2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

2015-ci il  noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə  seçkilərdə namizədliyin qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş digər seçki sənədləri müvafiq dairə seçki komissiyalarına təqdim edilməli, qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə araşdırma aparıldıqdan sonra seçki komissiyalarının nəzdində fəaliyyət göstərən işçi qrupunun rəyi də nəzərə alınmaqla namizədliyin qeydə alınıb-alınmaması məsələsi həll olunmalıdır.

Namizədliyin qeydə alınması məsələsinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında yenidən baxılması zərurəti yarandığı halda müvafiq sənəd və məlumatların yenidən yoxlanılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində də xüsusi biliklərə malik mütəxəssislərdən ibarət tərkibdə işçi qrupunun yaradılması zəruridir.

Ona görə də imza vərəqələrində və onlara əlavə edilmiş digər seçki sənədlərində olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin  Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Azərbaycan Respublikası Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertlər daxil edilməklə müvafiq işçi qrupu yaradılmalı və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvlərindən biri qrupa rəhbər təyin edilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 59.2-ci maddələrinə əsasən qərara alır:

1. 2015-ci il  noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə  seçkilərdə namizədliyin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin və Azərbaycan Respublikası Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertlərdən ibarət işçi qrupu yaradılsın.

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü İlham Sabir oğlu Məmmədov işçi qrupunun rəhbəri təyin edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                  Məzahir Pənahov

Katib                Arifə Muxtarova

Katib                Mikayıl Rəhimov


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında