Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2015-ci il martın 2-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1205 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında Anlaşma Memorandumu”nun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

Komissiyanın həmsədri

 

Şahin Mustafayev

- Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

 

Komissiyanın üzvləri:

 

Vaqif Əliyev

- Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini

Xələf Xələfov

- Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Toğrul Musayev

- Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Gülməmməd Cavadov

- Azərbaycan Respublikası energetika nazirinin müavini

Elmir Vəlizadə

- Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini

Rauf Hacıyev

- Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Seyfəddin Talıbov

 - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Ceyhun Bayramov

- Azərbaycan Respublikası təhsil nazirinin müavini

Nigar Əliyeva      

- Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

İntiqam Babayev

- Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Səfər Mehdiyev

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Xəqani Abdullayev

- Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini

Elşad Nəsirov

- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  vitse-prezidenti

Tahir Tağızadə

- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri

Namiq Xəlilov

- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı tərəfinə müvafiq bildiriş göndərsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2015-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında