radio Verilişləri QSC

43.

“Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və vebsaytının yaradılması

il ərzində

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,Mədəniyyət  və Turizm Nazirliyi,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Kitabxanası

44.

Ölkənin multikultural dəyərlərini təbliğ edən “Kultura Plyus” internet televiziyasının maddi-texniki bazasının gücləndirilməsi və peyk yayımına keçirilməsi məsələsinə baxılması

 il ərzində

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

45.

Azərbaycanda yaşayan azsaylı xalqların musiqi yaradıcılığından ibarət CD-lərin buraxılması, onların məişət və adət-ənənələrinə aid sənədli filmin xarici dillərdə hazırlanması və fotokataloqun nəşri

aprel 

Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

46.

“Multukulturalizm ili” mövzusunda sosial çarxın çəkilməsi və yayımının təşkili

aprel- dekabr

Mədəniyyət və Turizm Nazirliyi

47.

“Bakı - üç dinin şəhəri” adlı sənədli filmin istehsalının başa çatdırılması və təqdimatının keçirilməsi

il ərzində

Mədəniyyət və Turizm Nazirliyi

48.

“Bakı Prosesi” qlobal multikulturalizmə töhfədir” beynəlxalq foto və məqalə müsabiqəsinin və sənədli filmin hazırlanması (Azərbaycan və ingilis dillərində)

may- oktyabr

Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi

49.

BMT Baş Qərargahında BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yekunlarının təqdimatı

iyun

Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında