Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29 avqust 2015-ci il tarixli 13/98 saylı Qərarı ilə təsdiq edilmişdir. BEŞİNCİ ÇAĞIRIŞ AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏRİN HAZIRLANIB KEÇİRİLMƏSİ ÜZRƏ ƏSAS HƏRƏKƏT VƏ TƏDBİRLƏRİN T

Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2015-ci il tarixli
Sərəncamı ilə Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilər 2015-ci il noyabrın 1-i, bazar gününə təyin edilmişdir.

 

Sıra sayı

Əsas hərəkət və tədbirlər

İcraçılar

Keçirilmə müddətləri

 

 

 

 

Azərbaycan Respublikasının Seçki Məcəlləsi və digər hüquqi aktlara əsasən

Tövsiyə olunan müddətlər

1

2

3

4

5

1

Birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi

Passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları

Seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonraM a d d ə l ə r :  3, 53, 54, 146

 

2

Namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərarın qəbul edilməsi

Dairə seçki komissiyası

Müvafiq sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətindəM a d d ə l ə r :  53.6, 54.9

 

3

Namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələrinin verilməsi

Dairə seçki komissiyası

Namizədliyin irəli sürülməsini təsdiq edən qərar qəbul edildiyi gündən başlayaraq M a d d ə l ə r :  53.6, 54.9

 

4

Namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması

Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququna malik vətəndaşı, namizəd, siyasi partiya, siyasi partiyaların bloku

Dairə seçki komissiyasının deputatlığa namizədliyin irəli sürülməsini təsdiq edən qərarından sonraM a d d ə l ə r :  56 , 57, 147 

 

5

Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi

Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında; beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gəlib Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə)

Seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadəkM a d d ə l ə r: 1.1.19, 1.1.20, 40.4 - 40.6, 44

2015-ci il  oktyabrın 22-dək

6

Seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi

Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı öz təşəbbüsü ilə,  qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında

Seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadəkM a d d ə l ə r : 1.1.19, 40.4, 40.5, 40.7

2015-ci il oktyabrın 27-dək

7

Səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə almaqdan ötrü  Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi

Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı öz təşəbbüsü ilə,  qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında

Seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadəkM a d d ə l ə r : 1.1.19, 40.4, 40.5, 40.13

2015-ci il oktyabrın 22-dək

8

Müşahidəçilərin qeydə alınması və onlara Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəciklərin verilməsi

Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyaları

Müşahidə aparılması barədə qərar ərizənin verildiyi tarixdən Mərkəzi Seçki Komissiyası tərəfindən 3 gün, dairə seçki komissiyası tərəfindən isə 2 gün müddətində qəbul edilirM a d d ə l ə r : 25.2.20, 40.6, 40.7, 44.4

 

9

Seçki rəsmiləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi

Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyaları

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 3.10-cu bəndinə əsasən

Mütəmadi

10

Dairə və məntəqə seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlərin təşkili və peşə hazırlığının artırılması ilə bağlı digər proqramların həyata keçirilməsinin təmin edilməsi

Mərkəzi Seçki Komissiyasının treninq qrupları

M a d d ə  25.2.7

Mütəmadi

11

Dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün treninqlərin keçirilməsi

Mərkəzi Seçki Komissiyası  Katibliyinin İnformasiya Mərkəzi

M a d d ə  25.2.10

Mütəmadi

12

Teleradio verilişləri və digər yayım qurumları vasitəsilə seçki qanunvericiliyinin izahı, seçki subyektlərinin hüquqi biliklərinin artırılmasının təmin olunması (çıxışlar, müsahibələr, “dəyirmi masa”lar), əyani vəsaitlərin (videokliplər, plakatlar, bukletlər və s.) hazırlanması və nümayiş etdirilməsi

Mərkəzi Seçki Komissiyası

M a d d ə l ə r:  25.2.7, 25.2.10

Mütəmadi

13

Seçki fondunun formalaşdırılması üçün xüsusi seçki hesablarının açılması

Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun buna səlahiyyəti olan nümayəndələri

Namizədliyin irəli sürülməsi barədə dairə seçki komissiyasına bildiriş təqdim edildikdən sonra 5 gün müddətində, qeydiyyat üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalmışMaddələr: 91.1, 91.2, 157.1, 157.2

 

14

Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesablarının açılması

Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş siyasi partiya, siyasi partiyalar blokunun buna səlahiyyəti olan nümayəndələri

Birmandatlı seçki dairələrinin 60-dan çoxunda irəli sürülmüş namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən sonra 5 gün müddətindəM a d d ə  157.2

 

15

Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi 

Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi

Səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək M a d d ə  58.1

2015-ci il sentyabrın 12-dən oktyabrın 2-i saat 18.00-dək

16

Birinci ilkin maliyyə hesabatı

Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi

Qeydiyyat üçün zəruri olan sənədlərlə birlikdəM a d d ə  94.3.1

 

17

İmza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərarın qəbul edilməsi

Dairə seçki komissiyası

Sənədlər qəbul edildikdən sonra 7  gün müddətindəM a d d ə l ə r :  60, 148.1

 

18

Namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən təyin olunmuş vəkil edilmiş şəxslərin qeydə alınması və onlara lövhəciklərin verilməsi

Dairə seçki komissiyası

Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun təqdimatının, habelə  vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətindəM a d d ə l ə r :  72.1, 72.2, 152

 

19

Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar blokları tərəfindən hər bir seçki komissiyasının tərkibinə təyin edilən məşvərətçi səs hüquqlu üzvlərin təsdiq edilməsi və onlara Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada lövhəciklərin verilməsi

Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyaları

Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli

sürən siyasi partiyalar, siyasi partiyaların bloklarının təqdimatının daxil olduğu gündən başlayaraq 3 gün müddətindəM a d d ə l ə r: 21, 148.6

 

20

Seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarının təqdim edilməsi

Məntəqə seçki komissiyası

Səsvermə gününə azı 35 gün qalmışM a d d ə 48.1

2015-ci il sentyabrın 27-dək

21

Seçici siyahılarının Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməsi

Mərkəzi Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən qaydada təsdiq edildikdən sonraM a d d ə 46.1

 

22

Səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasına və sayına aid tələblərin təsdiq edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə azı 45 gün qalmışM a d d ə 101.1

2015-ci il sentyabrın 17-dək

23

Səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi

Mərkəzi Seçki Komissiyası,Dairə seçki komissiyaları

Səsvermə (qeydiyyatdançıxma) vəsiqəsi səsvermə gününə azı 45 gün qalmış Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, səsvermə gününə azı 25 gün qalmış dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilirM a d d ə l ə r: 101.1, 101.2

2015-ci il sentyabrın 17-dək2015-ci il oktyabrın 7-dək

24

Qeydə alınmış namizədə qeydiyyat vəsiqəsinin verilməsi

Dairə seçki komissiyası

Qeydə alındıqdan sonraM a d d ə 60.7

 

25

Qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dövri nəşrlərdə dərc edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə azı 20 gün qalmışM a d d ə 148.5

2015-ci il oktyabrın 12-dək

26

Seçkiqabağı təşviqatın aparılması

Qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi patiyaların blokları, onların səlahiyyətli nümanyəndələri və vəkil edilmiş şəxsləri

Səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.M a d d ə 75

2015-ci il oktyabrın 9-da başlanır, 31 oktyabr saat 8.00-da dayandırılır.

27

Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi

Dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları

Səsvermə gününə azı 30 gün qalmışM a d d ə 87.6

2015-ci il oktyabrın 2-dək

28

Seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlərin ayrılması

Dairə seçki komissiyasının sifarişi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları

M a d d ə l ə r : 11, 86.3

 

29

Bilavasitə seçkilərdən əvvəl seçki məntəqələrinin yaradılması: a) yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə; b) həmin yerlərdə müstəsna hallarda

Seçicilərin olduqları ərazilərdə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) və bələdiyyə qurumları ilə birlikdə dairə seçki komissiyaları müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq müvafiq qurumların rəhbərləri

Səsvermə gününə azı 50 gün qalmışM a d d ə l ə r : 35.2, 35.5Səsvermə gününə azı 5 gün qalmışM a d d ə 35.5

2015-ci il sentyabrın 12-dək2015-ci il oktyabrın 27-dək

30

Nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqə seçki komissiyalarının, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsi

Dairə seçki komissiyası

Səsvermə gününə azı 45 gün qalmışM a d d ə 35.7Seçki Məcəlləsinin 35.5-ci maddəsində göstərilmiş müstəsna hallarda yaradılan seçki məntəqələri haqqında məlumat isə onların yaradılması günündən ən geci 2 gün keçənədəkM a d d ə 35.7

2015-ci il sentyabrın 17-dək

31

Seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına və sayına aid tələblərin təsdiq edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə ən geci 45 gün qalmışM a d d ə l ə r : 100.1-100.6

2015-ci il sentyabrın 17-dək

32

Seçiciyə müvafiq dairə seçki komissiyası və ya məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsi

Dairə seçki komissiyasıMəntəqə seçki komissiyası

Səsvermə gününə 45-25 gün qalmış; səsvermə gününə 24-3 gün qalmışM a d d ə l ə r : 101.2 - 101.4

2015-ci il sentyabrın 17-dən oktyabrın 7-dək 2015-ci il oktyabrın 8-dən oktyabrın 29-dək

33

Səsvermənin yeri və vaxtı barədə bildirişlərin formasının, sayının və hazırlanmasına aid tələblərin təsdiq edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə azı 40 gün qalmış “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılnması) Qaydaları”nın 2.1-ci bəndi

2015-ci il sentyabrın 22-dək

34

Seçki bülletenlərinin mətninin, formasının, sayının və hazırlanmasına aid tələblərin təsdiq edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə azı 35 gün qalmışM a d d ə l ə r : 99.1-99.4, 166

2015-ci il sentyabrın 27-dək

 35

Hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi: a) yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi; b) hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi

Dairə və məntəqə seçki komissiyaları Seçicilər haqqında təqdim edilən məlumatlar əsasında məntəqə seçki komissiyasıHərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqnqınnnda təqdim etdikləri məlumatlar əsasında məntənqə seçki komissiyası

Səsvermə gününə azı 25 gün qalmış müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonraM a d d ə l ə r : 46.1, 46.5Səsvermə gününə azı 20 gün qalmışM a d d ə 46.6

2015-ci il oktyabrın 7-dək 2015-ci il oktyabrın 12-dək

36

“Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə ən azı 20 gün qalmış“Azərbaycan Respublikasında seçkilərdə ”exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndi

2015-ci il oktyabrın 12-dək

37

“Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə ən azı

10 gün qalmışadək “Azərbaycan Respublikasında seçkilərdə ”exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndi

2015-ci il oktyabrın 22-dək

38

Səsvermə protokollarının hazırlanması

Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi

Səsvermə gününə ən geci 30 gün qalmışM a d d ə 100.6

2015-ci il oktyabrın 2-dək

39

Seçki günü səsvermənin yeri və vaxtı barədə KİV-lər və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi

Məntəqə seçki komissiyası

Səsvermə gününə azı 25 gün qalmışM a d d ə 104.1

2015-ci il oktyabrın 7-dək

40

Səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi

Mərkəzi Seçki KomissiyasıDairə seçki komissiyaları

Səsvermə gününə azı 20 gün qalmışM a d d ə 100.8Səsvermə gününə azı 4 gün qalmışM a d d ə 100.8

2015-ci il oktyabrın 12-dək 2015-ci il  oktyabrın 28-dək

41

İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi

Qeydə alınmış namizəd və ya onun səlahiyyətli nümayəndəsi, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun maliyyə məsələnləri üzrə səlahiyyətli nümayəndələri

Səsvermə gününə ən tezi 20, ən geci 10 gün qalmışM a d d ə 94.3.2

2015-ci il oktyabrın 12-dən oktyabrın 22-dək

42

Seçki bülletenlərinin hazırlanması

Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqranfiya müəssisəsi

Səsvermə gününə ən azı 10 gün qalmışM a d d ə 99.4

2015-ci il oktyabrın 22-dək

43

Səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması

Məntəqə seçki komissiyası

Səsvermə gününə 7 gün qalanadək “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicılərə paylanması (çatdırılması) Qaydaları”nın 3.1-ci bəndi

2015-ci il oktyabrın 25-dək

44

Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi

Mərkəzi Seçki KomissiyasıDairə seçki komissiyaları

Səsvermə gününə azı 5 gün qalmışM a d d ə 99.6Səsvermə gününə azı 3 gün qalmışM a d d ə 99.6

2015-ci il oktyabrın 27-dək 2015-ci il oktyabrın 29-dək

45

Səsvermənin keçirilməsi:a) həmin gün seçki məntəqəsində səsverməyə hazırlıq işlərinin başlanması b) seçki məntəqələrinin açıq elan edilməsi və seçki qutularının kilidlənməsi;c) səsvermənin başlanmasının elan edilməsi;ç) səs vermək üçün seçicilərin seçki məntəqəsinə daxil olmasının başa çatmasının elan edilməsi

Məntəqə seçki komissiyası a) məntəqə seçki komissiyaları  (b, c, ç) Məntəqə seçki komissiyalarının sədrləri

M a d d ə l ə r : 104, 105, 167

2015-ci il noyabrın 1-i a) bir qayda olaraq  saat 7.30 b) saat 7.50

c) saat 8.00ç) saat 19.00

46

Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatların verilməsi (gün ərzində 5 dəfə)

Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi

M a d d ə l ə r : 110.5, 110.6

Seçkilər günü: saat 10.00 saat 12.00 saat 15.00 saat 17.00 saat 19.00

47

Səsvermənin nəticələri haqqında məntəqə və dairə seçki komissiyalarının yekun protokollarındakı məlumatların Mərkəzi Seçki Komissiyasının internet saytında ilkin məlumat kimi yerləşdirilməsi

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi

M a d d ə l ə r : 110.5, 110.6

Protokol tərtib edildikdən sonra gecikdirilmədən

48

Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun 1-ci nüsxəsinin ona əlavə edilən sənədlərlə birlikdə dairə seçki komissiyasına göndərilməsi

Məntəqə seçki komissiyası

Seçicilərin səslərinin hesablanmasına yekun vurulandan sonra dərhal, lakin 24 saatdan gec olmayaraqM a d d ə 106.7

 

49

Məntəqə seçki komissiyasının yekun protokolunun 3-cü nüsxəsinin məlumat lövhəsində yerləşdirilməsi

Məntəqə seçki komissiyası

Protokol tərtib edildikdən sonra(5 gün saxlanılmaqla)M a d d ə 106.11

 

50

Seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması

Dairə seçki komissiyası

Səsvermə günündən ən geci 2 gün keçənədəkM a d d ə l ə r : 107.1-107.4, 169

2015-ci il noyabrın 3-dən gec olmayaraq

51

Dairə seçki komissiyası protokolunun 3-cü nüsxəsinin və müvafiq məntəqə seçki komissiyaları protokollarının surətlərinin məlumat lövhəsində yerləşdirilməsi

Dairə seçki komissiyası

Protokol tərtib edildikdən sonra(10 gün saxlanılmaqla)M a d d ə 107.7

 

52

Seçkilərin ilkin nəticələrinin Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairələri üzrə ümumiləşdirilmiş cədvəl şəklində dərc edilməsi və həmin məlumatların Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilməsi

Mərkəzi Seçki Komissiyası

Seçki dairələri üzrə səsvermənin nəticələrinə dair protokollar Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonraM a d d ə 109.1

 

53

Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə məntəqə seçki komissiyalarının maliyyə hesabatının dairə seçki komissiyalarına təqdim edilməsi

Məntəqə seçki komissiyası

Səsvermə günündən sonra5 gün müddətindəM a d d ə 96.6

2015-ci il noyabrın 7-dək

54

Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyalarının maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi

Dairə seçki komissiyası

Səsvermə günündən sonra10 gün müddətindəM a d d ə 96.7

2015-ci il noyabrın 12-dək

55

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması

Mərkəzi Seçki Komissiyası

Səsvermə günündən ən geci 20 gün keçənədəkM a d d ə 171.2

2015-ci il noyabrın 21-dək

56

Seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması

Mərkəzi Seçki Komissiyası

Protokollar yoxlanıldıqdan sonra24 saat müddətindəM a d d ə 171.2

 

57

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) M a d d ə l ə r: 171.1, 171.3, 171.4

 

58

Yekun maliyyə hesabatının təqdim edilməsi (seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri də qoşulmaqla)

Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri

Seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonraM a d d ə 94.3.3

 

59

Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş şəxsə deputat vəsiqəsinin verilməsi

Mərkəzi Seçki Komissiyası

Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonraM a d d ə 173.3

 

60

Dairə seçki komissiyalarının protokollarında olan məlumatların tam şəkildə dərc edilməsi (həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilə bilər)

Mərkəzi Seçki Komissiyası

Səsvermə günündən sonra 45 gün müddətindəM a d d ə l ə r : 109.2, 174

2015-ci il dekabrın 17-dək

61

Büdcə vəsaitlərinin istifadəsi, namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları vəsaitinin və siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaitinin xərclənməsi barədə məlumatların Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə və kütləvi informasiya vasitələrinə təqdim edilməsiGöstərilən maliyyə hesabatının və məlumatların Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanında dərc edilməsi

Mərkəzi Seçki KomissiyasıMərkəzi Seçki Komissiyası

Seçkilərin ümumi nəticələrinin rəsmi dərci günündən sonra 3 ay müddətində M a d d ə 96.9 Hesabatın və məlumatların Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi gündən başlayaraq 1 ay müddətindəM a d d ə 96.9

 

62

Məntəqə və dairə seçki komissiyalarının protokollarında olan məlumatların Mərkəzi Seçki Komissiyasının rəsmi nəşrində tam şəkildə dərc edilməsi

Mərkəzi Seçki Komissiyası

Seçki günündən sonra 6 ay müddətindəM a d d ə 109.5

2016-cı il mayın 3-dək

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında