Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2012-ci il avqustun 28-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 513-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in yerinə yetirilməsinə yardım etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

Komissiyanın həmsədri

 

İltimas Məmmədov

- Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Komissiyanın üzvləri:

 

Sahib Məmmədov

- Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

Natiq Abbasov   

- Azərbaycan Respublikası energetika nazirinin müavini

Ragim Lətifov      

- Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Seyfəddin Talıbov

 - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Firdovsi Əliyev

- Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Arif Əsgərov

- Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Firudin Qurbanov

- Azərbaycan Respublikası təhsil nazirinin müavini

Nazim Səmədov

- Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

İbrahim Quliyev

- Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Rəmzi Teymurov

- Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Xəzər Fərhadov

- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəisi.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Koreya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2015-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında