Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün

Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 23 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir


 

S T R A T E G İ Y A

1. Giriş

Qeyri-infeksion xəstəliklər (bundan sonra - QİX) xroniki gedişi və dərin ictimai-sosial mahiyyəti ilə xarakterizə edilən, yoluxucu olmayan xəstəliklər qrupuna aiddir. Tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik kimi ümumi risk amilləri nəticəsində yaranan QİX əksər ölkələrdə xəstəlik yükünün böyük hissəsinin və vaxtsız ölümlərin əsas səbəbidir. Bu xəstəliklər qrupunda 4 əsas patologiya üstünlük təşkil edir: ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, xroniki obstruktiv ağciyər xəstəlikləri və şəkərli diabet.

Ümumdünya Səhiyyə Təşkilatının (bundan sonra - ÜST) məlumatına əsasən,  dünya üzrə yoluxucu xəstəliklərdən ölənlərin sayının növbəti illərdə azalması gözlənildiyi halda, QİX-dən ölənlərin sayının 2030-cu ilədək artması proqnozlaşdırılır.

Hesablamalara görə ürəyin işemik xəstəliyinin və beyin-damar xəstəliklərinin 80%-nə tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma və fiziki passivlik kimi davranış risk amilləri səbəb olur. Qeyd edilən risk amilləri dörd əsas metabolik və ya fizioloji dəyişikliyə gətirib çıxarır: yüksək qan təzyiqi, piylənmə ilə nəticələnən artıq bədən çəkisi, hiperqlikemiya (qanda şəkərin artması) və hiperlipidemiya (qanda piylərin artması). Artıq çəki və piylənmə də öz növbəsində qan təzyiqi, qanda xolesterol və triqliserid səviyyələrinə mənfi metabolik təsir göstərə bilər.

Dünyada hər il təxminən 6 milyon, o cümlədən tütün çəkən 5,4 milyon və tütün tüstüsünün təsirinə ikincili məruz qalan 600 min insan tütünlə bağlı səbəblərdən dünyasını dəyişir.   Spirtli içkilərdən sui-istifadə nəticəsində il ərzində baş verən  3,3 milyon  ölüm hadisəsinin yarısı məhz QİX ilə bağlıdır. Bununla yanaşı, dünyada  hər il 3,2 milyon insan fiziki passivlik, o cümlədən təqribən 2,8 milyon insan artıq bədən çəkisi və ya piylənmə səbəbindən ölür. 

Problemin həlli məqsədi ilə ÜST tərəfindən 2000-ci ildən başlayaraq bir neçə mühüm sənəd, o cümlədən  QİX-in qarşısının alınması və onlara nəzarət üzrə Qlobal Strategiya qəbul olunmuşdur. ÜST-nin Avropa üzrə Regional Komitəsinin 2011-ci il sentyabrın 12-15-də Bakıda keçirilən  61-ci sessiyasında 2012-2016-cı illər üçün QİX-in qarşısının alınması və onlara nəzarət üzrə Avropa Strategiyasının icrasına dair Fəaliyyət Planı qəbul olunmuşdur.

2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının keçirdiyi yüksəksəviyyəli görüşdə qəbul edilmiş siyasi bəyannamədə bu təşkilatın üzvü olan ölkələrin üzərinə QİX-in qarşısının alınması və müalicəsi üçün milli çoxsahəli  planların gücləndirilməsi  məqsədi ilə  genişmiqyaslı tədbirlər  həyata keçirmək öhdəliyi qoyulmuşdur. Həmin siyasi bəyannaməni nəzərə alaraq, 2013-2020-ci illər üçün QİX-in qarşısının alınması və bu xəstəliklərə nəzarət üzrə ÜST-nin Qlobal Fəaliyyət Planı təsdiq edilmişdir.

2013-cü ilin dekabr ayında ÜST-nin  Aşqabad şəhərində keçirilən və Avropa regionunda QİX-in qarşısının alınması və onlarla mübarizəyə həsr olunan konfransında “Sağlamlıq-2020 siyasəti kontekstində qeyri-infeksion xəstəliklərin qarşısının alınması və onlarla mübarizə üzrə Aşqabad bəyannaməsi” qəbul olunmuş və  ölkədə bu istiqamətdə milli səviyyəli strategiyaların və tədbirlər planlarının hazırlanması və tətbiqi zərurəti bir daha vurğulanmışdır. 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən  Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə  mübarizəyə dair  2015-2020-ci illər üçün Strategiya (bundan sonra – Strategiya) hazırlanmışdır. 

2. Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə bağlı vəziyyət

Son 10 ildə ölkəmizdə qan dövranı sistemi xəstəlikləri 5%, tənəffüs üzvlərinin xəstəlikləri 11%, endokrin sistemi xəstəlikləri 2,5 dəfə, o cümlədən şəkərli diabet 3,7 dəfə, sinir sistemi xəstəlikləri 15%, bədxassəli yenitörəmələr 30%  artmışdır. Qeyd olunan müddət ərzində dünya üzrə QİX ilə xəstələnmə halları  təxminən 14% artmışdır. 

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da xəstələnmə və ölüm hallarının əsas səbəbləri  QİX-dir. Xəstələnmənin strukturunda 50%-dən artıq QİX, o cümlədən qan dövranı sistemi xəstəlikləri 17,6%, tənəffüs sistemi  xəstəlikləri 15%, endokrin sistemi xəstəlikləri 15%, bədxassəli yenitörəmələr 2,7% təşkil edir. Avropa regionu üzrə isə bu xəstəliklər xəstəlik yükünün 77%-nə barabərdir.

Ölümün səbəbləri arasında QİX əsas yer tutur. Avropa ölkələrində ölüm hallarının 86%-i,  Azərbaycanda  isə 79,6%-i yuxarıda göstərilən 4 xəstəlik sinfi üzrə ölümün payına düşür. Birinci yerdə qan dövranı sisteminin xəstəlikləri (59,8%), 2-ci yerdə bədxassəli yenitörəmələr (12,5%), 3-cü yerdə isə tənəffüs orqanlarının xəstəlikləri (2%) durur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin QİX ilə bağlı apardığı araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda QİX-in böyük əksəriyyətinin baş verməsi tütündən istifadə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır.

Tədqiqatlar göstərir ki, ölkəmizdə kişilərin təxminən 50%-i tütündən istifadə edir, onların əksəriyyətində (93%-də) belə istifadə gündəlik xarakter daşıyır, böyüklərin 14,3%-i spirtli içkilərdən mütəmadi istifadə edir.  Avropa regionunda isə bu göstəricilər müvafiq olaraq  29% və 20% təşkil edir. 

Yaşı 18-dən yuxarı olan əhali arasında artıq çəki və piylənmə müvafiq olaraq 35,8% və 21,9% təşkil edir. Piylənmədən kişilərə nisbətən daha çox qadınlar əziyyət çəkirlər (müvafiq olaraq 16,4% və 27,2%).  Bu risk amilinin yayılması 1980-2008-ci illər arasında dünya üzrə iki dəfə artmışdır. Son hesablamalara görə, Avropa regionunda əhalinin 50%-i artıq çəkidən, kişilərin 20%-i və qadınların 23%-i isə piylənmədən əziyyət çəkir.

Tədqiqatların nəticələrinə görə, Azərbaycanda əhalinin yalnız 6,4%-i məqsədli şəkildə idmanla məşğul olur.

Azərbaycan zəngin tərəvəz və meyvə məhsulları ilə məşhur olsa da, əhalinin 40%-dən çoxu bu məhsullardan gündəlik istifadə etmir. Yaş qrupları, cinslər arasında ciddi fərq olmadan əhalinin əksəriyyəti (84,9%-i) gün ərzində ÜST tərəfindən tövsiyə edilən miqdardan az meyvə-tərəvəz istifadə etdiyini bildirmişdir. Ev təsərrüfatlarının yarıdan çoxunda (54%) doymamış yağlardan istifadə edilir.

Azərbaycanda yaşı 18-dən yuxarı olan şəxslər arasında hipertoniyanın (bütün mərhələləri daxil olmaqla) yayılması 39,4% təşkil etmişdir.  Avropa regionunda bu göstərici orta hesabla 40%-dir.

Ölkəmizdə hazırda əhalinin hər 100 min nəfərinə şəkərli diabetdən əziyyət çəkən  2053 nəfər düşdüyü halda, Avropa regionunda bu göstərici 3560 nəfər  təşkil edir.

3. Ölkənin sosial-iqtisadi inkişafı baxımından Strategiyanın əsaslandırılması

QİX-in qarşısının alınması və onlara nəzarət problemlərinə insan potensialının inkişafının sosial, iqtisadi və ətraf mühit aspektləri ilə qarşılıqlı əlaqədə baxılmalıdır.  

QİX-in və onların risk amillərinin yayılma səviyyəsinin təhsil, iş, gəlir və gender kimi sosial amillərdən bilavasitə asılılığı sübuta yetirilmişdir. Beləliklə, QİX-in yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər insanların sağlamlıqla bağlı davranışlarına təsir edən geniş amillərə - doğulduğu, böyüdüyü, yaşadığı, işlədiyi, yaşa dolduğu şəraitə, eləcə də cəmiyyətə, sosial-iqtisadi amillərə yönəldilməlidir. 

QİX ayrı-ayrı fərdlərin və ev təsərrüfatlarının sosial-iqtisadi vəziyyətinə də mənfi təsir  göstərir. Qeyri-sağlam davranış, fiziki zəiflik, əlillik, QİX ilə bağlı səhiyyə xidmətlərinə sərf olunan bilavasitə və dolayı xərclər ev təsərrüfatları gəlirlərinin itirilməsinə səbəb olur. Səhiyyə xidmətlərinin QİX ilə bağlı xərcləri çox yüksəkdir və onların davamlı artması gözlənilir.

Dövlət tərəfindən QİX-ə sərf edilən böyük xərclər makroiqtisadiyyata öz mənfi təsirini göstərməklə, yoxsulluğun azaldılması təşəbbüslərinə də mane ola bilər.

Bundan əlavə, QİX və yoxsulluq qapalı dairə yaradır ki, yoxsulluq insanları QİX-lə bağlı davranış risk amillərinin təsirinə məruz qoyur, QİX-in yaranması isə öz növbəsində ailələri yoxsulluğa sürükləyən başlıca qüvvəyə çevrilir.

QİX-in uzunsürənliyi və yayılmasında gözlənilən artım onların iqtisadiyyata təsirinin kumulyativ şəkildə güclənməsi ehtimalına əsas verir. İqtisadi təhlillərə əsasən QİX-in yayılmasının hər 10% artımı illik iqtisadi inkişaf göstəricilərinin 0,5% azalması ilə müşahidə olunur.

Qeyd edilməlidir ki, QİX ilə mübarizə tədbirlərinə çox da böyük olmayan  həcmdə  maliyyə sərf etməklə, QİX epidemiyasının qarşısını almaq  mümkündür. Lakin QİX yükünün artmasına səbəb olan sağlamlıqla bağlı problemlərin həlli təkcə səhiyyə sektorunun səyləri nəticəsində mümkün deyildir. QİX-in qarşısının alınması və bu xəstəliklərə nəzarət məsələlərinin hərtərəfli həlli səhiyyə, sosial, kənd təsərrüfatı, maliyyə, ticarət, nəqliyyat, şəhərsalma, təhsil və mədəniyyət kimi bütün müvafiq sahələrin  birgə iştirak etdikləri vahid strategiyanın həyata keçirilməsini tələb edir.

QİX-ə qarşı mübarizə üzrə ÜST-nin tövsiyə etdiyi səmərəli tədbirlərin geniş tətbiqi iqtisadi cəhətdən fəal əhali qrupunda vaxtından əvvəl ölüm hallarının  azaldılması, əlilliyin və məhsuldarlıq itkisinin qarşısının alınması, həyat keyfiyyətinin yaxşılaşdırılması və insan resurslarının inkişafına dəstək  yolu ilə davamlı iqtisadi artımın təmin edilməsi, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, sosial cəhətdən  həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün bərabər imkanların yaradılması kimi strateji məqsədlərə nail olunmasına töhfə verəcəkdir.

Eyni zamanda, ölkədə  QİX ilə səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsi bu xəstəliklərin  stasionar müalicəsi üçün  xərclənən büdcə vəsaitinə xeyli qənaət etməyə və onu digər zəruri səhiyyə problemlərinə sərf etməyə imkan verəcəkdir.

QİX-in qarşısının alınması və onlara nəzarət üzrə tədbirlər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının insan kapitalının inkişafı sahəsində, əhalinin yüksəkkeyfiyyətli tibbi xidmətlərlə təmin edilməsinə və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr və yoxsul vətəndaşlar üçün əlçatanlığı daxil olmaqla, əsas prioritetlərə nail olunmasına da şərait yaradacaqdır. Bu tədbirlər əhalinin sağlamlığının və rifahının daha çox yüksəldilməsi, ictimai səhiyyənin gücləndirilməsi və əhali üçün əhatəli, ədalətli, davamlı və yüksəkkeyfiyyətli səhiyyə sistemlərinin təmin edilməsi məqsədi ilə üst-üstə düşür.

Strategiya Azərbaycanda QİX-in qarşısının alınması və onlara nəzarət üzrə 2015-2020-ci illər üçün  ümumiləşdirilmiş və səmərəli tədbirlərə dair rəhbərliyi və ümumi strateji çərçivəni müəyyən edən rəsmi sənəddir. Strategiyanın həyata keçirilməsi QİX ilə bağlı vaxtından əvvəl ölüm hallarının,  əhalinin ayrı-ayrı qrupları arasında sağlamlığın qeyri-bərabərliyinin azaldılmasına və xəstəlik yükünün xeyli dərəcədə ixtisarına imkan yaradacaqdır. Bununla bərabər, QİX-in risk amillərinin azaldılması və əhalinin həssas qrupları üçün xüsusi tibbi və sosial qayğı göstərilməsinə imkan verən çoxsahəli yanaşmanı ehtiva edən Strategiya Azərbaycanda insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına və gözlənilən sağlam uzunömürlülüyün artmasına da səbəb olacaqdır. Eləcə də,  Strategiyanın tətbiqi məhsuldarlığın artırılmasına, daha səmərəli insan resurslarına, daha sağlam yaşadolmaya, xəstəliklər və sosial ödəmələrlə bağlı xərclərin ixtisarına və fərdi xərclərin azalmasına töhfə verməklə, iqtisadiyyatın davamlı inkişafına dəstək ola bilər.

4. Strategiyanın məqsədi

Strategiyanın əsas məqsədi Azərbaycanda  həyata keçirilən birgə və inteqrasiya olunmuş tədbirlər vasitəsilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına, o cümlədən  QİX ilə bağlı vaxtından əvvəl ölüm hallarının mümkün qədər azaldılmasına nail olmaqdır.

5. Prioritet sahələr

5.0. Strategiyanın prioritet sahələri aşağıdakılardır:

5.0.1. QİX ilə mübarizə üzrə tədbirlərin tənzimlənməsi və davamlı maliyyələşdirmənin təmin edilməsi vasitəsilə QİX-in profilaktikası üzrə strateji idarəetmənin təkmilləşdirilməsi;

5.0.2. səhiyyə sisteminin bütün səviyyələrində QİX-in qarşısının alınması və bu xəstəliklərə nəzarətlə bağlı bərabərlik prinsipinə əsaslanan, əlçatan və keyfiyyətli xidmətlərdən, o cümlədən səmərəli skrininq proqramları, profilaktika, müalicə, reabilitasiya və palliativ qayğıdan istifadə etməklə, əhalinin bu xidmətlərlə hərtərəfli əhatə olunması istiqamətində irəliləyişə nail olunması;

5.0.3. QİX ilə bağlı tədbirlərin monitorinqi və qiymətləndirilməsi daxil olmaqla, QİX-in və onların risk amillərinin qarşısının alınması və həmin xəstəliklərə nəzarət üzrə informasiya sistemlərinin gücləndirilməsi.

6. Hədəflər (2020-ci il üçün, 2014-cü illə müqayisədə)

6.0. Strategiyanın hədəfləri aşağıdakılardır:

6.0.1. tütündən istifadənin  10% azaldılması; 

6.0.2. gündəlik duz istehlakının adambaşına 5 qramadək azaldılması;

6.0.3. böyüklər arasında fiziki passivliyin 10%-dək azaldılması;

6.0.4. piylənmənin yayılmasında artımın qarşısının alınması;

6.0.5. şəkərli diabetin yayılmasının artım tempinin azaldılması;

6.0.6. hipertoniya ilə xəstələnmə səviyyəsinin stabilləşdirilməsi və azalma tendensiyasına nail olunması;

6.0.7. ilkin səhiyyə səviyyəsində QİX-in müalicəsi üçün əsas dərman preparatları və diaqnostik texnologiyalarla əhalinin ən azı 90%-nin əhatə olunması.

7. Vəzifələr

7.0. Strategiyanın    hədəflərinə   nail   olmaq   üçün  aşağıdakı   vəzifələrin     yerinə yetirilməsi nəzərdə tutulur:

7.0.1. QİX-in qarşısının alınması və onlara nəzarət üzrə birgə tədbirlərin həyata keçirilməsi və əlaqələndirilməsi üçün səmərəli sahələrarası əməkdaşlıq mexanizminin yaradılması.

QİX-in yaranmasının şərtləndirici amillərinin əksəriyyəti səhiyyə sahəsi ilə bağlı olmadığından bu xəstəliklərlə əlaqədar sağlamlıq göstəricilərinə müsbət təsiri təmin etmək üçün sahələrarası məqsədyönlü tədbirlərin həyata keçirilməsi və əlaqələndirilməsi zəruridir. QİX-in  qarşısının alınması və onlara nəzarət üçün nəzərdə tutulmuş büdcə vəsaitindən səmərəli istifadə baxımından da bütün aidiyyəti dövlət orqanlarının  planlaşdırma, rəhbərlik, nəzarət və dövlət siyasətinin qiymətləndirilməsi prosesinə cəlb edilməsi ilə yüksəksəviyyəli çoxsahəli  mexanizmin yaradılması vacibdir.

7.0.2. QİX-in risk amillərinin (tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik) azaldılması üçün bərabərlik prinsipinə əsaslanan səmərəli tədbirlərin həyata keçirilməsi.

QİX-in risk amillərinin azaldılması üçün görülən işlərin məqsədi hər kəs üçün sağlam olmaq  imkanlarının təmin edilməsi və əhali arasında sağlamlığın qeyri-bərabərliyinin azaldılmasıdır. Buraya  çoxsahəli  tədbirlər, o cümlədən dövlət səviyyəsində tədbirlərin  hazırlanması, ictimaiyyətin səfərbərliyi, ətraf mühitlə bağlı tədbirlər, səhiyyə sisteminin təşkili və xidmətlərin göstərilməsi, qanunvericilik və tənzimləmə üzrə proqramlar daxildir.

Strategiya kənd təsərrüfatı, maliyyə, ticarət, nəqliyyat, şəhərsalma,  təhsil və idman kimi bir çox sahələrdən həm dövlət, həm də qeyri-dövlət tərəfdaşların (tütün sənayesi istisna olmaqla) cəlb edilməsini tələb edir.

7.0.3. QİX-in qarşısının alınması və onlara nəzarətin yaxşılaşdırılması üçün inteqrasiya olunmuş tibbi xidmətlərin, o cümlədən ilkin profilaktika, skrininq və erkən aşkarlanma, müalicə, reabilitasiya tədbirlərinin və palliativ qayğının gücləndirilməsi

QİX-ə qarşı mübarizənin həyata keçirilməsi üzrə Strategiya, səmərəli profilaktik (ilkin profilaktika, skrininq və yüksək risk qruplarına aid əhali arasında QİX-in erkən aşkarlanması), müalicə, reabilitasiya xidmətlərinin və palliativ xidmətlərin göstərilməsini təmin edir. Yaxşı idarə edilən inteqrasiya olunmuş QİX ilə mübarizə sahəsində  xidmətlər səhiyyə sisteminin hər bir səviyyəsində bütün əhaliyə əlverişli, əlçatan və bərabərlik prinsipinə əsaslanan səhiyyə xidmətlərinin göstərilməsini və xəstələnmənin, əlilliyin, vaxtından əvvəl ölümün azaldılmasını təmin edir. QİX üzrə inteqrasiya olunmuş Strategiyanın həyata keçirilməsi, QİX-in uzunsürənliyinə və belə xəstəliklərə nəzarətə xüsusi diqqət yetirməklə səhiyyə sisteminin bütün səviyyələrində tibbi xidmətlərin gücləndirilməsi və əhalinin bu xidmətlərlə hərtərəfli əhatə edilməsinin yaxşılaşdırılması pasiyentlərin sağlamlıq hüquqlarını təmin edir. Büdcə vəsaiti bütün tibb müəssisələrinə QİX-in qarşısının alınması Strategiyasına uyğun olaraq bölünməlidir.

7.0.4. Gender və sosial amillər nəzərə alınmaqla, QİX-in azaldılması, onlara nəzarət üçün informasiya imkanlarının təkmilləşdirilməsi və tədqiqatların dəstəklənməsi .

Mükəmməl fəaliyyət göstərən səhiyyə informasiya sistemi aparılan siyasətin səmərəliliyinin və proqramların təsirinin qiymətləndirilməsi, QİX-in və onların əsas risk amillərinin dinamikasının izlənilməsi üçün zəruri vasitələri təmin etməklə, bu xəstəliklərə qarşı mübarizəyə yönəldilmiş tədbirlərin həyata keçirilməsi prosesini gücləndirir. Bu sahədə aparılan tədqiqatlar QİX-in qarşısının alınması və onlara nəzarət üçün gender, yaş və digər sosial amillərə əsaslanan siyasətin gücləndirilməsi üzrə ən düzgün qərarların qəbul olunmasına imkan yaradır. Belə bir informasiya sisteminin əsasının qoyulması və fəaliyyətinin təmin edilməsi üçün ictimai səhiyyə sahəsində aparılan tədqiqatlara kifayət qədər maliyyə vəsaiti ayrılmalıdır.

7.0.5.   Monitorinq və qiymətləndirmə sisteminin yaradılması.

Strategiyanın vəzifələrinin icrasının qiymətləndirilməsi üçün proses və nəticə indikatorları müəyyən edilməlidir. Burada Strategiyanın qarşısında qoyulan hədəflər əsas götürülməli,  zəruri göstəricilər üzrə mütəmadi monitorinq həyata keçirilməlidir. Monitorinq və qiymətləndirmə sistemi Strategiyanın icrasının qiymətləndirilməsi, problemlərin aşkar edilməsi, aradan qaldırılması və müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazım olan  məlumatları təmin etməlidir.

8. Strategiyanın həyata keçirilməsi

Bu Strategiyanın icrası üzrə əsas fəaliyyət istiqamətləri həm səhiyyə sisteminin, həm də digər aidiyyəti dövlət qurumlarının hazırlığı nəzərə alınaraq, islahatların məqsədini və strateji istiqamətlərini, onların reallaşdırılması üçün keçiriləcək tədbirləri, icraya məsul dövlət orqanlarını, eləcə də icra müddətlərini  müəyyən edir.

Strategiyanın icrasının gedişi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ildə iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə  hesabat təqdim edəcəkdir.

 

 

 

 

 

 

 

9. Strategiyanın icrası üzrə əsas fəaliyyət istiqamətləri

9.1. QİX-in qarşısının alınması və onlara nəzarət üzrə birgə tədbirlərin həyata keçirilməsi və
əlaqələndirilməsi üçün səmərəli s
ahələrarası əməkdaşlıq mexanizminin  yaradılması

 

Vəzifələr

Fəaliyyət  istiqamətləri

İcraçılar

İcra müddəti

Gözlənilən nəticələr

        İndikatorlar

 

1

2

3

4

5

6

9.1.1.Ümumrespub-

lika və yerli səviyyələrdə QİX-in qarşısının alınması və onlara nəzarət üzrə Strategiyanın həyata keçirilməsində effektiv sahələrarası əlaqələndirmənin təmin edilməsi

Səhiyyə Nazirliyi tərəfindən qeyri-səhiyyə sahələrinin  nümayəndələri cəlb olunmaqla,  sahələrarası idarəetmə mexanizminin  müəyyən edilməsini və yaradılmasını təmin  etmək;

 

Strategiyanın həyata keçirilməsinə cavabdeh olan, operativ və ümumi əlaqələndirməni həyata keçirən  dövlət orqanının  rolunu və vəzifələrini müəyyən etmək 

Səhiyyə Nazirliyi,
Maliyyə Nazirliyi,

Vergilər Nazirliyi,

Təhsil Nazirliyi,

Gənclər və İdman Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

İqtisadiyyat və Sənaye Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  

2016

Səhiyyə Nazirliyi tərəfindən  aidiyyəti dövlət orqanlarının  nümayəndələri cəlb olunmaqla, sahələrarası idarəetmə mexanizmi yaradılacaq  və fəaliyyət göstərəcək; 

 

müvafiq maliyyə dəstəyi ilə QİX-in qarşısının alınması və onlara nəzarət üzrə dövlət orqanı müəyyən ediləcək və fəaliyyət göstərəcək;

 

Strategiyanın həyata keçirilməsi   müvafiq sahələrlə effektiv şəkildə əlaqələndiriləcək

sahələrarası mexanizmə dair sənəd;

aidiyyəti  dövlət  orqanlarında QİX üzrə nümayəndələr

9.1.2. QİX ilə bağlı sahələrarası normativ hüquqi bazanın bütün
səviyyələrdə gücləndirilməsi

 

Strategiyanın bütün səviyyələrdə müvafiq dövlət siyasətinə inteqrasiyasını dəstəkləmək və normativ hüquqi bazasını hazırlamaq;

QİX üzrə  təbliğat materiallarını hazırlamaq və tətbiq etmək;

 

aşağıdakı məsələlərlə bağlı vəziyyətin təhlilinin nəticələrini simpozium, seminar və görüşlər vasitəsilə yaymaq:
    QİX-in yükü;  
    iqtisadi təsir, müdaxilələrin    

    xərc və   fayda  təhlili;

    davamlı iqtisadi inkişafın bir  

    hissəsi kimi, QİX-in qarşısının

    alınması və onlara nəzarətin

    vacibliyi

 

Səhiyyə Nazirliyi,  Təhsil Nazirliyi, Gənclər  və İdman Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsi

 

2016-2017

 

 

 

 

 

mütəmadi

qərar qəbul edən şəxslərin QİX-ə və onların risk amillərinə dair bilikləri artırılacaq;

müxtəlif sahələr arasında qarşılıqlı öhdəliklər

gücləndiriləcək;

 

QİX-in qarşısının alınması və onlara  nəzarət  məsələləri dövlət  orqanlarının   fəaliyyətində  əks olunacaq;

Səhiyyə Nazirliyinin  Strateji Planı QİX-ə uyğun olaraq yeniləşdiriləcək;

 

aidiyyəti  dövlət orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq  QİX-ə qarşı tədbirlərin həyata

keçirilməsi üçün müvafiq

şərait yaradacaqlar

QİX-in qarşısının alınması və onlara nəzarət sahəsində  qəbul edilmiş sahələrarası sənədlər

9.1.3. QİX ilə mübarizədə bərabərlik prinsipinə əsaslanan  səmərəli  tədbirlərin davamlı maliyyələşdirilməsinin və müvafiq büdcə ayırmalarının təmin edilməsi

QİX-in qarşısının alınması və onlara nəzarət üzrə bərabərlik prinsipinə əsaslanan səmərəli tədbirlər üçün dövlətin uzunmüddətli və davamlı maliyyə dəstəyinə nail olmaq;

 

QİX-ə qarşı mübarizə tədbirlərinə dair davamlı maliyyələşdirmə üçün hüquqi baza yaratmaq;

səhiyyə sahəsinin  xərclərinin

optimallaşdırılması,  QİX-in

qarşısının alınması və onlara nəzarət istiqamətində səmərəsiz  fəaliyyətdən səmərəli tədbirlərə keçilməsi məqsədi ilə  zəruri institusional və təşkilati

dəyişikliklər aparmaq

Səhiyyə Nazirliyi,

Maliyyə Nazirliyi,

Vergilər Nazirliyi

 

Səhiyyə Nazirliyi,

Maliyyə Nazirliyi

Səhiyyə Nazirliyi

 

2016-2017

 

 

 

2016-2018

 

2016-2020

 

QİX ilə mübarizədə   bərabərlik prinsipinə əsaslanan səmərəli  tədbirlərə dəstək verən səhiyyənin davamlı maliyyələşdirmə mexanizmi yaradılacaq;

 

QİX ilə mübarizə üzrə tədbirlər üçün vəsaitlər əlavə mənbələrdən (tütün, spirtli içkilər və s. üzrə vergilər) ayrılacaq;

 

ümumi dövlət səhiyyə büdcəsində QİX-in qarşısının alınması və ona nəzarət üzrə xüsusi tədbirlər (dərman yardımı paketi, tədqiqatlar və əhalinin maarifləndirilməsi) üçün büdcə vəsaiti ayrılacaq;

 

QİX ilə bağlı bərabərlik prinsipinə əsaslanan səmərəli və tətbiqi mümkün olan tədbirlər üçün büdcə ayırmaları artacaq və prioritet təşkil edəcək

QİX ilə mübarizəyə yönəldilən vergilər;

 

QİX-in qarşısının alınması və onlara  nəzarət üzrə xüsusi tədbirlər (dərman yardımı paketi, tədqiqatlar və əhalinin maarifləndirilməsi) üçün maliyyə  vəsaitinin  həcmi

 

 

9.2. QİX-in risk amillərinin (tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik) azaldılması üçün bərabərlik prinsipinə əsaslanan səmərəli tədbirlərin həyata keçirilməsi

 

9.2.1. QİX-in risk amillərinə qarşı əhali arasında  bərabərlik prinsipinə əsaslanan səmərəli tədbirlərin həyata keçirilməsi

1. Tütündən istifadənin azaldılması:

 

Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının həyata keçirilməsi üçün:

tütün tüstüsündən azad ictimai    yerlərə, siqaret qutuları üzərində effektiv xəbərdarlıq yazılarına və şəkillərə, tütün satışına, vergi

və qiymət siyasətinə  xüsusi diqqət

yetirməklə, mövcud hüquqi bazanı gücləndirmək;

 

təhsil müəssisələrində tütünün sağlamlığa mənfi təsiri barədə maarifləndirici tədbirlər keçirmək;

 

tütün məmulatlarının satışını qanunvericiliyə uyğun olaraq

nizamlamaq;

 

 

 

 

ictimai yerlərdə və parklarda

tütünün sağlamlığa mənfi təsiri barədə reklamlar, stendlər yerləşdirmək

 

 

 

 

 

Səhiyyə Nazirliyi,
Ədliyyə Nazirliyi,

Vergilər Nazirliyi

 Təhsil Nazirliyi

 

İqtisadiyyat və Sənaye Nazirliyi,

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

 

yerli  icra

hakimiyyəti orqanları

 

 

 

 

 

2015-2017

 

 

mütəmadi

 

2016-2017

 

 

 

 

 

mütəmadi

tütünə nəzarət üzrə qanunvericilik aşağıdakı sahələrdə təkmilləşdiriləcək:

 

ictimai yerlərdə, o cümlədən

ictimai nəqliyyatda 

 tütündən istifadə  qadağan  

ediləcək; 

tütün satışının stimullaşdırılması  və sponsorluğu qadağan ediləcək;

 

bütün tütün məmulatında tütünün sağlamlığa zərəri barədə   iri və təsiredici şəkilli xəbərdarlıq əks etdiriləcək;

 

2020-ci ilədək tütün məmulatına qoyulan aksiz vergisi artırılacaq;

 

tütün istehlakı 15%-dək azaldılacaq

18 yaşdan yuxarı kişi və qadınlar arasında tütünçəkmənin yaş üzrə yayılması;

 

tütün tüstüsündən 100% azad ictimai yerlərin nisbəti;

 

iri və təsiredici şəkilli xəbərdarlığı 

olan tütün məmulatının nisbəti;                        

 

tütün məmulatının aksiz vergisi

 

 

2. Spirtli içkilərdən sui-istifadənin azaldılması:

 

aşağıdakılara xüsusi diqqət yetirməklə qanunvericiliyi yenidən nəzərdən keçirmək və təkmilləşdirmək:

 

pərakəndə satılan spirtli içkilərin uşaqlar üçün əlçatanlığının məhdudlaşdırılması;

spirtli içkilərin reklamına qoyulan

məhdudiyyət və qadağaların işləməsinin təmin edilməsi;

 

spirtli içkilərin təsiri altında nəqliyyat vasitələrinin idarə olunmasına qoyulan qadağaların işləməsinin təmin edilməsi;

 

spirtli içkilərə qoyulan vergilərin artırılması;

 

spirtli içkilərlə bağlı qiymət-satış siyasətinin yeniləşdirilməsi; 

 

təhsil müəssisələrində spirtli içkilərin  sağlamlığa mənfi təsiri barədə maarifləndirici tədbirlərin keçirilməsi

Ədliyyə Nazirliyi, İqtisadiyyat və

Sənaye Nazirliyi,

Vergilər Nazirliyi,

Səhiyyə Nazirliyi,

Daxili İşlər Nazirliyi,

Təhsil Nazirliyi

2016-2017

 

 

 

 

 

 

mütəmadi

spirtli içkilərdən istifadəyə dair qanunvericilik təkmilləşdiriləcək;

 

 

 

pərakəndə satılan spirtli içkilərin uşaqlar üçün əlçatanlığı müxtəlif tədbirlər görməklə məhdudlaşdırılacaq;

spirtli içkilərin reklamına qoyulan məhdudiyyət  və qadağaların işləməsi təmin

ediləcək;

 

spirtli içkilərin təsiri altında

nəqliyyat vasitələrinin idarə olunmasına qoyulan qadağaların işləməsi təmin ediləcək;

 

vergi və qiymət mexanizmləri təkmilləşəcək;

 

spirtli içkilərin ümumi istehlakı azalacaq

təqvim ili ərzində adambaşına (18 yaşdan yuxarı) spirtli içkilərin

ümumi  istehlakı (təmiz spirt /litrlə);

 

spirtli içkilərə qoyulan aksiz vergisi;

spirtli içkilərin təsiri altında nəqliyyat 

vasitələrinin idarə olunması halları

 

 

3. Sağlam qidalanma:

 

ölkə üzrə qidalanmanın əsas məsələlərini və prioritet fəaliyyət istiqamətlərini özündə əks etdirən Fəaliyyət Planının işlənib hazırlanması;

 

fizioloji qida normalarının hazırlanması;

 

qida məhsullarından  hidrogenləşdirilmiş bitki yağlarının

qismən çıxarılması və onların çoxdoymamış yağ turşuları  ilə əvəz edilməsi üzrə  tədbirlərin

müəyyənləşdirilməsi;

 

tərkibində doymuş yağ turşuları, trans-yağ turşuları, sadə şəkər və ya xörək duzu yüksək olan qida məhsullarının satışının uşaqlara təsirini azaltmaq üçün tədbirlərin müəyyənləşdirilməsi;

 

aşağıdakılara dair normativ sənədlərin təkmilləşdirilməsi:

 

      istehsal olunan qida  

      məhsullarında duzun azaldılması;

     

      tərkibində trans-yağlar və  

      doymuş   yağlar olan qida

      məhsullarının məcburi   

      işarələnməsi (ilkin mərhələ);

 

     tərkibində trans-yağlar olan qida 

     məhsullarının satışının qadağan

     edilməsi (ikinci mərhələ);

 

ana südü ilə qidalanma da daxil  

olmaqla, erkən uşaqlıq 

dövründən başlayan sağlam  qidalanmanı təbliğ etmək;

əhali arasında düzgün qidalanmanı, o cümlədən  ərzaq məhsullarının tərkibinin zənginləşdirilməsi

məsələlərini təbliğ etmək;

ümumi təhsil müəssisələrində  şagirdlərin düzgün qidalanmasını təmin etmək;

əhalini trans-yağlar əvəzinə çox-doymamış yağ turşularına üstünlük verməyə təşviq etmək

 

İqtisadiyyat və
Sənaye Nazirliyi,

Səhiyyə Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi,

Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi

 

 

2017-2018

 

 

 

2016

2016

 

 

 

2016-2017

 

 

 

 

2016-2017

 

 

2016-2017

 

 

 

 

2018-2020

 

 

 

mütəmadi

 

mütəmadi

 

 

mütəmadi

mütəmadi

ölkə üzrə qidalanma sahəsində Fəaliyyət Planı qəbul ediləcək;

 

fizioloji qida normaları qəbul ediləcək;

 

qida məhsullarından trans-yağların çıxarılması və onların çoxdoymamış yağ turşuları ilə  əvəz edilməsi üzrə tədbirlər müəyyən ediləcək;

tərkibində doymuş yağlar, trans-yağ turşuları, sadə şəkər və ya duz yüksək olan

qida məhsullarının marketinqinin  uşaqlara təsiri

azalacaq;

 

məktəb təhsil proqramında sağlam həyat tərzi ilə bağlı məlumatlar

təkmilləşdiriləcək və yeniləşdiriləcək;

 

qida məhsullarının tərkibində duz və yağların tənzimlənməsinə dair normativ sənədlər təkmilləşəcək; 

 

tərkibində çoxdoymamış

yağ turşuları olan qida məhsullarının istehlakı artırılacaq;

 

körpələrin ana südü ilə qidalandırılması da daxil olmaqla, əhaliyə sağlam qidalanma vərdişləri

aşılanacaq

tərkibində trans-yağlar olan qida məhsullarının satışda nisbəti;

18 yaşdan yuxarı şəxslərdə gün ərzində xörək duzunun  orta hesabla yaş üzrə normalaşdırılmış istehlakı (qramla);

 

18 yaşdan yuxarı 

şəxslərdə doymuş  yağ turşularından  ümumi enerji istehlakının yaş

üzrə normalaşdırılmış orta nisbəti;

 

18 yaşdan yuxarı şəxslərdə çox-doymamış yağ turşularından  ümumi enerji istehlakının yaş üzrə standartlaşdırılmış orta nisbəti;

 

6 ayadək yalnız ana südü ilə qidalanan körpələrin nisbəti;

 

24 ayadək ana südü ilə qidalanan uşaqların nisbəti

 

 

 

 

 

 

 

 

 

 

4. Fiziki aktivliyin təbliği:

 

sağlamlıq naminə əhali üçün fiziki aktivliyə dair maarifləndirici materiallar  hazırlamaq və təşviq etmək;

 

ümumi təhsil müəssisələrində fiziki aktivliyin təbliği ilə bağlı tədbirlər keçirmək;

 

iş yerləri üçün fiziki aktivlik

proqramlarını təşviq etmək;

 

təkmilləşdirilmiş şəhərsalma planlarını, o cümlədən idman obyektlərini və parkları təşviq etmək

 

 

Səhiyyə Nazirliyi,

Təhsil Nazirliyi,

Gənclər və İdman

Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

 

 

mütəmadi

 

 

mütəmadi

 

mütəmadi

 

 

mütəmadi

sağlamlıq naminə fiziki aktivliyə dair maarifləndirici materiallar hazırlanacaq və əhali arasında paylanacaq;

 

ümumi təhsil müəssisələrində  fiziki aktivliyin təbliği ilə bağlı tədbirlər həyata keçiriləcək; 

 

iş yerlərində  və ictimai yerlərdə fiziki aktivlik üçün şərait yaxşılaşdırılacaq;

 

yaşayış məntəqələrində əhalinin fiziki aktivlik üçün obyektlərə  əlçatanlığı artacaq;

fiziki passivlik (o cümlədən böyüklər arasında) 10%-dək azalacaq

18 yaşdan yuxarı şəxslərdə fiziki passivliyin yaş üzrə yayılma səviyyəsi;

 

məktəb təhsil proqramı

daxilində xüsusi fiziki

aktivlik proqramının təsdiq edilməsi və tətbiqi;

 

ayrı-ayrı şəhər və rayonlar üzrə parkların və ümumi əhali üçün əlçatan

idman obyektlərinin sayı

 

 

5. İlkin səhiyyə xidməti mütəxəssisləri üçün QİX-in risk amilləri üzrə   təlim paketini hazırlamaq; 

 

QİX-in əsas risk amillərinin  profilaktikasına dair klinik protokolları işləyib hazırlamaq   

 və yeniləşdirmək;    

 

qeyri-səhiyyə mütəxəssisləri üçün (siyasətçilər, müəllimlər, sosial işçilər) QİX-in risk amillərinə  dair təlim paketini hazırlamaq

Səhiyyə Nazirliyi

 2016-2017

təlim paketi səhiyyə mütəxəssislərinin diplomdan əvvəlki və diplomdan sonrakı təhsil proqramlarına daxil ediləcək;

 

klinik protokollar təsdiq ediləcək və dərc olunacaq;

səhiyyə mütəxəssisləri (xüsusilə də ilkin səhiyyə işçiləri) QİX-in risk amillərinə  dair klinik protokollar üzrə təlimləndiriləcək;

 

qeyri-səhiyyə mütəxəssisləri QİX-in risk amillərinin profilaktikasına dair təlimləndiriləcək;

 

QİX-in risk amillərinin  profilaktikası üzrə insan resurslarının bilik və  bacarıqları daha da artacaq

QİX-in risk amillərinə  dair klinik protokollarla işləyən səhiyyə mütəxəssislərinin nisbəti;

 

ümumi təhsil müəssisələrində QİX-in risk amillərinin  profilaktikasına dair məlumat alan şagirdlərin sayı

9.2.2. QİX-in risk amillərinin qarşısının

alınmasını gücləndirmək üçün insan resurslarının bacarıqlarının artırılması

 

sağlam həyat tərzinin təşviqinə dair bərabərlik prinsipinə əsaslanan kommunikasiya

tədbirlərini müəyyənləşdirmək;

 

sağlam həyat tərzinin təşviqi ilə bağlı ümumi təhsil müəssisələrində müvafiq tədbirlər keçirmək 

 

Səhiyyə Nazirliyi,
Təhsil Nazirliyi,

Rabitə və Yüksək

Texnologiyalar Nazirliyi,

kütləvi informasiya  vasitələrini cəlb etməklə

mütəmadi

sağlam həyat tərzi və QİX-in profilaktikasına dair  kommunikasiya tədbirləri

müəyyənləşdiriləcək;

 

KİV və ictimai rəyi formalaşdıran liderlər cəlb olunmaqla həyata keçiriləcək; 

öz sağlamlığının  qorunması üçün əhalinin QİX-in risk amillərinin profilaktikasına dair bilik və bacarıqları ayrı-ayrı qrupların xüsusiyyətlə-

rini nəzərə alan kommunikasiya materialları və kampaniyalar vasitəsilə yaxşılaşdırılacaq;

 

əhalinin QİX və onların risk amillərinə dair bilikləri artacaqdır

sosial-iqtisadi göstəricilər üzrə əhali, o cümlədən

uşaqlar arasında, sağlam həyat tərzi və QİX-in risk amillərinə dair bilik/münasibət/

davranış səviyyəsi;

 

ümumi təhsil müəssisələrində  sağlamlığı təşviq edən dərslərlə əhatə olunan şagirdlərin nisbəti

 

 

9.3. QİX-in qarşısının alınması və onlara nəzarətin yaxşılaşdırılması üçün inteqrasiya olunmuş tibbi xidmətlərin,  o cümlədən ilkin profilaktika, skrininq və erkən aşkarlanma, müalicə, reabilitasiya tədbirlərinin və palliativ  qayğının gücləndirilməsi

 

9.3.1. İnteqrasiyaya əsaslanan vahid yanaşma vasitəsilə QİX ilə bağlı, xüsusən də ilkin səhiyyədə, əlçatan və istifadəsi əhali üçün mümkün olan, keyfiyyətli,

sübutlara əsaslanan tibbi xidmətlərə və

keyfiyyətli

dərmanlara əhalinin ayrı-ayrı

qrupları üçün bərabər çıxışın təmin edilməsi  

QİX üzrə sübutlara əsaslanan və pasiyentə yönəldilən inteqrasiya edilmiş və çoxşaxəli  zəruri səhiyyə xidmətləri göstərilməsi üçün funksional göndəriş sistemini işləyib hazırlamaq;

skrininq və erkən aşkarlanma

üçün səmərəli, sübutlara əsaslanan proqramları işləyib

 hazırlamaq və həyata keçirmək;

 

səhiyyə xidmətlərinin bütün səviyyələrində QİX-in qarşısının alınması və müalicəsi üçün sübutlara əsaslanan standartları və klinik protokolları hazırlamaq və yeniləşdirmək;

 

klinik protokollarda əks olunan QİX-ə aid dərmanları  əsas dərmanlar siyahısına daxil etməklə siyahını daim yeniləşdirmək;

 

müəyyən QİX-ə aid (məsələn, xroniki obstruktiv ağciyər xəstəlikləri, ürək-damar xəstəlikləri) ambulator dərman yardımı paketləri hazırlamaq;

 

QİX ilə bağlı laboratoriya xidmətlərini  genişləndirmək və laboratoriyaların müasir avadanlıqla təchizatını gücləndirmək;

 

QİX ilə bağlı ümumrespublika  və yerli səviyyədə palliativ və reabilitasiya xidmətlərini yaratmaq

Səhiyyə Nazirliyi

 

 

Səhiyyə Nazirliyi

 

 

 

Səhiyyə Nazirliyi

 

 

 

Səhiyyə Nazirliyi

Maliyyə Nazirliyi

 

Səhiyyə Nazirliyi

 

 

 

Səhiyyə Nazirliyi

Maliyyə Nazirliyi

Səhiyyə Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2016-2017

 

 

2016-2018

 

 

 

 

2016-2017

 

 

 

 

 

 

2016-cı ildən

başlayaraq

mütəmadi

 

 

mütəmadi

2016-2020

QİX üzrə səhiyyə xidmətləri üçün effektiv göndəriş sistemi təşkil ediləcək və fəaliyyət göstərəcək;

 

hipertoniya, uşaqlıq boynunun xərçəngi, süd vəzisi  xərçəngi və kolorektal xərçəng üzrə bütün əhali miqyasında müntəzəm skrininq sistemi yaradılacaq  və fəaliyyət göstərəcək;

 

klinik protokollar təsdiq ediləcək və dərc olunacaq; bütün səviyyələrdə çalışan səhiyyə mütəxəssisləri QİX-in profilaktikası və onlara nəzarət işinə dair təlimləndiriləcək;

 

əsas dərmanların siyahısı müntəzəm olaraq yeniləşdiriləcək (buraya  QİX-ə aid, o cümlədən ağrıkəsici və palliativ yardım üçün zəruri olan dərmanlar da daxildir);

 

ambulator pasiyentlər üçün dərman yardımı paketi təsdiqlənəcək;

 

səhiyyə müəssisələri QİX-ə aid keyfiyyətli generik dərmanlarla tələbata uyğun təchiz ediləcək;

 

palliativ və reabilitasiya

xidmətlərinin institusional, insan resursları və maliyyə məsələləri üzrə təklif və tövsiyələr hazırlanacaq;

 

ilkin səhiyyə səviyyəsi də daxil olmaqla, səhiyyə

müəssisələrində QİX-ə aid dərmanların və tibbi texnologiyaların bərabərlik prinsipinə

əsaslanan əlçatanlığı təmin ediləcək

hədəf əhali qruplarının erkən aşkarlanma və

skrininq proqramları ilə əhatə olunması;

 ilkin səhiyyə səviyyəsində QİX-ə aid əsas dərmanların nisbəti;

 

laboratoriya xidmətləri ilə əhatə olunan QİX pasiyentlərinin nisbəti;

 

klinik protokollara uyğun təyin edilmiş

QİX-ə aid dərmanların nisbəti;

 

oral morfinlər də daxil olmaqla ağrıkəsici dərmanlara çıxışı olan, QİX-in terminal mərhələsindəki pasiyentlərin faizi;

 

palliativ yardımla təmin edilmiş QİX pasiyentlərinin nisbəti

9.3.2. QİX üzrə xidmətlərin göstərilməsinin yaxşılaşdırılması üçün hazırlıqlı insan resurslarının ölkədə, xüsusilə də kənd yerlərində, bərabər bölgüsünün təmin edilməsi

işçi qüvvəsi ehtiyatları və kadr axınının illik göstəriciləri ilə bağlı mövcud vəziyyəti yaxşılaşdırmaq;

 

ilkin səhiyyə mütəxəssislərinin QİX ilə mübarizə və pasiyentləri  təlimatlandırma bacarıqları üzrə hazırlığını artırmaq;

 

səhiyyə mütəxəssisləri üçün QİX ilə mübarizə üzrə bacarıqlara əsaslanan fasiləsiz təhsil təlimləri toplusunu işləyib hazırlamaq;

 

kənd yerlərində QİX üzrə xidmətlərin təkmilləşdirilməsi  üçün səhiyyə mütəxəssisləri arasında vəzifələrin yenidən bölünməsini tətbiq etmək

Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

Səhiyyə Nazirliyi

 

 

Səhiyyə Nazirliyi

 

Səhiyyə Nazirliyi

2016-2020

 

 

2016-2018

 

 

2016-2017

 

2017-2018

ilkin səhiyyə mütəxəssislərinin sayı artacaq;

 

QİX-in profilaktikası və qarşısının alınması məsələləri diplomdan əvvəlki və diplomdan sonrakı ali və orta tibbi təhsil proqramlarına daxil ediləcək;

həkim və orta tibb heyəti arasında vəzifə bölgüsünə yenidən baxılacaq;

müvafiq qaydada təlimləndirilmiş ilkin səhiyyə mütəxəssisləri şəhər və kənd yerlərində  QİX-in profilaktikası və onlara nəzarət  üzrə daha keyfiyyətli

kənd yerlərində ilkin səhiyyə müəssisələrinin tibbi kadrlarla təminatı

 

 

9.4. Gender və sosial amillər nəzərə alınmaqla, QİX-in azaldılması, onlara nəzarət üçün informasiya imkanlarının təkmilləşdirilməsi və tədqiqatların dəstəklənməsi

 

9.4.1. Məlumatların  cins, yaş və sosial-iqtisadi göstəricilərə əsasən bölüşdürülməsini təmin etməklə, QİX və onların risk amilləri üzrə epidemioloji nəzarət, registrlər və elektron qeydiyyat sistemi daxil olmaqla, dövlət  səhiyyə informasiya sisteminin gücləndirilməsi

dövlət  səhiyyə informasiya sistemi  çərçivəsində QİX üzrə hərtərəfli nəzarət sistemini, o cümlədən  ölüm hallarının səbəblərinin dəqiq qeydiyyatını, müəyyən QİX üzrə registrləri, risk faktorları üzrə məlumatların mütəmadi toplanmasını təşkil etmək və gücləndirmək;

 

səhiyyə informasiya sistemi heyətinin (statistiklər, operatorlar, informasiya texnologiyaları mütəxəssisləri) bacarığını artırmaq

Səhiyyə Nazirliyi

 

 

 

 

 

 

 

 

Səhiyyə Nazirliyi

2016-2018

 

 

 

 

 

 

 

 

2016-2018

mövcud QİX-ə nəzarət sistemi üçün sübutlara əsaslanan indikatorlar işlənib hazırlanacaq və tətbiq ediləcək;

 

QİX yükünün, onların risk amillərinin  monitorinqi mövcud səhiyyə informasiya sisteminə daxil ediləcək;

müvafiq qurumların müəyyən edilməsi, zəruri

proqram təminatı, cəlb olunmuş heyətin təlimi, avadanlıq  təchizatı  həyata keçirilməklə, xərçəng, diabet, hipertoniya və s. xəstəliklərin registrləri təşkil ediləcək;

 

QİX-in qeydiyyatı və onlara dair  hesabat üçün lazımi informasiya texnologiya avadanlığı təmin ediləcək;

 

QİX və onların risk amillərinə  dair nəzarət sisteminin inteqrasiyası

nəticəsində milli səhiyyə

informasiya sistemi gücləndiriləcək

cins, yaş və sosial- iqtisadi göstəricilər üzrə bölünmüş QİX və onların risk amillərinə

dair vaxtaşırı hesabatlar

 

9.4.2. QİX-in 

qarşısının alınması

və onlara nəzarət üçün həyata keçirilən strateji planlaşdırmanın əsası kimi, tədqiqatlardan və elmi sübutlara əsaslanan nəticələrdən  istifadənin gücləndirilməsi

QİX-ə dair prioritetlər üzrə tədqiqat 

planını işləyib hazırlamaq və tətbiq  etmək;

 

 

 

QİX ilə bağlı vəziyyət, risk, sosial-iqtisadi  və  gender amilləri, görülən işlərin səmərəliliyi, texnologiyaların əlçatanlığı, səhiyyə sisteminin islahatları və kadr potensialının  inkişafına dair müntəzəm tədqiqatlar aparmaq;

 

QİX-in risk amillərinə  dair mütəmadi araşdırma aparmaq

 Səhiyyə  

Nazirliyi, 

Azərbaycan Milli Elmlər Akademiyası

 

Səhiyyə Nazirliyi 

 

 

Səhiyyə Nazirliyi 

2016-2017

 

 

 

 

 

mütəmadi

 

 

mütəmadi

QİX üzrə tədqiqatlar üçün 

uzunmüddətli plan  hazırlanacaq;

 

 

QİX ilə bağlı yerli tədqiqatlara dair hesabatlar hazırlanacaq;

 

hər üç ildən bir QİX-in risk amillərinə  dair araşdırma aparılacaq;

 

tədqiqatların nəticələri QİX-ə qarşı mübarizənin  strateji planlaşdırılmasının əsasını təşkil edəcək

elmi sübutlara

əsaslanan nəticələr  əsasında qəbul edilmiş strateji planlaşdırma/

qərarlar

 

 

 

9.5. Monitorinq və qiymətləndirmə sisteminin yaradılması

 

9.5.1. QİX-in qarşısının alınması və onlara nəzarət üzrə  strategiyanın həyata keçirilməsinin monitorinqi və qiymətləndirilməsi çərçivəsinin işlənib hazırlanması

Strategiyanın həyata keçirilməsinin monitorinqi  və qiymətləndirilməsi mexanizmini işləyib hazırlamaq; 

 

mütəmadi monitorinq və qiymətləndirmə üçün, zəruri

indikatorlar da daxil olmaqla, monitorinq və
qiymətləndirmə planını işləyib hazırlamaq

Səhiyyə Nazirliyi

 

 

 

Səhiyyə Nazirliyi

2016

 

 

 

2016

 

 

Strategiyanın həyata keçirilməsinin monitorinqinə  və qiymətləndirilməsinə cavabdeh qurum müəyyənləşdiriləcək;

 

monitorinq və qiymətləndirmə planı və indikatorları işlənib hazırlanacaq;

 

Strategiyanın həyata keçirilməsinin monitorinqi və qiymətləndirilməsi mexanizmi mövcud olacaq

Strategiyanın həyata keçirilməsinin monitorinqinə  və
qiymətləndirilməsinə cavabdeh qurumun maliyyələşdirilməsi

 

 

 

 

9.5.2. Strategiyanın yerinə yetirilməsi və  fəaliyyətin qiymətləndirilməsi

dövlət qurumları tərəfindən QİX-ə dair tədbirlərin həyata keçirilməsi barədə illik, yarımillik və rüblük monitorinq və qiymətləndirmə hesabatlarını hazırlamaq;

monitorinqin  nəticələri əsasında tövsiyələr hazırlamaq

 

Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi,

Vergilər Nazirliyi,

Təhsil Nazirliyi,

Gənclər və İdman Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

İqtisadiyyat və Sənaye Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi,

Ailə, Qadın və

Uşaq Problemləri üzrə Dövlət Komitəsi  

 

Səhiyyə Nazirliyi

mütəmadi

 

 

 

 

 

mütəmadi

dövlət qurumları tərəfindən  monitorinq və qiymətləndirmə hesabatları mütəmadi qaydada hazırlanacaq;

 

dövlət qurumları üzrə tövsiyələr hazırlanacaq;

 

Strategiyanın həyata keçirilməsi və ölkənin QİX probleminin öhdəsindən gəlməsi üzrə monitorinq aparılacaq, qiymətləndiriləcək və təkmilləşdiriləcək

əhalinin hər 100.000 nəfərinə xəstəliklər üzrə ölüm göstəricisi:

 

qan dövranı sisteminin xəstəlikləri,

o cümlədən:

 ürəyin işemik  xəstəliyi, beyin-damar xəstəlikləri, şəkərli diabet

xəstəliyi;

bədxassəli yenitörəmələr, o cümlədən:

uşaqlıq boynu xərçəngi, süd vəzisi xərçəngi, həzm sistemi  xəstəlikləri, o cümlədən:

xroniki qaraciyər xəstəliyi, sirroz;

tənəffüs sistemi  xəstəlikləri, o cümlədən:

bronxit, ağciyərin emfizeması, bronxial  astma

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında