Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı

 

Məhkəmə-Hüquq Şurasının bir sıra hakimlərin səlahiyyətlərinin uzadılmasına və bəzi hakimlərin vəzifələrinin dəyişdirilməsinə dair təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. Aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:

Bakı Ağır Cinayətlər Məhkəməsi

Nəbiyev Mahmud Yusif oğlu

Məcidov Azad Əli Ağa oğlu

İsmayılov Eldar Herov oğlu

Gəncə Ağır Cinayətlər Məhkəməsi

Mahmudov Faiq Nüsrət oğlu

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Cəlilov Oruc Yusif oğlu

Əliyev Elşad İbiş oğlu

Nəbiyev Cəlil Cabbar oğlu

Nuriyev Xamməd Abış oğlu

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

Baxışova Vüsalə Ələkbər qızı

Məmmədov Elçin Qüdrət oğlu

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

Kərimli Rüstəm Lətif oğlu

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi

Quliyev İsmayıl Rza oğlu

Pirverdiyev Zaur Rafiq oğlu

Şirvan İnzibati-İqtisadi Məhkəməsi

Abuşov İxtiyar Əliyar oğlu

Cəlilabad Hərbi Məhkəməsi

Süleymanov Əli Ziya oğlu

Tərtər Hərbi Məhkəməsi

Allahverdiyev Elbəy Hidayət oğlu

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Əhmədov Fəqan Rövşən oğlu

Ağstafa Rayon Məhkəməsi

Hüseynov Mübariz Rahil oğlu

Göygöl Rayon Məhkəməsi

Məmmədov Rafiq Rəşid oğlu

Kəlbəcər Rayon Məhkəməsi

Qəniyev Həsən Salman oğlu

Laçın Rayon Məhkəməsi

İbrahimov Cavad Cavanşir oğlu

Samux Rayon Məhkəməsi

Zeynalova Səadət Nazim qızı

Tərtər Rayon Məhkəməsi

Məmmədov Mübariz Sərxoş oğlu

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:

Samir İmamverdi oğlu Əliyev Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Dadaş Hüseyn oğlu İmanov Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Şirvan İbrahim oğlu Məmmədov Cəlilabad Hərbi Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Fuad Akif oğlu Mirabov Kəlbəcər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi təyin edilsin.

3. Bu sərəncam 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2015-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında