Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Preziden

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununu imzalamadan 2016-cı il fevralın 3-də Milli Məclisə geri qaytarmışdır.

Milli Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin qaytardığı “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyinə göndərmişdir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2016-cı il fevralın 9-da keçirdiyi iclasda bu məsələyə baxaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifinin qəbul edilməsini Milli Məclisə təklif etmişdir.

Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifi qəbul edilsin.

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

Bakı şəhəri, 23 fevral 2016-cı il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında